Tarix: 25-08-2026 21:58 | Bölmə: Gündəm

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri olmuş Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətində milli mədəni irsimizin qorunması, dünya xalqları arasında onun təbliqi və bu ənənənin olduğu kimi gələcək nəslə ötürülməsi sahəsində həyata keçirilən bir sıra layihələr xüsusilə fərqlənir.
Belə ki, 7 noyabr 2003-cü il tarixində Azərbaycan muğamı UNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi irsinin şah əsəri elan olunması, 2008-ci ildə Azərbaycan muğamları UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi Mədəni İrsi üzrə Reprezentativ Siyahısına daxil edilməsi, 2005-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə ilk dəfə olaraq televiziya muğam müsabiqəsinin keçirilməsi, o cümlədən, “Muğam Ensiklopediyası”, “Muğam-Antologiya”, “Muğam-İrs”, “Muğam-Dəstgah”, “Muğam-İnternet”, “Muğam dünyası”, “Qarabağ xanəndələri” kimi CD-DVD albomlar və eyni zamanda, 2009-cu ilin 27 dekabrında Bakı şəhərində yerləşən Dənizkənarı Milli Parkda möhtəşəm “Beynəlxalq Muğam Mərkəzi”nin açılışı, həmin ildə Bakının İslam mədəniyyətinin paytaxtı elan edilməsi çərçivəsində, mart ayının 20-də “Muğam aləmi” adlı I və II “Beynəlxalq festivallar”ın “Beynəlxalq Muğam Mərkəzi”ndə keçirilməsi və s. bu kimi görülən işlər buna misal ola bilər.

Mehriban xanım Əliyevanın fəaliyyəti təkcə ölkə daxilində deyil, beynəlxalq səviyyədə də mədəni və xeyriyyəçilik misyası ilə də seçilir. Eyni zamanda onun fəaliyyət sahəsində əsas istiqamətlər sırasında sosial həssas qrupların müdafiəsi və cəmiyyətin rifahının yüksəldilməsidir.
Bütün bunlarla yanaşı Dövlətə və xalqa xidmət prinsipi ilə çalışan Mehriban xanım Əliyevaya Allahdan uzun ömür və can sağlığı, vətənimizin tərəqqisi istiqamətində çoxşaxəli fəaliyyətində ona yeni-yeni uğurlar, xoşbəxtlik və ailə səadəti diləyirəm.
Ruslan Əkrəm oğlu Tağıyev.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru

Baxış sayı: 104
Bölməyə aid digər xəbərlər













