Bütün xəbərlər
Heydər Əliyev Mərkəzindən Almaniyaya dəstək
Tarix: 06-04-2020 22:02 | Bölmə: Karusel

                  Heydər Əliyev Mərkəzindən Almaniyaya dəstək

Aprelin 6-da Heydər Əliyev Mərkəzinin binası üzərində Almaniya Federativ Respublikasının bayrağı videoproyeksiya olunub.
"Qafqazinfo" xəbər verir ki, "COVID-19" pandemiyasının yayılmasına qarşı Azərbaycanın  beynəlxalq ictimaiyyətlə həmrəyliyinin ifadəsi olaraq virusdan zərərçəkən dövlətlərin bayrağı həmin ölkənin musiqisinin müşayiəti ilə dünya memarlıq incilərindən olan Heydər Əliyev Mərkəzinin binası üzərində nümayiş etdirilir.  Ölkələrin adının ingilis dilindəki əlifba ardıcıllığına uyğun olaraq hər gün bir dövlətin bayrağı bina üzərində təqdim olunur. 
Bununla Heydər Əliyev Mərkəzi "COVID-19"un geniş yayıldığı dövlətlərə və onların xalqlarına dəstəyini, hörmət və ehtiramını ifadə edir.


Baxış sayı: 301


Bölməyə aid digər xəbərlər