22:23 / 21-06-2026
Cenevrədə İran nümayəndə heyəti Amerikalı danışıqçılarla əl sıxmaqdan imtina etdi
22:20 / 21-06-2026
İran nümayəndə heyəti Trampın təhdidləri ilə bağlı ABŞ-a etiraz etdi
22:17 / 21-06-2026
İran Trampa qarşı etiraz olaraq İsveçrədəki texniki danışıqları dayandırdı
22:14 / 21-06-2026
Dmitriyev yadplanetlilərdən Merzi vəzifədən azad etmələrini istədi
22:12 / 21-06-2026
Uşaqlara hücum etməkdə ittiham olunacaq
22:07 / 21-06-2026
Qismən məhdudiyyətlərlə üzləşən üçüncü Moskva hava limanı oldu
22:04 / 21-06-2026
Ukrayna Silahlı Qüvvələrinə səfərbər edilmiş ukraynalı bloqçu Dençik sətəlcəmdən vəfat etdi
20:09 / 21-06-2026
Diesen: "London və NATO ölkələri vətəndaşlarını hədəfə çeviriblər"
20:06 / 21-06-2026
Rumıniya Ukrayna sərhədində dronlar səbəbindən qırıcı təyyarələrini havaya qaldırdı
20:03 / 21-06-2026
4,3 bal gücündə yeni zəlzələ qeydə alınıb
20:00 / 21-06-2026
Tramp İranı daha güclü zərbələrlə hədələyir
19:56 / 21-06-2026
90-cı və 2000-ci illərin hitləri haqqında serial "Pilot" festivalında baş mükafat qazandı
19:52 / 21-06-2026
Yaşlı bir qadın ölüb
19:50 / 21-06-2026
Simonyan Rusiyanın Qərbə ultimatum verə biləcəyini etiraf etdi
19:47 / 21-06-2026
Simonyan Avropanın bir vaxtlar özünü demokratik adlandırdığını xatırlatdı
19:44 / 21-06-2026
Simonyan Rusiyaya daxil olan ermənilərin sosial media hesablarının yoxlanılmasını təklif etdi
19:41 / 21-06-2026
Ağac kanat yolunun üzərinə aşıb yeddi nəfəri ilişib qalıb
19:37 / 21-06-2026
"Makron devrildi" deyə, qışqıran fransız təqaüdçü jandarmlara atəş açdı
19:35 / 21-06-2026
Tramp ABŞ-ın Hörmüz boğazından keçən tankerlər üçün neft rüsumu ala biləcəyini irəli sürdü
19:32 / 21-06-2026
Azərbaycan yaxınlığında Xəzər dənizində neft dağılması
19:28 / 21-06-2026
Tramp Starmerin istefa verəcəyini söylədi
19:26 / 21-06-2026
İki balıqçı həlak olub
21:04 / 18-06-2026
Sürücü yol polisi əməkdaşının həyatı və sağlamlığını təhdid etməkdə təqsirli bilinib
21:01 / 18-06-2026
ABŞ İrana neft güzəştlərini əhəmiyyətsiz hesab edirdi
20:56 / 18-06-2026
Zaxarova Ermənistandakı hərbi təlimləri təhlükə adlandırdı
20:51 / 18-06-2026
İran suverenliyini müdafiə edərək qalib gəldi, amma ABŞ-dan gələn 300 milyard dollar sual altındadır
20:48 / 18-06-2026
Qonşusunu öldürdüyünə görə 8 il müddətinə koloniyasında cəza çəkəcək
20:45 / 18-06-2026
Rusiya Xarici İşlər Nazirliyi yeni AB sanksiyalarına sərt reaksiya ilə bağlı xəbərdarlıq etdi
20:43 / 18-06-2026
Heqset Polşada daimi hərbi baza yaratmaq planlarını dəstəklədi
20:36 / 18-06-2026
Rusiya Xarici İşlər Nazirliyi: Heç bir hava hücumundan müdafiə sistemləri NATO ölkələrini cavab zərbələrindən xilas edə bilməz
20:34 / 18-06-2026
2 kq narkotik daşıyan kuryer saxlanılıb
20:30 / 18-06-2026
İsrailin keçmiş kəşfiyyat rəisi Netanyahunun həbs olunacağını etiraf etdi
20:27 / 18-06-2026
Beynəxalq Beynəxalq Beynəxalq Federasiyasının Prezidenti Rusiya müxalifətinə görə istefa verir
20:24 / 18-06-2026
Məhkəmə bir qadını anasının ölümündə günahkar bilib
20:22 / 18-06-2026
Bir qadın uşaqlarını götürüb Suriyada terrorçular tərəfində döyüşməyə gedib
20:19 / 18-06-2026
ABŞ-da polis əməliyyatında uşağın ölümündən sonra etirazlar başlayıb
20:17 / 18-06-2026
Zaxarova avropalı diplomat Kaja Kallasın yalan danışdığını iddia etdi
20:13 / 18-06-2026
Ögey atasını döyməkdə təqsirli bilinib; o, aldığı xəsarətlərdən ölüb
20:11 / 18-06-2026
Çayda batmış oğlanı təxminən 4000 nəfər axtarır
20:09 / 18-06-2026
Netanyahu bildirib ki, İsrail bütün təhdidlər aradan qaldırılana qədər Livanı tərk etməyəcək
ƏYALƏTDƏN BAŞLAYAN SƏNƏT YOLU-İSMAYIL MƏRCANLI İMANZADƏ
Tarix: 30-11-2021 23:33 | Bölmə: Ədəbiyyat

Elə əvvəlcədən qeyd edim ki, qısa zaman kəsimində nəinki öz imzasıyla, həm də ədəbi proseslərə fəal qoşulmağı ilə çoxlarını, (o cümlədən mənim özümü də) sözün yaxşı mənasında təəccübləndirməyi bacaran Nəcibə İlkinin əldə etdiyi uğurlara ürəkdən sevinirəm.
Nəcibə xanım ədəbi aləmə gəlişi Mingəçevirdən, daha dəqiq desəm Azərbaycan Yazıçılar Birliyinin yerli bölməsindən başlayıb.Yaxşı xatırlayıram, AYB-nin Mingəçevir bölməsi fəaliyyətə başlayandan bir il sonra şöbə redaktoru işlədiyim şəhər qəzetinin baş redaktoru mənimlə görüşüb söhbət edəndə: “Dünən axşamüstü uzaqdan-uzağa tanıdığım bir qadın redaksiyamıza gəlib, şeir yazdğını və kiminsə məsləhətinə ehtiyacı olduğunu bildirəndə, ona səninlə görüşüb, söhbət etməyini məsləhət gördüm. Düzünə qalsa, şeirdən elə də anlayışım olmasa belə, şəxsi fikrimcə o, istedadlı qadındır. Görüşəndə özün də buna əmin olacaqsan!..”
Ertəsi gün nahar fasiləsinə yaxın, həmin qadın bölmənin fəaliyyəti üçün ayrılmış otağın qapısını döyüb içəri girdi. İlk tanışlıqdan sonra çantasını açıb, əllə yazılmış iki şeirini qarşıma qoydu. Şeirlərdə müəyyən qüsurlar olduğunu görsəm də, onu ruhdan salmadım və elə o andaca hiss etdim ki, bu qadın istedadlı olduğu qədər də, fərqli fikirlərə, daha doğrusunu desəm, tənqidə normal şəkildə dözüm göstərməyi bacarır. Hər iki şeiri ilə bağlı fikrimi bildirəndən sonra: “Qoyun şeirləriniz məndə qalsın, bəlkə bəzi yerlərinə əl gəzdirməli oldum!-deyəndə təəccüblə üzümə baxdı. Əlüstü dilləndim: Narahat olmayın, bu ədəbi aləmdə normal hal hesab olunur. Tələbəlik illərimdə mənim də ilk şeirimə Minayə Piriyeva adlı bir qız düzəliş edib ortaya çıxarmışdı! Ancaq yadınızda saxlayın ki, zəhmət çəkmədən, yalnız istedada güvənməklə çox da uzağa getmək mümkün deyil!..”
Növbəti dəfə yanıma gələndə bir neçə misrasında düzəlişlər etdiyim hər iki şeirini özünə qaytarıb, bəzi məsləhətlər də verdim. Və əlavə etdim ki, inanıram ki, çeşidli mövzularda daha gözəl və mənalı şeirlər yazmağa qadirsiniz, ancaq zəhmətə qatlaşmaqla bərabər, ədəbi prosesləri müntəzəm olaraq izləməyi də unutmayın!..”
Günlər, aylar ötüb keçdikcə Nəcibə xanımla ilgili zənnimdə yanılmadığımı görüb, onun ilk şeirlərinin dərc edilməsinə də yardmıçı olmağı qərara aldım. O vaxtlar Mingəçevirdə fəaliyyət göstərən özəl bir ali məktəbin “Ümman” adlı mətbuat orqanında redaktor olduğumdan, ayda bir
dəfə nəşr olunan qəzetin bir səhifəsində müxtəlif imzalar altında şeir və hekayələr də dərc olunurdu. Nəcibə xanımın ilk şeirinin qəzetdə dərc olunmasını vacib hesab etdiyimdən, növbəti görüşümüzdə imzani də dəqiqləşdirməli olduq. Və dedim ki, adınızın sonluğu üçün ya qızınız Günelin, ya da oğlunuz İlkinin adlarından birini seçməyiniz daha münasib olardı. Oğlunun adının üstündə dayandı və ilk şeirləri Nəcibə İlkin imzasıyla oxuculara təqdim edildi...
Şeirdən-şeirə püxtələşdiyini hiss etdikcə, oxuyub-öyrənməyin, halal zəhmətə qatlaşmağın bəhrəsini görən həmkarıma davamlı olaraq dəstək verməyin savabının sevincini dönə-dönə yaşadım. Yeri gəlmişkən, təvazökarlıqdan bir az uzaq olsa da deyim ki, kimliyindən asılı olmayaraq istedadlı adamlara, illah da gənclərə qarşı çox həssasam və onların sonrakı uğurları ilə bağlı həmişə qürur hissi keçirən bir qələm əhliyəm...
Yuxarıda qeyd etdiyim kimi, Nəcibə xanım yaradıcılığının elə ilk mərhələsindəcə etimadımı yetərincə doğrulda bildi. Və İllər öncəsi Bakıya köçüb gedəndən sonra Mingəçevirdə sahib olduğu ədəbi təcrübəyə arxalanıb, cəmisi iki-üç ilin ərzində paytaxt Bakıda ədəbi proseslərə qatılmaqla, boy göstərməyə, qazandığı uğurları sıralamağa nail oldu...
O, paytaxtda yaşadığı ilk illərdə o vaxtlar nəşr olunan qəzetlərin birində işləyib, publisistlik bacarığını da ortaya qoydu və sıradan bir yazar olmadığını çoxlarına qəbul etdirdi. Sonrakı illərdə təsisçisi və baş redaktoru olduğu “Azad qələm” qəzetini istedadlı qələm sahiblərinin söz tribunası kimi tanıtmağa nail oldu. Nəcibə xanım bir neçə ildir ki, eyni adlı (“Azad qələm”) dərgisi ilə ədəbi aləmdə özünəməxsus olan yolu davam etdirməkdədir. Sevindirici haldır ki, o artıq qardaş Türkiyədə də xeyli dərəcədə tanınmağa və həmin məkanda düzənlənən çeşidli ədəbi tədbirlərdə bir sıra tanınmış yazarlarımızla birlikdə ölkəmizi təmsil etməkdədir...

Yazımın bundan sonrakı məqamlarında Nəcibə İlkinin şeirlərinin mövzusundan və təsir gücündən bəhs etmək istəyindəyəm. Yuxarıda dediyim kimi Nəcibə xanım əyalətdən paytaxt Bakıya üz tutandan sonra öz zərməti və istedadı sayəsində çox keçmədən ədəbi proseslərə uğurla qatıla bildi. Bəs, bu xanım yazarın yaradıcılığına oxucu diqqəti nədən və nələrdən qaynaqlanır. Əminlik hissiylə deyərdim ki, ilk növbədə qələmə aldığı şeirlərinin təsir gücündən, özünün həssas qəlbə sahib olmağından və bir də xeyirxahlığından!
Nəcibə İlkinin hər şeydən öncə gələn Vətən-yurd sevgisi onun “Bütöv Azərbaycan” adlı yeddi bəndlik bir şeirində də özünü biruzə verməkdədir.
Şeirdən seçim etdiyim aşağıdakı nümunələrdə bu istək açıq-aşkar hiss olunmaqdadır:
Dünya boyda harayam, dünya boyda qoram mən,
Xırda-xırda doğranıb, sanmışam ki, varam mən.
İçimdəki ağrıdan parçalanmış hər daşım,
Gəl məni yaxşı dinlə, mənim əziz qardaşım.
Başı min cür bəlalı, gözü qan yaşlı canam,
Parça-parça olunmuş bütöv Azərbaycanam!
Min dəfə qəsd etdilər, min cürə bəsh etdilər,
Gözlərimi gözümdən çıxarıb həbs etdilər.
Ayaqlarım bir yanda, qollarım da bir yanda,
Məndən didərgin oldu, oğlum, qızım hayanda.
Mən Göyçəyəm, Dərbəndəm, o qanlı İrəvanam,
Zəngəzuram, Təbrizəm, bütöv Azərbaycanam!
...Oğuz boylu Qorqudam, fəqət Turan elliyəm,
Əslim, nəslim türk olub, şahənşah türk dilliyəm.
Bayrağımın enməyən qürur, igid rəmziyəm,
Haqq-ədalət yolçusu, haqqın görən gözüyəm.
Millətimçün, xalqımçün, dilə düşən ad-sanam,
Hər yanda səsim, ünüm, bütöv Azərbaycanam!..
Şair bir ölkə vətəndaşı kimi onilliklər boyu yadellilərin başımıza açdıqları müsibətlər nəticəsində torpaqlarımızın işğala məruz qaldığını dilə gətirdiyi kimi, tarixi düşmənlərimizlə ölüm-dirim savaşında şəhidlik zirvəsinə ucalan qəhrəman oğulların analarının dərdinə-ələminə söz məlhəmi yaxmağı və onların müsibətinə ortaq olmağı da özünə borc bilir. Aşağıdakı “Ey şəhid anası” adlı şeirinin kövrək misralarında olduğu kimi:
Ey şəhid anası!
Geymə qara libası...
Bu libas həqiqətin qaranlıq səmasıdır,
Bu libas ürəyimin odlanan parçasıdır,
Bu libas həsrətimin son damla göz yaşıdı. +
Kipriyimdən asılan dərdlərimin daşıdı.
Çıxart qaranı geymə,
Başını uca tut, əymə.
Adından boy atıbdı igidliyin qeyrəti,
Adınla yaşanıbdı tarixin həqiqəti!
Şairin özü də hər şeydən qabaq həssas qəlbli ana olduğundan şəhid anasına xitabən yazdığı şeiri aşağıdakı misralarla yekulaşdırır və qeyrətli oğul anasının yenilməzliyini önə çəkir:
Mərmi-mərmi ucaldı o haqqın dərgahına
O şəhid ki, tarixin yaddaş səhifəsidi
O şəhid parçalanan ömrümüzün səsidi.
Vətən oğul deməksə, oğul da vətəndi bil,
Vətənin dar günündə oğul ona təndi bil,
Qarabağ tarixini yazan şəhid oğulun,
Anası qara geyməz, o analar anası,
Azadlığın sədası!!!
Mənim qənaətimcə, bu şeirin təsir gücü və qayəsi də elə müəllifin dərdli bir insanının müsibətinə şərik olmaq istəyindədir!
Nəcibə İlkinin poetik “palitrası” al-əlvan olduğu kimi, lirik “məni” də çeşidli xarakter çalarlarına sahibdir. Aşağıda nümunə olaraq çatdırrdığım bir neçə şeirində seçim etdiyim misralarda bu əlamətlər ilk olaraq gözə çarpmaqdadır:
Şeirimin bahar gözü,
Yaşla dolub, kövrəlibdi.
Yaz nəfəsli ürəyimdə
Qış yenidən dirçəlibdi.
Hər sözümün bənövşəsi,
Qara xallı laləsi var.
Vətən deyən dillərimin
Göyə qalxan naləsi var.
Şairin iç dünyasının təlatümlərindən soraq verən “Şeirimin bahar gözü” adlı bu şeiri də maraqlı bir deyimlə sonuclanır:
Misra-misra qocalıram,
Kəlmə-kəlmə can verirəm.
Şeir-şeir ucalıram,
Vətən boyda qan verirəm.
Sözlərimin soyqrımı,
Dillərimdən asılıbdı.
Qələm tutan əllərimi,
Gör kimlər daşa basıbdı.
Müıllifin “Ciliklənən xatirələr” adlı şeri isə günümüzün reallıqlarını əks etdirməsi ilə diqqəti çəkir. Aşağıdakı misralarda da bu özünü biruzə verir:
Soyunub qəm köynəyini
Üzü dağlara gedəsən.
Gəzib dağları doyunca
Sonra da gözdən itəsən.
Acını çəkə ev-eşik,
Yol gözləyə dost-tanışın.
Çiliklənən xatirələr
Ola sənin məzar daşın...
“Qaçmaq istəyirəm” adlı şeirindən nümunə olaraq sərgilədiyim misralar isə şairənin acılı-şirinli günlərin görünməyən üzünə işıq salmaq istəyindən qaynaqlanır:
Yad fikirli, özgə baxışlı doğmalardan,
İçini qurd kimi gəmirən iblis niyyətli kabuslardan.
Səni dərk etməkdən, anlamaq dərəcəsindən uzaq,
könül evimə kül üfürənlərdən.
Qaçmaq istəyirəm, qaçmaq...
Arxamca gəlməyin ey ürəyi üzülmüş ümidlərim
Arxamca gəlməyin ey yolda, irizdə
düşüb itən dərdi-sərim.
Qoyun, bir az dincəlim...
“Şuşam” adlı bir şeirində o, milli kimliyimizin iftixar-qürur rəmzi olan bu qədim mədəniyyət beşiyinə yönəlik sevgisini aşağıdakı misralarla dilə gətirir:
Şuşam, əllərini ver əllərimə,
Gəlib bircə gecə qonağın olum.
Söykəyib üzümü ağ tellərinə,
Həsrətdən qırışan yanağın olum.
... Daha yad qucaqda olmasın yerin,
Çəkdiyin acılar dərindən dərin,
Deyə bilmədiyin xatirələrin,
Yaza bilmədiyin varağın olum.
Həzin-kövrək notlar üstə köklənən “Ana” adlı bir şeirində isə Nəcibə xanım daha həyatda olmasa da, yuxularında üzləşdiyi bu ülvi varlıdla ilgili həsrətini belə ümumiləşdirir:
Məni çox incidir küsüb getməyin,
Kimi bağışlayım, nə haqla ana!
Dediyin son kəlmə, son vəsiyyəti,
Gəl könül evimdə varaqla, Ana!
Və şeirin sonunda belə deyir:
Daha ümidlərim yolunu azıb,
Bilmədim bu bəxti kim belə yazıb,
Esitsən ölmüşəm, qəbrimi qazıb,
Əlinlə üstümü torpaqla, ana!
Təbiətən həssas və kövrək qəlb sahibi kimi tanınan şairə sevgi-məhəbbət mövzusunda yazdığı şeirlərdə də ürəyinin bulud harayı ilə oxucunu riqqətə gətirməyi bacarır. Aşağıda bir neçə şeirindən seçim etdiyim misralarda olduğu kimi:
Ruhum şeir havasıyla,
Dolanlr sevda bağımda.
Bulud kölgəsinə dönüb,
Kipriklərim yanağımda.
Bu həsrətin qəm yuxusun
Gözümdə bükən olaydı.
Qana dönmüş ürəyimin,
Şəklini çəkən olaydı....
(“Olaydı” adlı şeirindən)
Və ya:
Şirin ümidiylə, aldanışıyla,
Bir sevgi qapımı döyür yenə də.
İndidən görürəm saçda ağ dəni,
Qərib harayı var yenə sinədə.
Hicran oyanmasın, ümid sönməsin,
Qəm xəbər tutmasın, kədər dönməsin,
Dözərəm, mənim də anam ölməsin,
Qorxmaram bu yolda olan tənədən.
Və yaxud:
Nimdaş təsəllidir şirin sözlərin,
Tavanı sökülmüş uçuq bir damam.
Elə qalayıb ki, oda gözlərin,
Qorxuram əriyib ovcuna damam.
Üzümə bağlanıb xatirə qapım,
Öləm-ürəyimdən keçməz bu sitəm.
Keç get, atam oğlu, mən gül deyiləm,
Hər bahar bir çəmən qoynunda bitəm.
(“Nimdaş təsəlli”)
Bu da müəllifin ülvi məhəbbət mövzusaunda qələmə aldığı şeirlərdən seçdiyim sonuncu nümunə:
Mənə küsməyi öyrət
Darıxım səndən bir az.
Baş qoyum həsərətinə,
Oyanım, gələndə yaz.
Mənə küsməyi öyrət
Bir az çıxım yadından.
Sənə məktub göndərim
“Küsəyən qız” adından.
(“ Mənə küsməyi öyrət”)
Ötüb keçən illər ərzində Nəcibə xanım kitablarını da nəşr etdirməyə macal tapıb, ədəbi uğularına görə Prezident təqaüdçüsü adına layiq görülüb, istedadlı gənc ədəbi qüvvələrin üzə çıxarılmasında önəmli pay sahibi olub. Qardaş Türkiyənin tanınmış yazarları ilə əməkdaşlıq edib və ən başlıcası isə, ölkəmizin ən tanınmış yazıçı-şairləri arasında özünə xas olan yazı üslubu ilə tanınmağa müvəffəq olub...
Zəngin və çoxşaxəli ədəbi yaradıcılığa sahib olan Nəcibə İlkinin keçdiyi yolun elə bu məqamındaca yazdıqlarımı sonuclamağı münasib hesab edir və əziz həmkarımın qarşıdakı illərdə də növbəti uğurlarını sıralayacağını əminlik hissiylə vurğulayıram. Uğurlar diləyi ilə:
İSMAYIL MƏRCANLI İMANZADƏ,
Azərbaycan Yazıçılar Birliyi
Mingəçevir Bölməsinin sədri, şair-publisist

Baxış sayı: 1 342
Bölməyə aid digər xəbərlər

4-06-2026, 22:30
Sumqayıtda Mikayıl Müşfiqin doğum günü keçirilib.-VİDEO+FOTOLAR
1-06-2026, 18:19
Poltava rus dilində kitabları, filmləri və tamaşaları qadağan edib
6-05-2026, 20:50
Şair və musiqiçi hosteldə ölü tapılıb
6-05-2026, 01:11
Sənət dastanı
25-04-2026, 10:02
Mənimdir -Vüqar Əhməd
16-04-2026, 23:32
ELM VƏ SÖZÜN ZİRVƏSİNDƏ: VÜQAR ƏHMƏD – 63
5-04-2026, 10:42
SƏMƏD VURĞUN YARADICILIĞINDA ZAMAN VƏ MƏKAN DƏRDİ
2-04-2026, 21:14
Rus yazıçısı Monteneqroda vəfat edib
19-03-2026, 16:43
Sumqayıtda Sabir Sarvanın 70 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
3-03-2026, 11:44
NOVRUZ GÜNLƏRİNDƏ YENİ NOVRUZ KİTABI
18-02-2026, 17:52
Prezidentlə xanımı Nəriman Həsənzadəni təbrik etdi
2-02-2026, 21:16
“İnsanı sevməyi səndən öyrəndim...”
2-02-2026, 16:33
Yazıçının evi qarət edilib
17-12-2025, 22:31
Ədəbiyyatşünas-alim Asiya Elmlər Akademiyasına üzv seçilib
27-10-2025, 17:07
ŞAMİL ƏNVƏROĞLUNUN YENİ KİTABLARININ TƏQDİMATI KEÇİRİLİB-VİDEO+FOTOLAR
1-10-2025, 15:32
Məhkəmə yazıçını qiyabi olaraq 7 il müddətinə azadlıqdan məhrum edib
16-09-2025, 15:30
Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin prezidentləri Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin güllələnmiş heykəllərinə baxıblar
12-09-2025, 19:34
Ədliyyə Nazirliyi yazıçı Topol və daha üç nəfəri xarici agentlərin reyestrinə daxil edib
25-08-2025, 18:34
HÜSEYN ARİFLƏ İSMAYIL İMANZADƏNİN CƏBRAYIL SƏRGÜZƏŞTLƏRİ
12-08-2025, 23:11
Haqqdan yanan çıraq- Vüqar Vüqarlı-70
31-07-2025, 16:40
Mirzə Ələkbər Sabir Fondu növbəti layihəsinə yekun vurub
17-07-2025, 08:33
Lev Tolstoyun şəxsi əşyaları ilk dəfə Saxalində təqdim olunacaq
15-06-2025, 20:02
Sumqayıtda şairə-jurnalist İlhamə Məhəmmədqızının 55 illik yubileyi qeyd olundu-VİDEO+FOTOLAR
11-06-2025, 11:03
38 yaşlı şairə vəfat edib
3-06-2025, 07:39
DƏYƏRLİ ŞAİRİN YENİ SÖZ SOVQATI- TARİYEL ABBASLI
31-05-2025, 16:06
Sumqayıtda şair Rafiq Yusifoğlunun 75 illik yubileyinə həsr olunmuş ədəbi bədii gecə keçirildi-VİDEO+FOTOLAR
31-05-2025, 15:15
Ukraynada ABŞ yazıçısının 30 min kitabı rus mafiyasını “romantikləşdirdiyinə” görə məhv edilib
17-05-2025, 18:21
Türkiyə Ədəbiyyat Vəqfi Sumqayıtda-Kitab təqdimatı və mükafatlandırma-VİDEO+FOTOLAR
9-05-2025, 10:00
Azərbaycan Hərb Tarixi Muzeyində “Böyük Qələbənin varisləri” kitabının təqdimatı keçirilib
8-05-2025, 23:12
"Azərbaycan" jurnalının kollektivi oxucularla görüşüb-VİDEO+FOTOLAR
7-05-2025, 10:44
Sumqayıt şəhərində Güləmail Muradın "Beş Ulduz" adlı kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
2-05-2025, 10:58
ŞAHLAR GÖYTÜRKÜN ALİM – ŞAİR– VƏTƏNDAŞ MİSSİYASI-Vüqar Əhməd
18-04-2025, 00:01
Miraslan Rasimi də itirdik-Namiq MƏMMƏDLİ
16-04-2025, 23:50
Ədalət Əroğlunun doğum gününü təbrik edirəm!
16-04-2025, 22:31
Şair və ədəbiyyatşünas Konstantin Kedrov vəfat edib
9-04-2025, 09:10
Qahirədə seminar: Azərbaycan alimləri ərəb dilinin inkişafına böyük töhfələr veriblər
17-03-2025, 11:15
MƏZARSIZ QƏHRƏMAN-Xaqani Abbasəli ÖZTÜRK
16-03-2025, 02:44
Sumqayıtda şair Məmməd İlqarın 75 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
12-03-2025, 22:08
Elmin təhsilə inteqrasiyası istiqamətində növbəti mühazirə oxunub
2-03-2025, 22:59
Sumqayıt şəhərində Natəvan Dəmirçioğlunun "Açar" romanının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
25-02-2025, 13:05
Sumqayıt şəhərində deputatın kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
19-02-2025, 22:17
Sumqayıtda şair Asif Asimanın 70 illik yubileyi keçirilib-VİDEO+FOROLAR
19-02-2025, 09:01
Nəcibliyi, ziyalılığı ilə hər kəsin sevgisini qazanan işıqlı insan
9-02-2025, 21:49
Şeirlər- İSMAYIL MƏRCANLI İMANZADƏ
1-02-2025, 23:22
Xalidə Nurayı TƏBRİK EDİRİK!