23:15 / 03-05-2026
Tofiq Paşayevə ağır itki
Bütün xəbərlər
Paşinyan Ermənistanın NATO ilə əməkdaşlığından danışdı
Tarix: 04-05-2026 16:48 | Bölmə: Siyasət


 Ermənistanın Baş naziri Nikol Paşinyan NATO-nun baş katibi Mark Rutte ilə görüşündə İrəvan üçün alyansla tərəfdaşlığın dərinləşdirilməsinin vacibliyini bildirdi. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti rəsmi saytında məlumat verib.
Görüş zamanı Paşinyan və Rutte regional təhlükəsizlik, eləcə də Ermənistanla Şimali Atlantika Alyansı arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri müzakirə edilib.
Paşinyan demokratik islahatlar və müdafiə qabiliyyətlərinin inkişaf etdirilməsi istiqamətində atılan addımları qeyd edərək, tərəfdaşlığın daha da dərinləşdirilməsinin vacibliyini vurğulayıb.
Mark Rutte 3 mayda keçiriləcək Avropa Siyasi Birliyinin sammitində iştirak etmək üçün Ermənistana gəlib. Böyük Britaniyanın Baş naziri Keyr Starmer, Fransa Prezidenti Emmanuel Makron və Kiyev rejiminin lideri Vladimir Zelenski də Ermənistan paytaxtına gəliblər.




Baxış sayı: 28


Bölməyə aid digər xəbərlər