22:57 / 05-12-2025
Baş prokuror Sumqayıt şəhərində vətəndaşları qəbul edib
22:45 / 05-12-2025
MN-in Tibbi Sənədlər Arxivinin rəisi həbs olundu
22:32 / 05-12-2025
FIFA Sülh Mükafatını Trampa verdilər
22:24 / 05-12-2025
Bu həkimlər işləyə bilmək üçün rüşvət verib - Siyahı və məbləğ
22:13 / 05-12-2025
Fərid Əhmədov Bərdədə vətəndaşları qəbul edib - Fotolar
22:08 / 05-12-2025
Yabloko sədrinin müavini Lev Şlosberq Rusiya ordusu haqqında yalan xəbərlərə görə həbs edilib
21:23 / 05-12-2025
Moskvada Dövlət Duması binasının yaxınlığında polis əmrlərinə tabe olmadıqlarına görə üç nəfər həbs edilib
21:20 / 05-12-2025
Fövqəladə Hallar Nazirliyinin veteranlarının abidəsinin təhqir edilməsində şübhəli bilinən şəxs saxlanılıb
21:14 / 05-12-2025
NYT: Avropa Komissiyası Ukraynadakı korrupsiya ilə bağlı gizli hesabat alıb
21:09 / 05-12-2025
Orban Rusiya-ABŞ danışıqlarını Avropa üçün dönüş nöqtəsi adlandırdı
21:07 / 05-12-2025
Labubuda aşkar edilən zəhərli maddə bədəndə toplanır
20:54 / 05-12-2025
"Reuters": AB və G7 Rusiya neftinin dəniz yolu ilə daşınmasına qoyulan qadağanı müzakirə edib
20:51 / 05-12-2025
Hindistan Prezidenti Murmu Putin üçün vegetarian şam yeməyi təşkil etdi
20:48 / 05-12-2025
Sakinləri 35 milyon rubl şantaj etdiklərinə görə həbs olunublar
20:45 / 05-12-2025
Keçmiş polis məmuru qanunsuz narkotik ticarətində şübhəli bilinir
20:38 / 05-12-2025
Tramp ABŞ-da əlverişli mikroavtomobillərin istehsalını təsdiqlədi
20:34 / 05-12-2025
FIBA Rusiyaya 2028-ci il Olimpiya Seçmə Yolunu alternativ təqdim edəcək
15:53 / 05-12-2025
"El País": AB Kiyevdən güzəştlərə ehtiyac olduğunu anlamağa başlayır
15:43 / 05-12-2025
Larisa Dolinanın mənzilinin alıcısı müğənni ilə hesablaşmaqdan imtina edib
15:40 / 05-12-2025
20 il həbs cəzası və 170 milyon rubl cərimə cəzası istəyib
13:50 / 05-12-2025
Rusiya Xarici İşlər Nazirliyi: Baerbock BMT Baş Assambleyasının tribunasından Gebbels üslubunda təbliğat aparıb
13:44 / 05-12-2025
Fransa xarici işlər naziri Barrot İsrailin Avroviziya Mahnı Müsabiqəsində boykot edilməsini pisləyib
13:41 / 05-12-2025
Modi: "Hindistan Ukrayna münaqişəsinin həlli üçün bütün səyləri alqışlayır"
13:38 / 05-12-2025
Ağ Ev: ABŞ-a kütləvi miqrasiyaya son qoyulmalıdır
13:35 / 05-12-2025
Putin: "Rusiya Hindistana fasiləsiz yanacaq təchizatını təmin etməyə davam etməyə hazırdır"
13:33 / 05-12-2025
Putin: "Modi ilə danışıqlar çox faydalı oldu və dostcasına atmosferdə keçdi"
21:15 / 04-12-2025
Güzəştli mənzillərin seçiminə edilmiş kiberhücum cəhdinin qarşısı uğurla alındı - Birgə məlumat
21:00 / 04-12-2025
Leyla Əliyeva sərgidən paylaşım etdi - Video
20:54 / 04-12-2025
Almaniya Kansleri İlham Əliyevə zəng etdi
20:45 / 04-12-2025
12 yaşlı oğlanın qatilində şübhəli bilinən şəxs ölü tapılıb
20:40 / 04-12-2025
Putin Trampı qiymətləndirməkdən imtina etdi
20:11 / 04-12-2025
Rusiya səfiri britaniyalı qadının zəhərlənməsi ilə bağlı xəbərə görə Xarici İşlər Nazirliyinə çağırılıb
20:08 / 04-12-2025
Türkiyə Ukrayna Silahlı Qüvvələrinin Qara dənizdəki hücumları ilə bağlı Ukrayna səfirinə narahatlığını bildirib
20:02 / 04-12-2025
Peskov: "Rusiya Qərbin deyil, Hindistanın Putinin səfərinə verdiyi qiymətlə maraqlanır"
19:59 / 04-12-2025
Makron Çinin iş yerləri yaratmaq üçün AB-də fabriklər yerləşdirməsini təklif etdi
19:56 / 04-12-2025
Putin və Modi qeyri-rəsmi görüşə başlayıblar
19:28 / 04-12-2025
Ermənistanda Erməni Apostol Kilsəsinin (AAC) arxiyepiskopu Arşak narkotik qaçaqmalçılığı ilə əlaqədar saxlanılıb
19:16 / 04-12-2025
Melaniya Tramp Ukraynada uşaqların ailələri ilə yenidən birləşdirilməsindəki irəliləyişi təqdir etdi
Bir kitabın iziylə və ya uydurulan nağıl, danışılan söhbət, yazılan tarixdir!
Tarix: 22-12-2017 00:42 | Bölmə: Ədəbiyyat

Tarixi hadisələri təzadlı tərəfləri ilə birgə araşdırmağın vacibliyi danılmazdır. Nəticə çıxarmazdan əvvəl deyiləni eşitmək, yazılanı oxumaq və bildiklərini kimsənin qənaətinə qulp qoymadan, sivil yollarla anlatmaq gərəkdir. Unutmaq lazım deyil ki, bütün mübahisələrin ən doğru çözümü dəyirmi stol ətrafında mümkündür. Ağıllı adamların yolu hamıya bəlli, qərəzsiz yoldur. Elə isə nə baş verir?
Hamıya aydın olsun deyə söhbətə lap əvvəldən,"Yeni Musavat" qəzetinin 1-2 iyul 2017-ci il tarixli №137(6751)sayında E.Məmmədəliyevin imzası ilə "Atatürk Mərkəzinin əməkdaşı Göyçə haqqında kitabı sərt etiraz doğurdu-qalmaqal" -məqaləsindən stat gətirməklə başlayaq. Qalmaqal yaratmaq məqsədilə yazılmış məqalə mətbuatımızın bugünkü "kasad" durumundan, kütləyə ucuz şou sırımaq cəhdindən xəbər verirdi: "Bu günlərdə çapdan çıxmış "Haqq-nahaqq seçilər Haqq divanında" kitabı Qərbi Azərbaycanlıların böyük bir kəsiminin ciddi etirazına səbəb oldu. 100-ə yaxın Qərbi azərbaycanlı ziyalı toplantı keçirərək kitabda tanınmış aşıqlar haqqında yanlışlıqlara və Qərbi Azərbaycanda qədim türk adlarının erməniləşdirilməsinə etiraz ediblər. Məsələnin biabırçı tərəfi odur ki, məqalə "kitabın müəllifi Atatürk Mərkəzində çalışan Nazır Əhmədli, elmi redaktoru Atatürk mərkəzinin sədri, deputat, akademik Nizami Cəfərov, rəyçisi isə AMEA-nin Folklor İnstitunun xarici əlaqələr departamentinin rəhbəri Əli Şamildir..." - deyə heç bir məntiqə sığmayan, həqiqətə uyğun olmayan ittihamla çıxış edir.
Hələ qəzetin əvvəlki sayı öz oxucusuna yetişməmiş, bir gün sonrakı №138(6752) 3 iyul 2017 sayında yenidən "Erməni arxivinə istinadla yazılan kitabla bağlı qalmaqal böyüyür"- başlığı ilə yazı təkrar nəşrə gedir və bu dəfə Xalidə Gəray imzası ilə möhürlənir. Ancaq burda da eyniylə təkrarlanan söhbət və həmin narazı ruh danışır: "Ümumiyyətlə, kitab təhriflər və saxtakarlıqlarla zəngindir. Müəllif kitaba elə kəndlərin adlarını daxil edir ki, həmin kəndlərin əksəriyyətində ya kürdlər yaşamayıb, ya da həmin kəndlər Göyçədə mövcud olmayıb." -kimi milli münasibətləri qızışdıracaq ifadələrlə yanaşı, tarixçi Dilavər Əzimlinin bəlkə də özünün vaxt tapıb oxumadığı kitab haqqında "... bu cür kitablar yazanda mütləq şəkildə məsləhətləşmək lazımdır!..." nəsihəti yer alır. "Bu cür kitablar tariximizə ziyan vura bilər..." kimi "tarixi" açıqlaması da diqqət çəkir. Beləcə, arzuolunmaz təqdimatla Atatürk Mərkəzinin şöbə müdiri, tədqiqatçı N.Əhmədlinin “Haqq-nahaqq seçilər Haqq divanında” (Bakı, 2017) kitabı özünəməxsus səs-sədası ilə gündəmə gətirilir. Oxucunu " çaşqın" vəziyyətə gətirməklə, növbəti bir fədakar ziyalımızın təhqir və təhrif olunmasına şərait yaradılır. Ara qarışıb, məzhəb itir. Kimi onu tarixi faktları saxtalaşdırmaqda, kimi də Dədə Ələsgərə xəyanətdə günahlandırır. Ən maraqlısı da odur ki, etiraz edənlərin qəzəb və kininin səbəbi bəlli deyil. O cümlədən qəzetdə:"Hətta müəllif iddia edir ki, onda Göyçə ilə bərabər Qərbi Azərbaycanın 15 mahalının da kameral siyahısını əks etdirən sənədlər var. Vaxtaşırı bunlar çap olunacaq. Bu isə tədbir iştirakçılarında belə bir sual yaradır ki, N.Əhmədli Ermənistan Milli Arxivinə hansı yolla daxil olub, onun istinad etdiyi və etibarlı sənəd hesab etdiyi məlumatı necə əldə edib? Nazir Əhmədli bu sənədləri çap etdirəcək maliyyə qaynaqlarını haradan tapır?"-deyə qaraguruh maraqlarından çıxış edənlərin büruzə verdiyi qorxu var. Bu siyahıların üzə çıxması ilə bağlı yaranmış sualın əslində hansı mənbədən sızdığını anlamaq üçün əvvəlcə kitabla, sonra da müəlliflə yaxından tanış oldum. Görüş zamanı təəssüratımı və qənaətimi açıqladım. Onu gözləyən sürprizlərə hazır olmasını diqqətinə çatdırdım. O isə ürək ağrısı ilə artıq arzuolunmaz sürprizlərlə baş-başa qaldığından, evlərinə belə zənglər gəldiyindən, necə təhqir olunduğundan bəhs etdi. Sonra da sular durulana qədər səbrli olmasını tövsiyə edərək, marağımı çəkən məqamlara aydınlıq gətirməsini xahiş etdim. Verdiyi cavablar məni heyran etdi. Həqiqi mənada hazırlıqlı, işgüzar, savadına və ağlına güvənən bir insan, fədakar ziyalı olduğu gördüm. Sevdim onu. Ayrılınca da bu sevgi ilə tarixi faktaları araşdırmaqla yanaşı, hadisələri də diqqətlə izləməyə başladım.
Kitabın ilk oxunuşundan gəldiyim qənaətlə düşüncələrimi səhmanladım. Öncə kitabın adının akademik mərkəzlərdə çalışan hazıra nazir "ağalara" müharibə elan edirmiş kimi bir görüntü yaratdığına inandım.SonradaGöyçə mahalının şanlı tarixihaqqındailkinməlumatlarınverilməməsi, siyahınınbər-bəzəksiztəqdimatı vəmüəllifinsiyahılaraistinadənapardığı hesablamalarındoğurduğugərginlikdə fərqlitəəssüratyaradaraq, narazılığı növbətimərhələyə çatdırdı. Hətta Göyçə mahalının ziyalılarından da hissə qapılanlar, "qarayaxma" kampaniyasına qoşulanlar oldu. O cümlədən Dədə Ələsgər ocağının nəvə-nəticələrinin duyğularından yararlanma, haray-həşirə alət etmə cəhdi söz-söhbətin şiddətini artırmış oldu.
Oxucuya bəlli olsun diyə daha çox sual doğuran məqamlardan danışmağı özümə borc bilirəm. Nazır Əhmədlinin bəhs və istinad etdiyi sənədlərin müəllifi məşhur fransız etnoqrafı İvan İvanoviç Şopendir ki, (1798, Fransa – 18.08.1870, Peterburq) XIX əsrin iyirminci illərində Rusiyaya gəlmiş, Qafqaz canişinliyində çalışmışdir. General İ.F.Paskeviçin göstərişi ilə də 1829-1832-ci illərdə Qafqazın, o cümlədən İrəvan və Naxçıvan xanlıqlarının tarixi və coğrafiyasının tədqiqi ilə məşğul olmuşdur. Əsərlərində Qafqaz xalqlarının, həmçinin azərbaycanlıların tarixi, dili və etnik tərkibi, folkloru, ədəbiyyatı, incəsənəti, iqtisadiyyatı və s. barədə geniş məlumat yer alır. Bu həmin İvan Fyodroviç Paskeviçdir (1782-1856) ki, Ukrayna mənşəli rus sərkərdəsi, 1817-1819-cu illərdə I Nikolayın xidmət yoldaşı və onun ən çox etibar etdiyi adamı idi. I Nikolayın hakimiyyəti dövründə Cənubi Qafqazın işğalı və Təbrizin tutulmasına rəhbərlik etmiş, xidmətlərinə görə İrəvan qrafı titulu almışdır. O cümlədən Türkmənçay müqaviləsinə imza atan tərəflərdən biri-Rusiya təmsilçisi də İvan Paskeviç olmuşdur. 1830-cu ildə isə Polşada baş verən üsyanın yatırılmasında xidmətlərinə görə Varşava kinyazı titulunu qazanmışdır. Beləcə, İvan Şopen İvan Paskeviçin göstərişi ilə 3 il ərzində topladığı məlumatlar əsasında "Erməni Vilayətinin Rusiya İmperiyasına birləşdirildiyi dövrdəki vəziyyətinə dair tarixi abidə" adlı fundamental əsər yazmışdır ki, ermənilərin "doğum şəhadətnaməsi" olaraq maraq kəsb edir. Əsərin adından da göründüyü kimi ermənilər bu sənədlərə könülsüz istinad etmişlər və məhz bu əsər ağasına məxsus "gerçəkləri" saxtalaşdırmaq iqtidarında olmadıqları yeganə sənəddir. Bu kitab onların bu torpaqlara gəlmə olduqlarını dönə-dönə hər kəsə xatırladır. Məlumunuz olsun ki, əsər 1852-ci ildə Sankt-Peterburqda çap olunmuşdur.
Bir faktı da diqqətinizə çatdırım ki, İvan Şopen və eləcə də sonrakı gələn rus məmurları belə söz yox ki, kameral siyahıları tərtib edərkən ailə başçılarının, o cümlədən söz-söhbəti daha çox hallandırılan Aşıq Ələsgərin atası, Alməmməd Haxverdi oğlunun verdiyi məlumata əsasən qeydiyyat aparmışlar. Unutmayaq ki, ata övladının nə vaxt, harda və hansı şəraitdə doğulduğunu hamıdan yaxşı bilir və hal şahidi olaraq da uşaqların yaşını söylərkən yalan danışacaq hər hansı səbəbin olduğunu güman etmirəm. Məlumunuz olsun ki, Alməmməd 1824-cü ildə anadan olmuş və indiyə qədər yazıldığı kimi 1868-ci ildə ölməmişdir. ((1873-cü ilə aid arxiv sənədlərində 49 yaşında və sağ olduğu göstərilir) N.Ə səh 30.) Nədənsə bu fakt kimlərinsə maraqlarına uyğun gəlmir. Məhz o səbəbdəndir ki, hadisədən 190 il sonra "Sənin atanı sənnən yaxşı heç kim tanımaz, babanı atandan yaxşı heç kim tanımaz, Aşıq Ələsgərin oğlu Talıb və onu tanıyanlar aşığın 105 il yaşadığını deyirlər, arakellər, şopenlər isə 74" -deyə "deyilənə görə" məntiqindən çıxış edirlər. Ötən əsrin sonuna qədər icra orqanlarında yaş komissiyalarının fəaliyyət göstərdiyi kimsəyə sirr deyil. Ən maraqlısı və daha çox mübahisə doğuran doğum tarixlərinin olmasıdır. Belə düşünürəm ki, ölüm qorxusu adamların ölüm tarixinə müdaxiləsini əngəlləmiş olmalıdır. O dövrdə doğum tarıxləri haqqında bilgi verərkən daha çox əmi, dayı, bibi vəya xalaların dedikləri əsas gətirilir və ya köməkçi dəlillərə müraciət edilirdi. Savadsızlıq üzündən kimi dünyada baş verən hadisələrin zamanına istinad edir, kimisi hansısa cayın daşdığı və xəstəxanaya çatmadıqlari ilin acısını xatırladır, kimi də hansısa "qaragöz" inəyin ikinci balasının doğulduğu ildə doğulduğunu deyirdi...
Seldən, daşqından bəhs edən, qaragöz inəyin balasını belə çoxdan kəsib yemiş adamların yaxın keçmişdən xəbərsiz olduqları halda, uzaq keçmişdəki babalarının doğum tarixləri haqqında əminliklə “bilgi” vermələri adamda təbəssüm doğurur. Burada onu da xüsusi vurğulamağı lazım bilirəm ki, şəxsən mənim üçün Dədə Ələsgərin söz xəsinəsi dönə-dönə ziyarət edə biləcəyim bir məbəddir! Onun nə qədər ömür sürməsi və ya nəvə-nəticəsinin bu barədə nə düşündüyü önəmli deyil. Mübahisələrin çözümü isə peşəkarların öhdəsinə buraxılacaq bir məsələdir. Eləcə də "sən göyçəli deyilsən, nə üçün Dədə Ələsgərdən yazırsan?" -kimi absurd ittihamlar da Nazir Əhmədli ilə müqayisədə opponentlərinin dar düşüncəli olmalarından xəbər verir. Ümumiyyətlə, bu ifadənin dilə gətirilməsi qərəzli olmaqla yanaşı, türk təfəkkürünə, məntiqinə uyğun deyil.
"Deyilənə görə" məntiqinə uyğun, ixtisaslaşmış alimlər ordusu mövcuddur. Unutmaq olmaz ki, uydurulmuş hər şey yalnız folklor nümunəsi olaraq maraq kəsb edir. Yəni "deyilənə görə...", "belə rəvayər edirlər..." və ya "biri vardı, biri yoxdu..." -deyə başlanılan söhbət yalnız uşaqları uyutmaq üçün işə yarayar, onlarla tarix yazılmaz. Nə yazıq ki, "deyilənə görə" ifadəsi ilə fərziyyə yürüdüb alim olanlar elə Nizami Cəfərovun "qələti məşhurları" imiş. Onlar "deyilənə görə" ifadəsinin köməyi ilə elmi işlər planlamış, elə "deyilənə görə" də Azərbaycan tarixini Məlikməmməd nağılına cevirmiş "zatlar" fəxri kürsülərə çıxmış, löyün-löyün titullara, mükafatlara layiq görülmüşlər... Unutmuşlar ki, deyilənlər eşidilmədikcə həqiqət olmur. Həqiqət isə birdir: uydurulan nağıl, danışılan söhbət, yazılan tarixdir!
Qeyd etməliyəm ki, Şopenin rəhbərliyi ilə tərtib edilmiş kameral təsvirlərdən əvvəllər də tarixçi və etnoqraflarımız epizodik hallarda istifadə etmişlər. Eyni mənbəyə fərqli zamanlarda istinad edənlər dövlət mükafatlarına layiq görüldüyü halda, nədənsə Nazir Əhmədliyə qədər kimsə məsələnin köklü çözülməsinin vacibliyini xatırladacaq cürətdə bulunmamışdır. Beləcə, kitab gözlənilməz sürpriz olaraq diqqət çəksə də, əvvəlki müəlliflərdən fərqli olaraq gözlədiyi mükafat "gününün göy əsgiyə bükülməsi" ilə başlayan qarayaxmalar oldu.
Müəllifi bu cəsarətinə görə mən də "qınayıram". Çünki o da ənənəvi, formalaşmış alim ordusunun növbəti bir kapitanı olması üçün daha asan və sağlam taktiki gedişlərdən istifadə edə bilərdi. Belə bir zamanda hadisələrə müdaxilə edərək adamları dəyirmi masaya dəvət etdim. Lakin zaman keçdikcə arada söz oynadanların müxtəlif bəhanələrlə dəyirmi stola oturmaq cəsarətində olmadıqları bəlli oldu. Elə bu məqamlarda mənə "-Siz şair, tənqidçi olaraq bizim baykot etmək istədiyimiz kitabı, xəyanətdə suçlanan müəllifi müdafiə etməyi şəxsiyyətinizə necə sığışdırırsınız?" -kimi ittiham dolu suallar ünvanlanırdı bəndənizə. Təbii ki, suallara qısa və kəskin cavabım var idi: “-Mən ədalətsiz adam deyiləm və ədalətsiz davranışları da alqışlamıram. Onu müdafiə etmək yox, şəxsiyyətinə və düşüncə tərzinə hörmət edərək, şər-böhtandan qorumağa çalışıram. Təbii ki, N. Əhmədli özünü müdafiə edəcək qədər ağıla və cəsarətə sahib insandır. Sizdən fərqli olaraq da qaranlıq məqamlara işıq tutan kitabı və cəsarəti ilə məni heyrətləndirdiyi halda Siz: "-İndi erməni dəyirmanına su tökdüklərinə görə cavab verəcəklər! Bu sərsəm ideyanı dəstəkləyənlər də həmçinin!"-deyə hədə-qorxu və qısqanclığınızla məni məyus etdiniz. Əks halda heyrətamiz faktlarla onun qarşısına çıxacaq, dəyirmi masaya oturacaq cəsarətə sahib olsaydınız, buna hamıdan daha çox mən sevinərdim.
Kitabı incələdikcə Nazir Əhmədlinin dahi aşıqlarımız haqqında hər hansı diqqətsizlik və ya hörmətsizlik etdiyini görmədim.Nə də kimisə aşağılayıcı, təhqiredici ifadə işlətməmişdir. Daha doğrusu, siyahıları əldə edərkən ilk olaraq orada "Ustad"- deyə müraciət etdiyi, sözünə və sənətinə vurğun olduğu Aşıq Ələsgəri axtarmasına da təbii baxıram. Onun yaradıcılığını bir-bir incələyərək, "Aşıq Ələsgər ən azı özünün mənsub olduğu aşıqlıq sənətinin mənəvi dəyərlərini, etik normalarını müəyyən etməyə haqqı çatan ustad sənətkar kimi bu sahəyə möhürünü vurmuşdur."(s.117) və ya "Aşıq Ələsgəri yetirən xalq doğrudan da xoşbəxtdir."(s.136)-deyə, ədəbiyyatşünas, ekspert kimi dəyərli fikirlər səsləndirmişdir. Bu siyahılardan baş çıxarmaq, onları tərcümə edə-edə həm də araşdırmaq asan başa gələcək iş deyil. Kameral siyahılardan ilk olanı 1831, sonrakılar 1842-ci, 1852-ci, 1859-cu, 1873-cü və nəhayət, sonuncusu 1886-ci ildə tərtib olunub. Söz yox ki, ömrünü-gününü sərf etmək, araşdırmaq həvəsi elə Dədə Ələsgər sevgisindən irəli gəlmişdir. Sənədlərin Ermənistan Milli Arxivində olması faktından doğan qıcıq yalnız savadsız adamların düşündüyü bəhanədir. Unutmaq lazım deyil ki, kameral təsvirləri Rusiya dövlətinin məmuru İ. Şopen tərtib etmişdir və Nazir Əhmədli yalnız bu siyahılardan istifadə etmiş,yeri gəldikcə öz düşündüklərini də qələmə almışdır. Unutmayın ki, nə Naxçıvanı, nə də Göyçəni Rusiya İmperiyasına Nazir Əhmədli təslim etməmişdir ki, bu qədər qınağa tuş gəlsin. O qədər şişirtmə, bu qədər sinsitmə yetər, cənablar. Söyüş söymək, milli-mənəvi dəyərləri gözdən salmaq, qərəzli davranış nümayiş etdirmək cəmiyyətin xəstə halından qaynaqlanan tərbiyəsizlikdir.
Beləcə, Nazir Əhmədlinin “Haqq-nahaqq seçilər Haqq divanında” (Bakı-2017) kitabı həyata vəsiqə alması ilə Azərbaycan ədəbiyyatşünaslığına əlli iki fakt üzrə yenilik gətirmiş oldu. O cümlədən Azərbaycanın XIX əsrdə yaşamış görkəmli söz ustadları Aşıq Ələsgər, Aşıq Alı, Ağ Aşıq və başqalarının doğum tarixləri yeni arxiv sənədləri əsasında müəyyənləşdirilərək dəqiqləşdi. Müəyyən edildi ki, yuxarıda adları çəkilən sənətkarların yaşları xeyli şişirdilmişdir. Kitabda əksini tapmış bəzi məqamlar mənəvi dayaqlarımıza, kökümüzə, və bugünkü faciələrimizə səbəb olan məqamlara baxış imkanı verir ki, bunu da dəyərləndirmək bizə düşər. İnanıram ki, akademik mərkəzlərdə bu məsələlərə daha həssas yanaşılacaq, vaxtında və yerində səslənən mütəxəssis rəyləri hər şeyi öz yerinə qoyacaqdır.
Akəm XAQANşair, tənqidçi
Baxış sayı: 1 428
Bölməyə aid digər xəbərlər

27-10-2025, 17:07
ŞAMİL ƏNVƏROĞLUNUN YENİ KİTABLARININ TƏQDİMATI KEÇİRİLİB-VİDEO+FOTOLAR
1-10-2025, 15:32
Məhkəmə yazıçını qiyabi olaraq 7 il müddətinə azadlıqdan məhrum edib
16-09-2025, 15:30
Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin prezidentləri Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin güllələnmiş heykəllərinə baxıblar
12-09-2025, 19:34
Ədliyyə Nazirliyi yazıçı Topol və daha üç nəfəri xarici agentlərin reyestrinə daxil edib
25-08-2025, 18:34
HÜSEYN ARİFLƏ İSMAYIL İMANZADƏNİN CƏBRAYIL SƏRGÜZƏŞTLƏRİ
12-08-2025, 23:11
Haqqdan yanan çıraq- Vüqar Vüqarlı-70
31-07-2025, 16:40
Mirzə Ələkbər Sabir Fondu növbəti layihəsinə yekun vurub
17-07-2025, 08:33
Lev Tolstoyun şəxsi əşyaları ilk dəfə Saxalində təqdim olunacaq
15-06-2025, 20:02
Sumqayıtda şairə-jurnalist İlhamə Məhəmmədqızının 55 illik yubileyi qeyd olundu-VİDEO+FOTOLAR
11-06-2025, 11:03
38 yaşlı şairə vəfat edib
3-06-2025, 07:39
DƏYƏRLİ ŞAİRİN YENİ SÖZ SOVQATI- TARİYEL ABBASLI
31-05-2025, 16:06
Sumqayıtda şair Rafiq Yusifoğlunun 75 illik yubileyinə həsr olunmuş ədəbi bədii gecə keçirildi-VİDEO+FOTOLAR
31-05-2025, 15:15
Ukraynada ABŞ yazıçısının 30 min kitabı rus mafiyasını “romantikləşdirdiyinə” görə məhv edilib
17-05-2025, 18:21
Türkiyə Ədəbiyyat Vəqfi Sumqayıtda-Kitab təqdimatı və mükafatlandırma-VİDEO+FOTOLAR
9-05-2025, 10:00
Azərbaycan Hərb Tarixi Muzeyində “Böyük Qələbənin varisləri” kitabının təqdimatı keçirilib
8-05-2025, 23:12
"Azərbaycan" jurnalının kollektivi oxucularla görüşüb-VİDEO+FOTOLAR
7-05-2025, 10:44
Sumqayıt şəhərində Güləmail Muradın "Beş Ulduz" adlı kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
2-05-2025, 10:58
ŞAHLAR GÖYTÜRKÜN ALİM – ŞAİR– VƏTƏNDAŞ MİSSİYASI-Vüqar Əhməd
18-04-2025, 00:01
Miraslan Rasimi də itirdik-Namiq MƏMMƏDLİ
16-04-2025, 23:50
Ədalət Əroğlunun doğum gününü təbrik edirəm!
16-04-2025, 22:31
Şair və ədəbiyyatşünas Konstantin Kedrov vəfat edib
9-04-2025, 09:10
Qahirədə seminar: Azərbaycan alimləri ərəb dilinin inkişafına böyük töhfələr veriblər
17-03-2025, 11:15
MƏZARSIZ QƏHRƏMAN-Xaqani Abbasəli ÖZTÜRK
16-03-2025, 02:44
Sumqayıtda şair Məmməd İlqarın 75 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
12-03-2025, 22:08
Elmin təhsilə inteqrasiyası istiqamətində növbəti mühazirə oxunub
2-03-2025, 22:59
Sumqayıt şəhərində Natəvan Dəmirçioğlunun "Açar" romanının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
25-02-2025, 13:05
Sumqayıt şəhərində deputatın kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
19-02-2025, 22:17
Sumqayıtda şair Asif Asimanın 70 illik yubileyi keçirilib-VİDEO+FOROLAR
19-02-2025, 09:01
Nəcibliyi, ziyalılığı ilə hər kəsin sevgisini qazanan işıqlı insan
9-02-2025, 21:49
Şeirlər- İSMAYIL MƏRCANLI İMANZADƏ
1-02-2025, 23:22
Xalidə Nurayı TƏBRİK EDİRİK!
23-12-2024, 15:46
Səbuhi Zamanın “Adamın Dibi” adlı kitabı işıq üzü gördü
15-12-2024, 14:33
Yazıçı Samir İmanovun "Arzularımın rəqsi" adlı kitabının təqdimat mərasimi keçirilib
13-11-2024, 23:46
Görkəmli Türk Ədibi Sərhəd Kabaklı-Vüqar Əhməd
1-11-2024, 13:16
Sumqayıt şəhərinin 75 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib-VİDEO+FOTOLAR
30-10-2024, 21:46
Rusiyanın əməkdar artisti Kazbek Suanov dünyasını dəyişib
26-10-2024, 18:55
Tanzaniyada Puşkinin abidəsinin açılışı olub, nağılları isə suahili dilində nəşr olunub
16-10-2024, 10:02
Naxçıvan ədəbi mühitinin seçilən nümayəndəsi Hüseyn Razinin 100 illiyinə layiqli töhfə
12-10-2024, 20:45
Naxçıvanda xarici tədqiqatçıların iştirakı ilə arxeoloji kəşfiyyat işləri aparılır
12-10-2024, 19:55
Azərbaycan Universitetində Mirzə Ələkbər Sabir irsi və ədəbi dilə həsr olunmuş tədbir keçirilib
12-10-2024, 10:47
Ədəbiyyat müəllimi erotik fotolara görə töhmət alıb
28-09-2024, 21:57
Onu "Türk dünyasının sevilən qızı" adlandırırdılar
28-09-2024, 21:51
Vüqar Əhməd: "Allahımızın üzü dönüb"