10:37 / 31-07-2026
Uğurlu idman siyasəti Azərbaycanın beynəlxalq nüfuzunu gücləndirir-Könül Nurullayeva
10:30 / 31-07-2026
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
19:57 / 30-07-2026
İlham Əliyev Qırğızıstan, Özbəkistan və Tacikistan prezidentləri ilə birlikdə Çolpon-Ata şəhərində Qolf Klubun açılışında iştirak edib
19:51 / 30-07-2026
Uşaq bağçası atəşə tutulub
19:47 / 30-07-2026
Qətlə yetirilən qadının partnyoru axtarışa verilib
19:37 / 30-07-2026
Marfan sindromlu Qananın ən uzun boylu kişisi 33 yaşında vəfat etdi
19:31 / 30-07-2026
Skuter vurduğu qadının xəsarət alması ilə bağlı cinayət işi açılıb
18:53 / 30-07-2026
Direktorlar Şurasının sədri saxlanılıb
18:49 / 30-07-2026
Bir kişi tanışını diri-diri yandırıb
18:35 / 30-07-2026
Qərb limanlara hücumlardan sonra Ukraynaya marağın azaldığını etiraf etdi
18:31 / 30-07-2026
Bir yeniyetmə naməlum kişinin üzünə qaz balonu püskürdü
18:24 / 30-07-2026
Taylandda iki rusun itkin düşməsində iştirak edən dəstənin lideri saxlanılıb
18:21 / 30-07-2026
Tusk Ukrayna üçün hansı dövrün həlledici olacağını izah etdi
18:19 / 30-07-2026
ABŞ zərbələri nəticəsində İranda iki tələbə yataqxanası zərər gördü
18:16 / 30-07-2026
Velosiped sürən bir kişi elektrik cərəyanı vurması nəticəsində ölümcül xəsarət alıb
18:13 / 30-07-2026
Vatikan tərəfindən möcüzə adlandırılan bir amerikalı insanları güllələdiyinə görə həbs edilib
18:10 / 30-07-2026
Pulsuz turist avtobusu istifadəyə veriləcək
18:07 / 30-07-2026
Kiyev və Riqa yeni təhlükəsizlik sənədi imzaladılar
18:04 / 30-07-2026
1999-cu ildə qətl törətməkdə ittiham olunan şəxs həbs edilib
18:00 / 30-07-2026
Zyuqanov bildirib ki, bir epifaniya baş verib və indi real tədbirlərə ehtiyac var
17:57 / 30-07-2026
Politoloq Vaşinqtonun kontinental şelfi genişləndirmək planlarından danışıb
17:54 / 30-07-2026
Ekspertə görə, ABŞ Ukraynaya 20-dən çox "Patriot" raketi verə bilər
19:30 / 29-07-2026
Müdafiə Nazirliyi Ukrayna əsgərinin əsgər yoldaşları tərəfindən öldürülməsinin görüntülərini yayımlayıb
19:27 / 29-07-2026
Məhkəmə keçmiş müdafiə nazirinin müavini Pavel Popovun cəzasını azaldıb
19:24 / 29-07-2026
Fırtına və cərəyanlar səbəbindən dənizdə üzmək qadağan edilib
19:21 / 29-07-2026
Avropa Ukrayna iqtisadiyyatını subsidiyalardan asılı etmək istəyir
19:14 / 29-07-2026
Daha bir zəlzələ baş verib
19:12 / 29-07-2026
Paşinyan Putinin onu seçki qələbəsi münasibətilə təbrik etmədiyini söylədi
19:09 / 29-07-2026
"Trampın üzünə şillə": Kiyevin İrana mümkün kompensasiya ödənişi ilə bağlı ekspert
19:05 / 29-07-2026
Ukrayna amerikalılara sədaqət nümayiş etdirmək üçün təxribatlar təşkil etdi
19:00 / 29-07-2026
Ukrayna Silahlı Qüvvələrinin bir gün əvvəl dron hücumunda yaralanan 9 yaşlı uşaq ölüb
18:39 / 29-07-2026
ABŞ və Fransa Ukraynaya Rusiyanı hədəf almağa kömək etdi
18:37 / 29-07-2026
Dron hücumu nəticəsində bir rahib həlak olub, bir kilsə keşişi yaralanıb
18:34 / 29-07-2026
NATO Rusiyadan Qara dənizdə hücumları dayandırmağı tələb edə bilər
18:31 / 29-07-2026
Qərb Ukraynada "Patriot" istehsalının niyə mümkün olmadığını izah etdi
18:27 / 29-07-2026
Paşinyan administrasiyasına kimin rəhbərlik edəcəyini açıqladı
18:25 / 29-07-2026
Qadını balkondan atdığına görə altı il həbs cəzasına məhkum edilib
Vüqar Rəhimzadə: "Qalib dövlətin və xalqın gücü: idmanda yeni zirvələr"
Tarix: 01-05-2026 21:35 | Bölmə: Gündəm

Azərbaycanda idmanın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biri olmaqla, sağlam cəmiyyət quruculuğu və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi üçün mühüm əhəmiyyət kəsb edir. Ölkədə müasir idman infrastrukturu yaradılıb, kütləviliyin təmin edilməsi və idmançıların sosial müdafiəsinin gücləndirilməsi Dövlət proqramları ilə davamlı şəkildə dəstəklənir. İdmanın inkişafına yönələn addımlar davamlılığı ilə diqqətdədir. Paytaxt və bölgələrdə müasir Olimpiya İdman kompleksləri, stadionlar və idman zalları inşa edilib, bu da idmanın kütləviləşməsinə şərait yaradır.
Azərbaycanın təkmil inkişaf modeli hər bir sahədə davamlı uğurlara imza atmasını şərtləndirir. Bunu digər sahələr kimi, idmanın inkişafı istiqamətində də atılan addımlarda aydın görmək mümkündür. 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə dövlət başçısı İlham Əliyev bu məqamı xüsusi qeyd etdi ki, Azərbaycanda idmanın inkişafı dövlət siyasətidir və dövlət xətti ilə bir çox proqramlar icra edilmişdir. İdman infrastrukturu demək olar ki, sıfırdan qurulmuşdur və bu gün ən yüksək səviyyədədir. Bölgələrdə idmanla məşğul olmaq üçün bütün şərait var. 2025-ci ildə iki Olimpiya İdman Kompleksinin tikintisi başa çatmışdır - Gəncədə və Yevlaxda. Beləliklə, bölgələrdə Olimpiya İdman komplekslərinin sayı 46-ya çatıb. Bütün bunlar, eyni zamanda, aparılan siyasət idmanın inkişafını şərtləndirir və gəncləri idmanla məşğul olmağa daha da həvəsləndirir. Çünki sağlam gənc nəsil yetişməsə, idman uğurlarını əldə etmək mümkün olmayacaq. Sağlam gənc nəsil, ilk növbədə, ölkənin gələcək inkişafı üçün lazımdır ki, Azərbaycan əhalisi, Azərbaycan vətəndaşları fiziki cəhətdən sağlam olsunlar. Eyni zamanda, uşaqlıqdan idmana göstərilən maraq gələcəkdə idman uğurlarına yol açır.
Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Milli Məclisin deputatı qeyd edib ki, Azərbaycan idman ölkəsidir. Bu sahədə də uğurların təməlində Ulu Öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasət dayanır. Ümummilli Lider Heydər Əliyev “İdman elə bir sahədir ki, idmançılarımız müxtəlif ölkələrdə yarışlarda iştirak edir, qələbələr qazanırlar və hər dəfə müstəqil Azərbaycanın adını ucaldırlar. Müstəqil Azərbaycanın himni çalınır, müstəqil Azərbaycanın bayrağı qaldırılır və müstəqil Azərbaycan dünyanın müxtəlif ölkələrində tanınır. Demək olar ki, idman kimi Azərbaycanın müstəqilliyinin rəmzlərini nümayiş etdirən ikinci bir vasitə yoxdur” fikirləri ilə bu sahənin inkişafına verilən önəmi şərtləndirən əsas amilləri diqqətə çatdırmışdı. Dahi şəxsiyyətin bu istiqamətdə atdığı biri-birindən əhəmiyyətli addımların Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan bu gün dünyada və Avropada idman ölkəsi kimi tanınır. Bu sahədə uğurlarımız həm beynəlxalq yarışlarda əldə etdiyimiz medallarla ölçülür, eyni zamanda, paytaxt və bölgələrdə yaradılmış müasir idman infrastrukturu da bu göstəriciləri tamamlayır. Buna ölkəmizdə keçirilmiş dünya, Avropa çempionatlarını əlavə etsək, görərik ki, doğrudan da Azərbaycanda idman sürətlə inkişaf edir. İdmanın kütləviliyi təmin edilir və Azərbaycanda Olimpiya hərəkatı çox yüksək səviyyədədir.
O da məlumdur ki, ölkəmizdə hər il dövlət başçısı İlham Əliyevin müvafiq Sərəncamı ilə konkret bir sahənin adı, eyni zamanda, əlamətdar hadisələr ilə bağlanır. 2012-ci ilin «İdman ili» elan edilməsi də bu sahənin inkişafına diqqət və qayğının bariz nümunəsi idi. Təbii ki, uğurlu nəticə əldə etmək üçün işlərin kompleks şəkildə görülməsi zəruridir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşkilatçılığı ilə Birinci Avropa Oyunlarının və IV İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə təşkili beynəlxalq səviyyədə təqdir edildi.
Vüqar Rəhimzadə vurğulayıb ki, dövlət başçısı İlham Əliyevin çıxışlarında tarixi Zəfərimizin reallıqları fonunda qalib Azərbaycanın uğurlarından böyük qürur hissi ilə bəhs edilir, hədəflər açıqlanarkən işğaldan azad edilmiş ərazilərimizin hərtərəfli inkişafının bütün sahələrdə beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi üçün ideal məkan kimi bərpası, yenidən qurulması qarşıya mühüm vəzifə kimi qoyulur. Əsas çağırışlar sırasında gələcəyimiz olan gənclərin daha vətənpərvər, milli ruhda tərbiyəsi vacib amil kimi önə çəkilir.
Aprelin 30-da Prezident İlham Əliyev Albaniyanın paytaxtı Tiranada keçirilmiş Avropa çempionatında komanda hesabında Avropa çempionu olan yunan-Roma güləşi və sərbəst güləş, həmçinin qadın güləşi üzrə medal qazanmış idmançıları və onların məşqçilərini qəbul etdi. Prezident İlham Əliyev görüşdə bu məqamı xüsusi qeyd etdi ki, hər dəfə beynəlxalq yarışlarda bizim bayrağımız qaldırılanda bütün Azərbaycan xalqı qürur hissi keçirir, sevinir. Bu qələbə sevincini idmançılarımız xalqımıza bəxş edir və bu da öz növbəsində gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etmək üçün çox önəmli amildir. İdman, ümumiyyətlə, cəmiyyətimizin ayrılmaz hissəsidir və xüsusilə son illər ərzində idmanda gedən müsbət proseslər, əlbəttə ki, hamımızı sevindirir.
Millət vəkili bildirib ki, beş ildən artıqdır ki, idmançılarımız qalib Azərbaycanı təmsil etməkdən qürur hissi keçirirlər. Döyüş meydanlarında əldə edilmiş Qələbənin idman yarışlarında da özünü ifadə etməsi üçün səylərini daha da artırırlar. Prezident İlham Əliyev sözügedən qəbulda vurğuladı ki, Azərbaycan güləşçiləri bir daha göstərdilər ki, onlar Avropada birincidirlər. Avropa çempionatında komanda hesabında birinci olmaq, əlbəttə ki, böyük nailiyyətdir. Xüsusilə nəzərə alsaq ki, bu gün həm dünyada, həm Avropada güləş üzrə mübarizə daha gərgin keçir, bir çox ölkələrdən olan tanınmış güləşçilər böyük nəticələr göstərirlər və mübarizə də çox gərgin idi: “Bəzi yarışları mən də izləmişəm və görmüşəm ki, bizim idmançılarımız öz peşəkarlığını göstərərək rəqibləri ədalətli mübarizədə məğlub etmişlər. Bu, əlbəttə, bütün xalqımızı sevindirir və bir daha göstərir ki, güləşimiz uğurla inkişaf edir. Güləşimizin böyük ənənələri var və biz bu ənənələri yaşadırıq. Şadam ki, tanınmış güləşçilərlə bərabər gənc güləşçilərimiz də böyük nəticələr əldə edirlər. Bu onu göstərir ki, məşq prosesi, seleksiya prosesi düzgün qurulubdur. Bu münasibətlə federasiyanı təbrik edirəm, məşqçiləri təbrik edirəm və əlbəttə ki, ilk növbədə, idmançıları.” Bu mühüm məqam xüsusi vurğulandı ki, nəsillər dəyişdikcə güləş və bütövlükdə idman Azərbaycanda nəinki yaşayır, hətta inkişaf edir və yeni zirvələrə çatır. Nəsillər dəyişir, amma bir şey dəyişmir, o da Azərbaycan idmanının uğurları.
Dövlət başçısı İlham Əliyev görüşdə “Əlbəttə, indi federasiya, xüsusilə bölgələrdə olan gənc idmançıları məşq, təlim toplanışlarına cəlb etmək üçün işini bundan sonra da təkmilləşdirəcək. Çünki bu gün hər bir bölgədə həm Olimpiya İdman kompleksləri var, eyni zamanda, güləş zalları. Ona görə bu seleksiya işi, əlbəttə ki, gələcək uğurlarımızın əsasını təşkil edəcək” söyləyərək diqqəti bir daha Azərbaycanın uğurlarına yönəltdi. Bildirdi ki, Azərbaycan idmanının ümumi inkişafına gəldikdə hər şey göz qabağındadır. Həm Olimpiya Oyunlarında, həm də dünya, Avropa çempionatlarında bizim idmançılarımız ölkəmizi ləyaqətlə təmsil edirlər. Əlbəttə ki, uğurlarla bərabər məğlubiyyətlər də olur. Amma idmanda hər şey mümkündür. Əsas odur ki, idmançılarımızda qələbə əzmi çox güclüdür və bir daha ölkəmizin ümumi inkişafını əks etdirir. Bu gün qalib dövlət və qalib xalq kimi yaşayan dövlətimiz, xalqımız, o cümlədən idman uğurları ilə fəxr edir. İdmançılarla görüşlərim müntəzəm xarakter daşıyır. 30 ilə yaxın müddətdə Azərbaycan Olimpiya Komitəsinə rəhbərlik etdiyini önə çəkən cənab İlham Əliyev vurğuladı ki, əlbəttə, bu dövrdə çox müsbət məqamlar olub. Əsas odur ki, idmanın dayanıqlı inkişafı, uğurlarımızın ardıcıl şəkildə davam etməsi və gənc nəslin yetişməsi – hər şey mənim gözümün önündə keçib: “Görün, neçə nəsil dəyişib, amma bu gün biz yenə də uğurlarla fəxr edirik. Əsas budur və əminəm, həm Güləş Federasiyası, həm bizim digər federasiyalarımız gələcəkdə öz işlərini elə quracaqlar ki, Azərbaycan xalqı idman yarışlarına baxanda daim sevinc hissləri keçirsin. Əlbəttə, ölkəmizdə keçirilən idman yarışları idman növlərini populyarlaşdırır. Bizim təcrübəmiz də böyükdür, çox böyük beynəlxalq yarışlar keçirmişik, həm Avropa Oyunlarını, həm İslam Həmrəyliyi Oyunlarını. Bunlar demək olar ki, Yay Olimpiya Oyunlarının səviyyəsinə çox yaxındır. Keçən il MDB Oyunlarını özü də paytaxtda yox, bölgələrdə keçirmişik. Yəni bu onu göstərir ki, çox güclü potensial var və idmana, idmançılara qayğı dövlət siyasətidir. Əminəm ki, idmançılar da bunu görür və hiss edirlər.”
Baxış sayı: 565
Bölməyə aid digər xəbərlər

22-07-2026, 08:51
Güclü media etibarlı informasiya təminatını həyata keçirən vacib institutdur-Könül Nurullayeva
21-07-2026, 18:09
İlham Əliyevin Berlində rəsmi qarşılanma mərasimi keçirilib
15-07-2026, 20:10
Şuşa Qlobal Media Forumu reallıqların beynəlxalq ictimaiyyətə çatdırılmasına imkanı yaratdı-Könül Nurullayeva
13-07-2026, 23:40
İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib
11-07-2026, 16:26
İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb
10-07-2026, 20:58
İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib
3-07-2026, 21:27
Emin Ağalarovdan Leyla Əliyevaya ad günü təbriki - Video
2-07-2026, 00:00
İlham Əliyev və Avropa Komissiyasının Prezidenti mətbuata bəyanatlarla çıxış ediblər
29-06-2026, 19:15
Leyla və Alyona Əliyevalar festivalda - Fotolar
23-06-2026, 17:30
Türkmənistan Prezidentinə Qarabağ atı hədiyyə edilib
15-06-2026, 14:06
Milli Qurtuluş Günü: Azərbaycanın xilasa aparan dönüş nöqtəsi
14-06-2026, 16:16
Vaqif Qurbanovun şərəfli ömür yolu gənc nəsil üçün cəsarət və fədakarlıq nümunəsidir-Könül Nurullayeva
5-06-2026, 00:04
Anar Eminov: “Kibertəhlükəsizlik sahəsində görülən hər bir iş Azərbaycanın təhlükəsiz gələcəyinə qoyulan sərmayədir”
30-05-2026, 16:21
Adil Əliyev haqqında yayılan məlumatlara münasibət bildirdi
28-05-2026, 17:22
İlham Əliyev Xocalı şəhərində “Qarabağ Tekstil Evi” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) açılışında iştirak edib
28-05-2026, 17:08
İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində görülən işlərlə tanış olub, sakinlərlə görüşüb
27-05-2026, 23:30
Əli Nağıyev Rusiyada iclasda - Foto
24-05-2026, 21:43
Prezidentin qızı və gəlini Sosial Reabilitasiya Mərkəzində - Fotolar
19-05-2026, 11:35
WUF13 Azərbaycanın dünyaya təqdim etdiyi inkişaf modelinin nümayişidir-Könül Nurullayeva
18-05-2026, 18:32
İlham Əliyev Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimində iştirak edib
17-05-2026, 19:27
Millət vəkilinin növbəti vətəndaş qəbulu baş tutub
16-05-2026, 12:32
Vüqar Rəhimzadə: "Ümumdünya Şəhərsalma Forumu qlobal inkişaf modellərinin yenidən formalaşdığı mərkəzi platformadır"
12-05-2026, 17:52
İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
6-05-2026, 23:37
Prezident İlham Əliyev və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub
6-05-2026, 16:48
Kaya Kallasın səfəri Aİ-Azərbaycan arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi baxımından vacibdir-Könül Nurullayeva
5-05-2026, 17:38
İlham Əliyev 19-cu “Caspian Agro Week” və 31-ci “InterFood Azerbaijan” sərgiləri ilə tanış olub
4-05-2026, 16:35
İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxış edib-VİDEO
1-05-2026, 13:53
Azərbaycan güləşinin növbəti zəfəri
27-04-2026, 20:45
Vüqar Rəhimzadə: “Sülh və Barışıq üçün Gernika mükafatı” Azərbaycanın sülh modelinin beynəlxalq səviyyədə qəbulu və təsdiqidir"
27-04-2026, 13:45
Leyla Əliyeva İsmayıllı səfərindən fotolar paylaşdı
23-04-2026, 18:20
Vüqar Rəhimzadə: "İmzalanan sənədlər Azərbaycan-Latviya əlaqələrinin gələcək inkişafının aydın mənzərəsini yaradır"
23-04-2026, 18:09
Vüqar Rəhimzadə: "Mənəvi-əxlaqi dəyərlərdən uzaq olan ünsürlərin qarayaxmaları onların daxili xislətini ortaya qoyur
22-04-2026, 15:39
Latviya Prezidentinin rəsmi qarşılanma mərasimi olub
16-04-2026, 19:11
Atletika idmanın əsası, sağlam həyat tərzinin təməli və gənc nəslin fiziki və mənəvi inkişafına töhfə verir
14-04-2026, 16:55
Vüqar Rəhimzadə: "Zərifə xanım Əliyeva elm fədaisi, xeyirxah insan kimi xatirələrdə əbədi yaşayacaq"
14-04-2026, 16:41
Zərifə xanımın rəhbərliyi ilə yeni alim və həkim nəsli formalaşıb-Könül Nurullayeva
8-04-2026, 21:07
İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib
6-04-2026, 23:45
İlham Əliyevin Tbilisidə rəsmi qarşılanma mərasimi olub
5-04-2026, 19:14
“Regionlarda peşə təhsili: imkanlar və perspektivlər” mövzusunda Təhsil Forumu keçirilib