Bütün xəbərlər
İlham Əliyev Gürcüstanın Baş Nazirini təbrik etdi
Tarix: 01-11-2020 20:49 | Bölmə: Karusel

                   İlham Əliyev Gürcüstanın Baş Nazirini təbrik etdi


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstanın Baş Naziri Giorgi Qaxariyaya telefonla zəng edib.
Unikal.org  xəbər verir ki, dövlətimizin başçısı Giorgi Qaxariyanı hakim “Gürcü Arzusu–Demokratik Gürcüstan” partiyasının parlament seçkilərində qələbəsi münasibətilə təbrik edib.
Gürcüstanın Baş Naziri təbrikə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib.
Telefon söhbəti zamanı Azərbaycanla Gürcüstan arasında strateji tərəfdaşlığa əsaslanan dostluq və qardaşlıq münasibətlərinin inkişafından məmnunluq ifadə olunub, əlaqələrimizin gələcək perspektivləri ilə bağlı məsələlər müzakirə edilib.



Baxış sayı: 302


Bölməyə aid digər xəbərlər