12:49 / 23-08-2025
Sitka və Alyaska arxiyepiskopu Aleksi Putinlə görüşə görə üzr istəyib
12:44 / 23-08-2025
NATO Hərbi Komitəsi: Alyans qoşunlarının Ukraynaya göndərilməsi müzakirə olunmayıb
12:39 / 23-08-2025
Paşinyan Vaşinqtonda sazişi imzaladıqdan sonra Ermənistanla Azərbaycan arasında sülhün hökm sürdüyünü bildirib
12:34 / 23-08-2025
Moskalkova jurnalist Vışinskini əyilməz insan adlandırıb
12:31 / 23-08-2025
Efiopiya və Serb Respublikasının orkestrləri “Spasskaya Tover”in debütantı oldular
12:27 / 23-08-2025
Emelianenko qardaşlarından ən kiçiyi şərti azadlığa buraxılmasını istəyib
12:24 / 23-08-2025
Naqovitsinanın Pobeda zirvəsinə gedən yolu Rusiya Alpinizm Federasiyasında skafandrsız kosmosda gəzinti ilə müqayisədə
12:20 / 23-08-2025
General Moskalikin qətlinin ortağı saxlanılıb
12:16 / 23-08-2025
“Krokus” terror hücumu işində müttəhim kamera yoldaşını Quran oxumağa və dua etməyə məcbur edib
22:24 / 22-08-2025
Ayxan erməni rəqibinə qalib gəlib - Çempion oldu
22:07 / 22-08-2025
İlham Əliyevə “Axaltəkə” atı hədiyyə edilib
21:56 / 22-08-2025
Vüqar Rəhimzadə: "21 avqust tariximizə Kəlbəcər şəhərinin doğma sakinlərinə qovuşduğu gün kimi yazıldı"
21:53 / 22-08-2025
Xarici agent olmadığını deyib
21:48 / 22-08-2025
Finlandiya prezidenti Stubb Lavrovun nömrəsinin Rusiyada ona necə kömək etdiyini danışıb
21:42 / 22-08-2025
Valuev ruslara Uzaq Şərqə pulsuz aviabiletlərin paylanmasını təklif etdi
21:39 / 22-08-2025
Sürücülərdən hədə-qorxu ilə pul alan yeniyetmələr saxlanılıb
21:36 / 22-08-2025
Berezkin Yaroslav Müdrik möhürünü necə tapdığını söylədi
21:25 / 22-08-2025
Putin federal nüvə mərkəzinin yerləşdiyi Sarov şəhərinə gəlib
21:22 / 22-08-2025
RT: Rusiyada 6 minə yaxın ukraynalı hərbi əsir var
21:19 / 22-08-2025
Hollandiya Polşaya 3 "Patriot" hava hücumundan müdafiə raket sistemindən 2-ni göndərir
21:12 / 22-08-2025
ABŞ-da ət yeyən bakteriyaların sayı artmaqdadır
21:08 / 22-08-2025
Evdə hazırlanmış spirtli içkilərin satışı davam edir
20:58 / 22-08-2025
Sentyabrın 1-dək 10 min rubl alacaqlar
20:41 / 22-08-2025
Qırğızıstan Müdafiə Nazirliyinin helikopteri Naqovitsinanı xilas etmək üçün havaya qalxmağa hazırdır
20:38 / 22-08-2025
Bloqer Rusiya pasportunu və nasist şüarlarını məhv etdiyinə görə cərimələnib
20:32 / 22-08-2025
Yeddi yaşlı qız yanğında ölüb
20:28 / 22-08-2025
Buzqıran "Yamal" gəmisinin kapitanı Starovoytova ekipajı maraqlandıran hobbi haqqında danışıb
20:26 / 22-08-2025
Tramp TikTok almaq istəyənlərin siyahısını açıqlayıb
20:23 / 22-08-2025
Moskva və Bakı İqtisadi Əməkdaşlıq haqqında IGC Protokolu imzaladılar
20:18 / 22-08-2025
Netanyahunun ofisi BMT-nin Qəzzadakı aclıq hesabatını yalan adlandırıb
19:52 / 21-08-2025
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda görülən işlərlə tanış olublar
19:40 / 21-08-2025
İlham Əliyev “Balland – Kəlbəcər balı, arı və arıçılıq məhsulları mağazası”nın açılışında iştirak edib
19:31 / 21-08-2025
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər şəhərində 4-cü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər
19:23 / 21-08-2025
İnternetlə bağlı problemin səbəbi kiberhücum olub - Rəsmi
19:18 / 21-08-2025
Generalın yerinə o təyin edildi
HƏSSAS, SƏMİMİ, VƏTƏNPƏRVƏR ŞAİR, DƏYƏRLİ ALİM-XANƏLİ KƏRİMLİ - 70
Tarix: 27-11-2021 01:59 | Bölmə: Ədəbiyyat

AYGÜN ORUCOVA,
AMEA Naxçıvan Bölməsi,
Filologiya üzrə fəlsəfə doktoru, dosent
Baxış sayı: 882
Bölməyə aid digər xəbərlər

Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanın dünyamiqyaslı şəxsiyyətləri, ziyalıları, elm və mədəniyyət xadimləri tarixən ölkənin elm sahəsinin inkişafına dəyərli töhfələri ilə seçilmişdir. Müstəqillik illərində Naxçıvanın tarixinin, arxeologiya və etnoqrafiyasının, folklor və ədəbiyyatının, dilinin, mədəniyyətinin, adət-ənənələrinin Azərbaycançılıq ideologiyası əsasında yenidən araşdırılması sahəsində mühüm addımlar atılmışdır. Böyük siyasi təcrübəyə malik olan Heydər Əlirza oğlu Əliyevin 15 iyun 1993-cü ildən ölkəyə qayıdışı, 3 oktyabr 1993-cü ildə Azərbaycanda hakimiyyətə gəlməsi ilə bütün sahələrə olduğu kimi, ədəbiyyata da dövlət qayğısı bərpa olundu. Müstəqilliyin ədəbiyyat xadimlərinə açdığı geniş imkanlarla – söz, mətbuat azadlığı ilə yanaşı ədəbiyyatın ana mövzuları olaraq “xalqın, cəmiyyətin qarşısında duran problemləri düzgün müəyyənləşdirmək” kimi bir müqəddəs vəzifə qoyuldu. “Müstəqillik dövründə ədəbiyyatın baş mövzusu azərbaycançılıq qayğıları və Qarabağ müharibəsi mövzusu” Naxçıvan ədəbi mühitinin istedadlı nümayəndələrindən biri Xanəli Kərimlinin yaradıcılığından qırmızı xəttlə keçir.
Vətənpərvər, humanist şair Xanəli Kərimli qədim və zəngin ənənələrə malik Naxçıvan ədəbi mühitinin müasir dövrdə aparıcı nümayəndələrindən biridir. Vətən, xalq, torpaq sevgisi, müstəqil dövlətimizin rəmzlərinə hörmət, xalqımızın azadlıq uğrunda qəhrəmanlıqlarla dolu mübarizəsi, doğma vətənin tərənnümü, ulu öndərə böyük məhəbbət Xanəli Kərimli yaradıcılığının əsas ana xəttini təşkil edir. O, vətəninə, millətinə, dövlətinə bağlı, həssas, humanist, mənəvi cəhətdən saf, halal, sadə, səmimi, yaradıcılığı ilə şəxsiyyyəti bir-birini tamamlayan bir şairdir. “Ay işığında” adlı ilk şeirlər kitabı 1998-ci ildə işıq üzü görən sadə, lakin mənalı, vətənpərvər, səmimi yaradıcılığı ilə diqqəti cəlb edən şair Xanəli Kərimli 1951-ci ilin 27 noyabrında Şahbuz rayonunun Mahmudoba kəndində anadan olmuşdur. Anadan olmasından 70 il keçən vətənpərvər, humanist şair Xanəli Kərimli 1968-ci ildə Cəlil Məmmədquluzadə adına Şahbuz qəsəbə orta məktəbini, 1973-cü ildə indiki Azərbaycan Pedaqoji Universitetinin filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Şeirləri Azərbaycan hüdudlarından kənarlarda – İran, Türkiyə mətbuatında da işıq üzü görmüşdür. “Ay işığında”, “Anamdan məktub”, “Bu da bir nağıldı”, “Mənə elə gəlir ki...”, “Duyğularım, düşüncələrim”,“Mənim könlüm bir ümmandır” və “Payız duyğuları”, “Ahlat taşı” və s. kitablarının müəllifidir. Haqqında “Şairə məktub”, “Xanəli Kərimli: sözün Əlincə qalası”, “Xanəli Kərimli: bir ömrün işığı”, “Şairin könül dünyası” adlı məqalələr topluları, Azərbaycan Yazıçılar Birliyinin üzvü, fəlsəfə doktoru Sabir Bəşirovun “Xanəli Kərimli: bir ömrün nağılı” monoqrafiyası nəşr olunmuşdur. Filologiya üzrə fəlsəfə doktoru, dosentdir. İlk qələm təcrübəsi “Toğluqayanın Məmməd Araza məktubu” adlı şeir olsa da, ilk mətbu əsəri 1983-cü ildə “Azərbaycan” jurnalında dərc olunmuş “Anamla söhbət” adlı şeirdir.
Vətən, xalq, torpaq sevgisi, müstəqil dövlətimizin rəmzlərinə hörmət, xalqımızın azadlıq uğrunda qəhrəmanlıqlarla dolu mübarizəsi, doğma vətənin tərənnümü, ulu öndərə böyük məhəbbət Xanəli Kərimli yaradıcılığının əsas ana xəttini təşkil edir. Xəmiri ağrılarla yoğrulmuş şair böyük qəzəl ustadımız, dünyəvi, bəşəri kədərlə yazıb-yaradan ölməz Məhəmməd Füzuli kimi şəxsi yox, ictimai ağrılar səbəbindən əlinə qələm alıb ağrılarını yazmağa başlamışdır. Şairi ağrıdan nələrdir? Bu suala cavab verməzdən əvvəl filologiya üzrə fəlsəfə doktoru, dosent Əbülfəz Əzimlinin “Ay işığında” kitabına yazdığı ön sözdən bu barədəki bir fikrini xatırlamaq istəyirəm: “Ağrılarım, qayğılarım” bölməsindəki şeirlər Xanəlinin şəxsiyyətindəki digər bir keyfiyyəti üzə çıxarır. Onun ağrı və nisgili sonsuz və nəhayətsizdir”. Ulu yaradan sanki şairləri mənsub olduğu xalqın ağrılarını müəyyənləşdirmək, bu ağrıları ürəyində daşımaq və ən nəhayətdə isə bu ağrılara, acılara, xalqın yaralarına məlhəm qoymaq, Mirzə Cəlil demişkən xəstəliyi müəyyən etdikdən sonra onun müalicəsini arayıb tapmaq, çətin vəziyyətlərdən çıxış yollarını göstərmək üçün yaratmışdır. “Ağrı dağı”, “Şəhidlər xiyabanında”, “Bu qan yerdə qalan deyil”, “Soyuqdur”, “Biganəlik” şeirləri, “Ağrı”, “Bütövlük”, “İnam”, “Təbil” poemaları bu ağrıların ifadəsi deyilmi?!
Ürəyim köz-közdü, göynəyir, tütür,
Tüstüsü burulub çıxır başımdan.
Vaxt tapa bilmirəm baş qaşımağa,
Şöklü məliklərin sapand daşından.
Azərbaycan Yazıçılar Birliyinin üzvü, fəlsəfə doktoru Sabir Bəşirovun “Xanəli Kərimli: bir ömrün nağılı” kitabında da qeyd etdiyi kimi “Xanəli Kərimlinin şeirləri, poemaları ilə yanaşı ... bayatılarının da müəyyən hissəsi Vətən mövzusundadır”.Vətən ağrısı, millət ağrısı, sakinləri yavaş-yavaş azalan kənd ağrısı, əsgərsiz qalmış dağların ağrısı, 20 Yanvar ağrısı, qorxusu şairin içini didib parçalayır, bu qorxunun nə rəngi bilinir, nə gələcək taleyi... Şairin “illərlə qövr edən ürəyinin ağrısı, sinəsinin göynəyi” ancaq və ancaq azadlıq məlhəmi ilə azalardı. Ancaq bu azadlıq da Vətən torpaqlarının itirilməsi ilə nəticələndiyindən şairin ağrılarsız bir günü, bir anı, bir dəqiqəsi yoxdur:
Bəzən ağrımı danmışam qorxudan,
Bəzən də ağrımışam qorxudan.
Ağrısız, qorxusuz
İlim, ayım, günüm –
olmayıb anım belə.
Ağrılar, qorxular məngənəsində
sıxıla-sıxıla,
əzilə-əzilə
yaşayıram hələ...
1998-ci ildə yazılmış “Təbil” poemasında düşmənlə sərhəddə yerləşən kəndlərimizin tədricən əhalisinin sayının azalmasından doğan narahatlıq bir vətəndaş kimi şairi həyəcan təbili çalmağa, bunun qarşısının alınmasına çağırır. Dağ, daş, kənd, kəsək sahibsiz, məskunsuz, əsgərsiz qaldığından başını aşağı dikmişdir. Vətən qeydinə qalan şair sabahkı bütövlüyümüz, əmin-amanlığımız üçün bugün tədbirli olmağa, Vətənin hər qarış torpağının qədrini bilməyə, “dağların başını uca etməyə” xalqı təkidlə səsləyir:
İstəyirik Vətən basılmaz olsun,
Qoruyaq Kəndi də göz bəbəyi tək.
Kəndlər də bu Vətənin əsgərləridir,
Əsgərsiz bir Vətən, de nəyə gərək?

Bu dağlar həyəcan təbili çalır
Sabahın üzünə dik baxmaq üçün ...
“Ağrı” poeması 1994-cü ildə qələmə alınmışdır. Bu əsər 1990-cı ilin 20 Yanvarında azadlığını tələb edən xalqımıza qarşı törədilmiş qanlı faciənin nəticəsi olaraq yaranmış Şəhidlər xiyabanı qarşısında şəhid ailələrinin ağrı-acılarını öz içində yaşadan şairin düşüncələrinin ifadəsidir. “Şəhidlərin doğum günündə, şəhidlərin ildönümündə” kənardan durub ölməzlik qazanmış şəhidlərimizin məzarları qarşısında acısını yaşayan qohum-qardaşların kədərinə şərik çıxan şair onlardan daha çox əzab çəkir, onlardan milyon dəfə daha çox kədərlidir, çünki o, bir şəhidin deyil, bir xalqın şəhidlərinin dərdini ürəyinə yerləşdirmişdir:
... Kimi cırıb yaxasını
Şəhidinin qabağında,
Kimi qardaş harayında,
Kimi ata sorağında.
Kimisi də oğrun-oğrun
Göz yaşını qarsalayır.
Kimisi də fəryadıyla
Ürəkləri parçalayır.
Qarışıbdı bir-birinə
Əzan səsi, dua səsi.
Qarışıbdı bir-birinə
Əklillərin,
Çiçəklərin zümzüməsi.
Eyni ağrı-acılarla qələmə alınmış “Bütövlük” lirik poeması da şəhidlik mövzusundadır. Şəhidlər xiyabanındakı əbədi məşəl bir xalqın qəhrəmanlıqlarla dolu keçmişinin, azadlıq uğrunda mübarizəsinin rəmzi, “şəhidlərin özü, günahsız bir millətin haqqa ismarladığı sualı, sözü, şəhid anaların ürək sözü” kimi dəyərləndirilir:
O təkcə məşəl deyil,
Zəncirləri dişiylə
Qıran mərd övladların
Atəşidir, təbidir.
Bu təb bütün dünyaya
Bağırır ki, eşidin:
Azərbaycan torpağı
Şəhidlik məktəbidir!!.
O məşəlin od dili
Torpaq altdan püskürən
Şəhidlərin ruhudur.
Xanəli Kərimlinin deyim tərzi, dili, üslubu nə qədər sadədirsə, bir o qədər də dərin fəlsəfi mənaya malikdir. Bu barədə filologiya üzrə fəlsəfə doktoru, AMEA-nın müxbir üzvü Adil Bağırov yazmışdır: “X.Kərimlinin deyim tərzi sərrast, düzüm tərzi bitkindir. O, yaradıcılığında dilimizin tükənməz bədii ifadə vasitələrindən ustalıqla istifadə edərək şeirlərində yüksək ifadəlilik, obrazlılıq yaradır, emosional fikirləri sadə, aydın, yığcam bir dillə ifadə edir, doğma dilimizi özünün qürur mənbəyi sayır”. “Naxçıvan ədəbi mühiti” kitabında isə şair Xanəli Kərimlinin yaradıcılığının dil xüsusiyyətləri haqqında bu qənaətə gəlinmişdir: “... Onun şeirlərində xalq dilinin üslub imkanları həmişə təzə və yeni çalarlarla təzahür etdiyindən poetik dili canlı və təravətlidir. Çünki o, şair kimi hər bir sözün daxili anlamına, gizli qatlarına müraciət etməyi bacarır”.
Şairin qənaətincə, əlinə qələm alan hər bir yazı-pozu adamı yaxşı şair, yaxşı yazıçı ola bilməsə də, yaxşı vətəndaş olmağa borcludur. Bu mənada qətiyyətlə demək olar ki, Xanəli Kərimli şairliyi onun yaxşı vətəndaş olmağının bir göstəricisi və ya nəticəsi olaraq düşünülməlidir. O, yaxşı şair olmaqdan öncə yaxşı insandır, Vətənə layiqli vətəndaşdır.Vətənin sevincinə də, kədərinə də şərik çıxdığı üçün, xalqı ilə birgə döyünən ürəyə malik olduğu üçün, ürəyinə yalnızca Vətən yerləşdirdiyi üçün, öz zəmanəsinə mənsub olan bir sənətkar olduğu üçün!
“Naxçıvanım mənim”, “Şahbuzum”, “Qalırmı?”, “Qoşa bulaq” və s. şeirlərdə doğma diyara olan sonsuz məhəbbət, onun təbii gözəllikləri, keçmişi, tarixi, müqəddəs ocaqdan ayrılmağın kədəri ifadə olunmuşdur. Vətən Xanəli Kərimli üçün qürur, iftixar mənbəyidir, şan-şöhrətdir, ürəyinin şah damarında axan qandır, halallıqdır, paklıqdır, müqəddəslikdir, şairin ruhudur, cismidir, özüdür, onun aylı gecəsi, günəşli gündüzüdür, azadlıq bayraqdarıdır. Vətən şair üçün o qədər dəyərli, ülvidir ki, onu başındakı qızıl tacı hesab edir:
Ucalığım – tacım mənim,
Hər an ehtiyacım mənim.
Dar günüm, ağır çağımda,
Əlacım, illacım mənim!
Nur çilədin qoca Şərqə,
Tarix boyu öz zəkanla.
Diz çökdürdün düşmənini,
Pozulmaz bir ehtişamla.

Bu dünya bir cənnətdirsə,
O cənnətin qapısı sən!
Varım, yoxum – nəyim varsa,
Cümləsi sən, hamısı sən!
Yaşa xoşbəxt anım mənim –
Əbədi ünvanım mənim –
Doğma Naxçıvanım mənim!
Xanəli Kərimlinin “Nə mutluyam”, “İstanbulda düşüncələr”, “Türkə ağı demək olmaz”, “Van gölü” və s. şeirlərində bir millət, iki dövlətdə yaşayan Azərbaycan türkləri ilə Türkiyə türklərinin birliyindən, qardaşlığından, şanlı tarixindən və bu günündən bəhs edilmişdir:
Başı dağ çalmalı dağlar qoynunda,
Çırpınan, nazlanan, yatan Van gölü.
Sən türkün əbədi qan yaddaşısan,
Dünəni bu günə çatan Van gölü.

...Van gölü, əlvida demirəm sənə,
Sən mənim duzumda, çörəyimdəsən.
İllər dolansa da, ömür keçsə də,
Sən elə əbədi ürəyimdəsən.
1997-ci ildə qələmə alınmış “Azərbaycan bayrağı” şeirində müstəqil dövlətimizin rəmzlərindən biri olan qürur mənbəyimiz, azadlığımızı bütün dünyaya bəyan edən üçrəngli bayrağımız tərənnüm olunmuşdur. Şair üçün başının üstündə müqəddəs iki varlıq vardır, bunlardan birincisi ulu yaradan, digəri isə bir kərə yüksəldisə, bir daha enməyən üçrəngli bayrağımızdır:
Bayrağımın rəngində,
Yerin, göyün rəngi var.
Yurdumun azadlığı,
Pozulmaz ahəngi var.

O mənim yad ellərdə,
Danışan saf dilimdi.
Vüqarım, ləyaqətim,
Vətənimdi, elimdi.
Şairin 2021-ci ildə qələmə alınmış “Ata” xatirə-poeması avtobioqrafik məzmun daşısa da, dünya, həyat, Haqq, nahaq, axirət dünyası, Xeyir və Şər, nadanlar və aqillər, İblis-şeytan və s. haqqında fəlsəfi düşüncələr və qənaətlər ilə diqqəti cəlb edir. Poema həm zəngin xalq hikmətlərindən faydalanma və təsir ilə, həm də 70 illik təmənnasız ömür yaşayan bir insanın zəngin həyat təcrübələrinin bədii sintezi kimi bütün insanları Haqqa tapınmağa, ədalətə, Xeyir qüvvələrə arxalanmağa, humanizmə, düzgünlüyə, yüksək mənəviyyat sahibi olmağa səsləyir. İnsanı Həqiqətə, saflığa, mənəvi zənginliyə aparan yol orta əsrlərin sufizm cərəyanında olduğu kimi, bir sıra çətin mərhələlərdən keçir. Məhz bu səbəbdən də “Haqqın yolu kəsə yol deyil” fikrində olan şair Xanəli Kərimli öz şəxsi nümunəsilə insanlara bu yolda kömək olacaq vasitələri də sadalayır:
Ancaq Haqqın yolu kəsə yol deyil,
Səbrdir, təmkindir Haqqa gedən yol.
Sən özün deyirdin bunları, Ata,
Haqq düşmən olsa da, Haqqa təslim ol.
Zamanın nəbzini tutan şair II Qarabağ savaşının başlandığı günlərdə illərdir ətrini duymağa, ayaq basmağa həsrət qaldığımız vətənimizin dilbər guşəsi Qarabağımızın və ətraf rayonların müdrik siyasi rəhbərimizin komandanlığı və vətənçün canından keçməyə hazır olan igid oğullarımızın sayəsində geri qaytarılmasının sevincinin“Bayrağını uca qaldır, ana vətən!”adlı lirik poemasında ən yüksək bədii ifadəsini vermişdir:
Azərbaycan bir üzüksə, o üzüyün qaşı sənsən, Qarabağım,
Azərbaycan bir bədənsə, o bədənin başı sənsən, Qarabağım,
Azadlığın, enməzliyin əfsanəvi yaşı sənsən, Qarabağım.
Həm kədərli, həm sevincli gözümün də yaşı sənsən, Qarabağım.
Sənsiz mənim ürəyim də para idi, yara idi, Qarabağım,
Sənin belə quru adın dərdlərimə çarə idi, Qarabağım.
Qeyd etdiyimiz və edə bilmədiyimiz bu misralar təsəvvürümüzdə son dərəcə Vətəninə, millətinə, dövlətinə bağlı, həssas, humanist, mənəvi cəhətdən saf, halal, sadə, səmimi, yaradıcılığı ilə şəxsiyyyəti bir-birini tamamlayan bir şair canlandırır. Məhz bu cəhətlərinə görə, akademik İsa Həbibbəyli Xanəli Kərimli yaradıcılığını yüksək qiymətləndirərək yazmışdır: “Xanəli Kərimlinin yaradıcılığında həssaslıq və vətəndaşlıq mövqeyi ön sırada dayanır. Həyata, insanlara həssas münasibətlər Xanəli Kərimlinin şeirlərinə dərin lirizm gətirir”. “Ağrıdan ucada dayanan şair”ə Azərbaycanımızın bütün dərdlərinin bitməsi nəticəsində yaranan qəlb rahatlığı, könül xoşluğu arzulayırıq!

12-08-2025, 23:11
Haqqdan yanan çıraq- Vüqar Vüqarlı-70
31-07-2025, 16:40
Mirzə Ələkbər Sabir Fondu növbəti layihəsinə yekun vurub
17-07-2025, 08:33
Lev Tolstoyun şəxsi əşyaları ilk dəfə Saxalində təqdim olunacaq
15-06-2025, 20:02
Sumqayıtda şairə-jurnalist İlhamə Məhəmmədqızının 55 illik yubileyi qeyd olundu-VİDEO+FOTOLAR
11-06-2025, 11:03
38 yaşlı şairə vəfat edib
3-06-2025, 07:39
DƏYƏRLİ ŞAİRİN YENİ SÖZ SOVQATI- TARİYEL ABBASLI
31-05-2025, 16:06
Sumqayıtda şair Rafiq Yusifoğlunun 75 illik yubileyinə həsr olunmuş ədəbi bədii gecə keçirildi-VİDEO+FOTOLAR
31-05-2025, 15:15
Ukraynada ABŞ yazıçısının 30 min kitabı rus mafiyasını “romantikləşdirdiyinə” görə məhv edilib
17-05-2025, 18:21
Türkiyə Ədəbiyyat Vəqfi Sumqayıtda-Kitab təqdimatı və mükafatlandırma-VİDEO+FOTOLAR
9-05-2025, 10:00
Azərbaycan Hərb Tarixi Muzeyində “Böyük Qələbənin varisləri” kitabının təqdimatı keçirilib
8-05-2025, 23:12
"Azərbaycan" jurnalının kollektivi oxucularla görüşüb-VİDEO+FOTOLAR
7-05-2025, 10:44
Sumqayıt şəhərində Güləmail Muradın "Beş Ulduz" adlı kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
2-05-2025, 10:58
ŞAHLAR GÖYTÜRKÜN ALİM – ŞAİR– VƏTƏNDAŞ MİSSİYASI-Vüqar Əhməd
18-04-2025, 00:01
Miraslan Rasimi də itirdik-Namiq MƏMMƏDLİ
16-04-2025, 23:50
Ədalət Əroğlunun doğum gününü təbrik edirəm!
16-04-2025, 22:31
Şair və ədəbiyyatşünas Konstantin Kedrov vəfat edib
9-04-2025, 09:10
Qahirədə seminar: Azərbaycan alimləri ərəb dilinin inkişafına böyük töhfələr veriblər
17-03-2025, 11:15
MƏZARSIZ QƏHRƏMAN-Xaqani Abbasəli ÖZTÜRK
16-03-2025, 02:44
Sumqayıtda şair Məmməd İlqarın 75 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
12-03-2025, 22:08
Elmin təhsilə inteqrasiyası istiqamətində növbəti mühazirə oxunub
2-03-2025, 22:59
Sumqayıt şəhərində Natəvan Dəmirçioğlunun "Açar" romanının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
25-02-2025, 13:05
Sumqayıt şəhərində deputatın kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
19-02-2025, 22:17
Sumqayıtda şair Asif Asimanın 70 illik yubileyi keçirilib-VİDEO+FOROLAR
19-02-2025, 09:01
Nəcibliyi, ziyalılığı ilə hər kəsin sevgisini qazanan işıqlı insan
9-02-2025, 21:49
Şeirlər- İSMAYIL MƏRCANLI İMANZADƏ
1-02-2025, 23:22
Xalidə Nurayı TƏBRİK EDİRİK!
23-12-2024, 15:46
Səbuhi Zamanın “Adamın Dibi” adlı kitabı işıq üzü gördü
15-12-2024, 14:33
Yazıçı Samir İmanovun "Arzularımın rəqsi" adlı kitabının təqdimat mərasimi keçirilib
13-11-2024, 23:46
Görkəmli Türk Ədibi Sərhəd Kabaklı-Vüqar Əhməd
1-11-2024, 13:16
Sumqayıt şəhərinin 75 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib-VİDEO+FOTOLAR
30-10-2024, 21:46
Rusiyanın əməkdar artisti Kazbek Suanov dünyasını dəyişib
26-10-2024, 18:55
Tanzaniyada Puşkinin abidəsinin açılışı olub, nağılları isə suahili dilində nəşr olunub
16-10-2024, 10:02
Naxçıvan ədəbi mühitinin seçilən nümayəndəsi Hüseyn Razinin 100 illiyinə layiqli töhfə
12-10-2024, 20:45
Naxçıvanda xarici tədqiqatçıların iştirakı ilə arxeoloji kəşfiyyat işləri aparılır
12-10-2024, 19:55
Azərbaycan Universitetində Mirzə Ələkbər Sabir irsi və ədəbi dilə həsr olunmuş tədbir keçirilib
12-10-2024, 10:47
Ədəbiyyat müəllimi erotik fotolara görə töhmət alıb
28-09-2024, 21:57
Onu "Türk dünyasının sevilən qızı" adlandırırdılar
28-09-2024, 21:51
Vüqar Əhməd: "Allahımızın üzü dönüb"
2-08-2024, 14:53
Mirzə Ələkbər Sabir Fondu yeni layihənin icrasına başlayıb
1-08-2024, 13:22
“Cəfər Cabbarlı - ədəbiyyatımızın böyük sənət fədaisi” adlı layihənin icrasına başlanılıb
12-06-2024, 23:33
Professor Mahirə Hüseynova Turan Elmlər Akademiyasının akademiki seçilib
9-06-2024, 15:53
"Zəfəri yaşadanlar” kitabının təqdimat mərasimindən-VİDEO+FOTOLAR