18:59 / 16-10-2026
Azərbaycan qarşılıqlı etimadın möhkəmləndirilməsində mühüm tərəfdaşdır-Könül Nurullayeva
23:58 / 15-10-2026
Yeniyetmələr bir kişini şəhərətrafı qatardan çıxarıb döyüblər
20:25 / 15-10-2026
Lavrov: "Rusiya Ukrayna ilə bağlı danışıqları heç vaxt rədd etməyib"
20:20 / 15-10-2026
İstanbulda 84 ilin ən güclü yağışı nəticəsində üç nəfər ölüb
20:16 / 15-10-2026
Rusiya karateçilərinin Polşada keçirilən Gənclər arasında Dünya Çempionatında iştirakına qadağa qoyulub.
20:05 / 15-10-2026
Zelenski Avropa Şurasının iclası üçün Brüsselə gəlib
19:58 / 15-10-2026
Merz ABŞ-ın dondurulmuş Rusiya aktivləri ilə bağlı təklifinə reaksiya verdi
19:54 / 15-10-2026
Tanışını öldürməkdə ittiham olunub
19:51 / 15-10-2026
Peskov Rusiya idmançılarını dünyanın ən güclüləri adlandırdı
19:47 / 15-10-2026
18 milyon rubl rüşvət aldığına görə həbs edilib
19:42 / 15-10-2026
Tramp Nidal Həsənin edamını canlı yayımlamayacağını açıqladı
19:39 / 15-10-2026
CNN: Ukraynada "Patriot" raketləri tükənib
19:23 / 15-10-2026
İnsan qalıqları olan torbalar tapılıb
19:20 / 15-10-2026
Mərkəzi Bank ayıları Sibirdə turizmə mane olan amillərdən biri adlandırılıb
19:17 / 15-10-2026
Polis məmurunu təhdid etməkdə və bir qadını vurmaqda təqsirli bilinib
19:13 / 15-10-2026
Larisa Dolinanın Moskva Konserti ləğv edildi
19:05 / 15-10-2026
Husilərin Ər-Riyad hava limanına hücumları nəticəsində 17 nəfər həlak olub
19:00 / 15-10-2026
Zelenski Ukraynada LGBT Hüquqlarının Qorunması Strategiyasını təsdiqlədi
21:49 / 14-10-2026
Məktəblilərə hücum etdiklərinə görə yeniyetmə miqrantlar saxlanılıb
21:43 / 14-10-2026
Fotoqraf həbs edilib
21:39 / 14-10-2026
Yaponiya Xarici İşlər Nazirliyi Rusiya səfirini çağırdı
21:31 / 14-10-2026
Ayı hücum edəndə ağrımadı: Balıqçı yırtıcı ilə qarşılaşmasından danışır
21:26 / 14-10-2026
Zavodda yanğın baş verib
21:17 / 14-10-2026
Yaponiya Xarici İşlər Nazirliyi Çin nümayəndə heyətinin İturup adasına səfərindən sonra etirazını bildirib
21:10 / 14-10-2026
Sinqapur bayrağı altında üzən konteyner gəmisi Hörmüz boğazında batdı
21:06 / 14-10-2026
Lavrov Putin və Si Cinpin arasında Şençjendə keçirilən APEC sammitində görüş keçiriləcəyini açıqladı
21:02 / 14-10-2026
Türkiyənin Antalya şəhərində mikroavtobus qəzaya uğrayıb
20:59 / 14-10-2026
Qətldə şübhəli bilinən şəxs saxlanılıb
20:56 / 14-10-2026
Pentaqon 2026-cı ilə qədər yüz minlərlə kamikaze hücum dronunu yerləşdirməyi planlaşdırır
20:52 / 14-10-2026
Deputatlar Məclisinin rəhbəri dələduzluqda ittiham olunaraq həbs edilib
20:49 / 14-10-2026
FIS Dünya Kubokunda Rusiya xizəkçiləri üçün kvota yerlərinin sayını açıqladı
20:46 / 14-10-2026
İtkin düşmüş 3 yaşlı oğlan qarğıdalı tarlasında tapılıb
20:43 / 14-10-2026
Le Pen Ukraynanın AB-yə qoşulmasını birləşmək üçün "hara-kiri" adlandırdı
Naxçıvanın muxtariyyəti: dünən və bu gün
Tarix: 09-02-2021 01:09 | Bölmə: Gündəm

AMEA Naxçıvan Bölməsində Naxçıvan Muxtar Respublikasının yaradıl-masının 97-ci ildönümünə həsr olunmuş “Naxçıvanın muxtariyyəti: dünən və bu gün” mövzusunda elmi konfrans keçirilib.
AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən Sabaha-inamla.az-a verilən məlumata görə Bölmənin sədri, akademik İsmayıl Hacıyev konfransı giriş sözü ilə açaraq Naxçıvan Muxtar Respublikasının yaradılmasının Azərbaycanın tarixində böyük əhəmiyyət kəsb etdiyini və xalqımızın həyatında əlamətdar hadisə olduğunu bildirib. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının keçdiyi çox mürəkkəb tarixi inkişaf yoluna nəzər salan alim muxtariyyət statusunun qazanıldığı ərəfədə bölgədə mövcud olan ağır siyasi vəziyyətdən danışıb. Qeyd olunub ki, hələ XIX əsrdə Azərbaycan torpaqlarına köçürülən və havadarları sayəsində özlərinin dövlətini yaratmağa çalışan ermənilərin daha da fəallaşması, Naxçıvanı Azərbaycandan qoparmaq məqsədilə tutarsız ərazi iddialarının Rusiya tərəfindən qəsdən qızışdırılması və məsələnin ermənilərin xeyrinə həll edilməsi siyasətinin yürüdülməsi Naxçıvanı olduqca çətin vəziyyətə salmışdı.
Naxçıvanın muxtariyyət statusu qazanmasında və daşnak təcavüzünə qarşı əhalinin təşkilatlanmasında Behbud ağa Şahtaxtınskinin mühüm rol oynadığını diqqətə çatdıran alim bildirib ki, onun Rusiya XKS-nin sədri V.İ.Leninə göndərdiyi məktub və teleqramlarda Naxçıvan, Zəngəzur və Dağlıq Qarabağ ərazilərinin gələcəyindən duyulan narahatlıq ifadə olunmuş, həmin ərazilərin milli tərkibi və coğrafiyası haqqında ətraflı məlumat və bölgə ilə bağlı faydalı təkliflər əks olunmuşdur. Məhz Behbud ağa Şahtaxtınskinin təklifləri sayəsində V.Lenin məsələnin Siyasi Büroda müzakirə edilməsi barədə göstəriş vermişdir.
Çıxışında Moskva və Qars müqavilələrini xatırladan İsmayıl Hacıyev bildirib ki, bu müqavilələr sayəsində Naxçıvanın sərhədləri bir daha dəqiqləşdirilmişdir. Sovet Rusiyasının, ingilislərin və amerikalıların ermənipərəst mövqeyinə, erməni daşnaklarının ciddi cəhdlərinə və silahlı təxribatlarına baxmayaraq, Naxçıvan əhalisinin qətiyyəti, dönməz iradəsi, Türkiyənin prinsipial mövqeyi və B.Şahtaxtinski kimi siyasi xadimlərin səyləri nəticəsində Naxçıvan Azərbaycanın tərkibində saxlanılmışdır.
Naxçıvan Muxtar Respublikasında hazırda mövcud olan siyasi sabitlik və hərtərəfli inkişafa diqqət çəkən akademik bildirib ki, Naxçıvan Muxtar Respublikasının statusu Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra qəbul edilmiş yeni Konstitusiyada dəqiq şəkildə müəyyən edilmişdir. Müstəqillik illərində çətinliklərlə qarşılaşan, erməni basqınları ilə üzləşən Naxçıvan Muxtar Respublikası ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə qorunmuş və hərtərəfli inkişafı təmin edilmişdir.
1995-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilən Vasif Talıbovun Heydər Əliyev siyasi kursunu uğurla davam etdirdiyini söyləyən alim 25 il ərzində muxtar respublikada həyata keçirilən məqsədyönlü addımlardan bəhs edib. Muxtar respublikanın beynəlxalq arenada tanındığını, bir sıra ölkələrlə iqtisadi və mədəni əlaqələrin yaradıldığını, ərazi, qida və enerji təhlükəsizliyinin tam təmin olunduğunu konfrans iştirakçılarının diqqətinə çatdırıb.
“Muxtar respublikada son illərdə görülən işlər, həyata keçirilən quruculuq tədbirləri böyük öndər Heydər Əliyevin siyasi kursunun uğurla həyata keçirilməsinin ən bariz göstəricisidir”,-deyən İ.Hacıyev qeyd edib ki, ardıcıl, düşünülmüş, uzaqgörən siyasətin nəticəsində bu gün Naxçıvan özünün hərtərəfli inkişaf dövrünü yaşayır.
Konfransda “Muxtariyyət ərəfəsində Naxçıvanda ictimai-siyasi vəziyyət” mövzusunda məruzə edən AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi katibi, tarix üzrə fəlsəfə doktoru Yaşar Rəhimov ötən əsrin əvvəllərində Azərbaycanda və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvanda mövcud olan gərgin ictimai-siyasi vəziyyət, erməni quldurlarının xalqımıza qarşı törətdikləri qırğınlar, başverən hadisələrin fonunda Azərbaycan xalqının düçar olduğu çətin sosial vəziyyətdən danışıb.
Naxçıvan, Zəngəzur və Dağlıq Qarabağa qarşı erməni iddialarından bəhs edən tədqiqatçı, sovetləşmə dövründə bu iddiaların daha da genişləndiyini və o zamankı sovet rəhbərliyinin anti-Azərbaycan siyasəti nəticəsində Zəngəzurun Ermənistana verilməsilə Naxçıvanın muxtariyyəti məsələsinin gündəliyə gəlməsini dinləyicilərin diqqətinə çatdırıb.
Məruzədə vurğulanıb ki, Naxçıvanın ərazi məsələsinin müəyyənləşdirilməsi və onun muxtariyyət statusu əldə etməsində Moskva və Qars müqavilələrinin rolu danılmazdır. Qars müqaviləsinin müddətsiz imzalanması bölgənin gələcək taleyi üçün böyük əhəmiyyət kəsb etmişdir. Zorla siyasiləşdirilmiş Naxçıvan məsələsi məhz bu müqavilələrlə əhalinin arzu və tələbinə uyğun olaraq həll edilmiş, Naxçıvanın Azərbaycanın tərkibində muxtar respublika kimi qalması imkanı reallaşmışdır.
Konfransda həmçinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Musa Quliyevin “Moskva və Qars müqavilələri və Naxçıvanın ərazi taleyi” və kiçik elmi işçi Nilufər Ağayevanın “Naxçıvan Muxtar Respublikasının inkişaf yolu” mövzusunda məruzələri dinlənilib.
Məruzələrdə gərgin siyasi müzakirələr şəraitində müəyyənləşdirilən Naxçıvan muxtariyyətinin tarixi zərurət olması, sonrakı dövrdə bu problemin Moskva və Qars müqavilələri ilə Azərbaycanın xeyrinə həll edilməsi, müqavilələrin şərtləri və bölgə üçün perspektivləri konfrans iştirakçılarının diqqətinə çatdırılıb.
Naxçıvanın muxtariyyət tarixini iki mərhələdə təsnif edən məruzəçi N.Ağayeva qeyd edib ki, 1924-cü ildən 1991-ci ilə qədər davam edən birinci mərhələ Naxçıvanın tarixi ərazilərinin bir qisminin tədricən qoparılması ilə müşayiət olunmuş, Mehri rayonunun Ermənistana birləşdirilməsi ilə Naxçıvan Azərbaycandan ayrı düşmüşdür.
Vurğulanıb ki, 1991-ci ildə Azərbaycanın müstəqillik qazanması ilə muxtariyyətin ikinci mərhələsi başlamış, gərgin ictimai-siyasi vəziyyətin əksinə olaraq siyasi sabitlik təmin edilmiş və iqtisadi-mədəni inkişaf yolunda mühüm addımlar atılmışdır. Naxçıvan bölgəsinin muxtariyyət statusunun beynəlxalq müqavilələrlə təsbit olunduğu bütün dünyaya bəyan edilmişdir. Naxçıvanın muxtariyyət statusu əsl bəhrəsini müstəqillik dövründə vermiş, Azərbaycanın müstəqilliyi Naxçıvanın muxtariyyətinin hüquqi cəhətdən qorunmasının qarantı olmuşdur. İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun şanlı qələbəsi nəticəsində imzalanan birgə bəyanatın 9-cu bəndinin Naxçıvanla bağlı olması və Azərbaycan tərəfinin təkidi ilə sözügedən bəyanata belə bir bəndin salınması həm Naxçıvan, həm bütövlükdə Azərbaycan, həm də türk dünyası və qlobal Şərq-Qərb nəqliyyat dəhlizi üçün çox mühüm əhəmiyyət kəsb edir. Sazişin bu bəndində nəzərdə tutulanların həyata keçirilməsi prosesi çərçivəsində bu yolun açılması Naxçıvanı blokadadan çıxarmaqla onun “Şərqin qapısı” funksiyasını özünə qaytaracaq!
Sabaha-inamla.az

Baxış sayı: 643
Bölməyə aid digər xəbərlər

13-10-2026, 09:30
Filmin sonu ayrıca bir film idi... - Video
8-10-2026, 22:56
Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilib
8-10-2026, 22:50
İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəldi
1-10-2026, 18:04
General Əfqan Nağıyev 60-a çatdı
29-09-2026, 23:01
Sumqayıtda Anım Günü-İcra başçısı Zakir Fərəcov şəhid məzarlarını ziyarət etdi-VİDEO+FOTOLAR
27-09-2026, 19:58
27 Sentyabr – Anım Günü: Qəhrəmanlıqdan Zəfərə
25-09-2026, 23:22
«44-дневная Отечественная война положила конец 30-летнему статус-кво»-- Конул Нуруллаева
22-09-2026, 18:38
İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib
18-09-2026, 19:32
Könül Nurullayeva İslam Həmrəyliyi İdman Assosiasiyasının 15-ci Baş Assambleyasında iştirak edib
18-09-2026, 00:08
İlham Əliyev Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub
18-09-2026, 00:01
İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib
15-09-2026, 17:27
İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
15-09-2026, 17:11
“Mehriban xanıma dedim şəkil çəkdirək və şeyxə göndərin”
8-09-2026, 15:40
Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi
2-09-2026, 17:55
"Sumqayıtın formalaşan yeni inkişaf modeli"
31-08-2026, 18:02
İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
31-08-2026, 17:57
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşü ilə bağlı mətbuat üçün bəyanat
31-08-2026, 15:54
İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib-VİDEO
25-08-2026, 21:58
"Muğam gözəlliyin və məhəbbətin rəmzidir"
25-08-2026, 15:57
26 Avqust - Laçın şəhəri günü
24-08-2026, 17:11
İlham Əliyev Zelenskiyə təbrik məktubu ünvanlayıb
24-08-2026, 14:48
Azərbaycan Prezidenti və birinci xanım Daşkənddə Ümummilli Liderin barelyefi önünə gül dəstələri qoyublar
23-08-2026, 18:30
İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib-VİDEO
23-08-2026, 18:22
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub-VİDEO
23-08-2026, 18:09
İlham Əliyev Özbəkistana dövlət səfərinə gəlib-VİDEO
14-08-2026, 17:34
Naxçıvanın iqtisadi fəallığı artır-Könül Nurullayeva
8-08-2026, 23:10
“Azərbaycan Vaşinqton üçün daha dəyərli strateji tərəfdaşa çevrilib”
31-07-2026, 10:30
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
30-07-2026, 19:57
İlham Əliyev Qırğızıstan, Özbəkistan və Tacikistan prezidentləri ilə birlikdə Çolpon-Ata şəhərində Qolf Klubun açılışında iştirak edib
22-07-2026, 08:51
Güclü media etibarlı informasiya təminatını həyata keçirən vacib institutdur-Könül Nurullayeva
21-07-2026, 18:09
İlham Əliyevin Berlində rəsmi qarşılanma mərasimi keçirilib
15-07-2026, 20:10
Şuşa Qlobal Media Forumu reallıqların beynəlxalq ictimaiyyətə çatdırılmasına imkanı yaratdı-Könül Nurullayeva
13-07-2026, 23:40
İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib
11-07-2026, 16:26
İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb
10-07-2026, 20:58
İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib
3-07-2026, 21:27
Emin Ağalarovdan Leyla Əliyevaya ad günü təbriki - Video
2-07-2026, 00:00
İlham Əliyev və Avropa Komissiyasının Prezidenti mətbuata bəyanatlarla çıxış ediblər
29-06-2026, 19:15
Leyla və Alyona Əliyevalar festivalda - Fotolar
23-06-2026, 17:30
Türkmənistan Prezidentinə Qarabağ atı hədiyyə edilib