19:45 / 21-09-2026
Oğlunun şəhadətinin 3-cü ildönümündə vəfat etdi - Foto
19:39 / 21-09-2026
Ayıları qorxutmaq üçün gecə reydləri keçirilir
19:36 / 21-09-2026
Ukrayna ölüm haqqında oxumamaq üçün himnini dəyişdirmək istəyir
19:33 / 21-09-2026
Ekspert Trampın Rusiyaya təzyiqi nə vaxt artıra biləcəyini izah etdi
19:29 / 21-09-2026
Bloqçu Nekoglay Moldovada narkotik qaçaqmalçılığında şübhəli bilinərək saxlanılıb
19:24 / 21-09-2026
Professor Fenenko ABŞ-ın Qrenlandiya ilə bağlı yeni taktikalarını izah etdi
19:19 / 21-09-2026
Tramp Ukraynadakı münaqişəyə son qoyulmasının vacibliyini bəyan etdi
19:17 / 21-09-2026
Belarusun Qərb üçün gübrəsi qalmayıb
19:14 / 21-09-2026
Zelenski ilə Tramp arasında mümkün görüşün tarixi açıqlanıb
19:11 / 21-09-2026
Yetkinlik yaşına çatmayan uşağa qarşı cinsi təcavüzə görə 15 il həbs cəzasına məhkum edilib
19:08 / 21-09-2026
17-ci uşağını dünyaya gətirib
19:05 / 21-09-2026
Özbəkistan Prezidenti Putini seçkilərin uğurlu keçirilməsi münasibətilə təbrik etdi
19:02 / 21-09-2026
Politoloq Merzin XDU-nun uğursuzluğundan sonra niyə ayrılmaq istəmədiyini izah etdi
18:57 / 21-09-2026
Bir iş adamı təhlükəli hava nəqliyyatı ilə bağlı 4,5 il müddətinə azadlıqdan məhrum edilib
18:45 / 21-09-2026
Tramp Rusiya dizel yanacağı istehsalına nəzarət etmədiyini deyir
18:40 / 21-09-2026
Bir evin həyətində bir yeniyetmə vəhşicəsinə döyülüb
18:36 / 21-09-2026
ABŞ jurnalisti Rusiyadakı seçkilərin azad və şəffaf olduğunu bildirib
18:30 / 21-09-2026
Bir qız polis maşınlarını yandırdığına görə ev dustaqlığına buraxılıb
18:25 / 21-09-2026
Volodin Dövlət Duması seçkilərinin nəticələri ilə bağlı şərh verdi
18:17 / 21-09-2026
Avtomobil toqquşmasında bir oğlan ağır yaralanıb
18:13 / 21-09-2026
Medvedev Le Penin partiyasını rusofoblar və nasistlərlə əməkdaşlıq edənlər adlandırdı
18:11 / 21-09-2026
Politoloq Almaniyada qütb partiyalarının artan populyarlığını qeyd edib
18:07 / 21-09-2026
Bir kəndin yaxınlığında ağ ayılar müşahidə edilib
11:24 / 21-09-2026
Böyük Qayıdış bütöv bir regionun yenidən qurulmasıdır-Könül Nurullayeva
18:54 / 20-09-2026
Fransa prezidentliyinə namizəd Ukraynaya maliyyə yardımını dayandıracağına söz verdi
18:51 / 20-09-2026
Valiyeva test konkilərində sərbəst konki sürməni yerinə yetirdikdən sonra göz yaşlarına boğuldu
18:47 / 20-09-2026
10 şir ölü tapıldı; onlar zəhərlənmiş ola bilər
18:43 / 20-09-2026
Le Penin partiyası Fransada kritik yanacaq vəziyyəti elan etdi
18:37 / 20-09-2026
"City 312" qrupunun aparıcı müğənnisi insultdan sonra sağalmasından danışıb
18:34 / 20-09-2026
Kislovodskdakı malikanəsi 2,5 milyard rubla satışa çıxarılıb
18:29 / 20-09-2026
Pakistanda keçmiş baş nazir İmran Xanın bacısı saxlanılıb
18:07 / 20-09-2026
Bir qrup uşaq idmançı qida zəhərlənməsinə məruz qalıb
18:03 / 20-09-2026
Saakaşvili Gürcüstan məhkəməsində Ukrayna himnini oxudu
17:32 / 20-09-2026
Dövlət Duması Kallasın Rusiya seçkilərini tanımamaq çağırışını "şeytan" adlandırdı
17:23 / 20-09-2026
Zaxarova: "101 yaşlı rus qadını Cənubi Koreyada səs verib"
17:20 / 20-09-2026
Tramp Vaşinqtondakı Zəfər Tağını hərbi kompleksə çevirəcəyini açıqladı
17:17 / 20-09-2026
Zaxarova: "Xaricdə 104 mindən çox Rusiya vətəndaşı seçkilərdə səs verib"
17:14 / 20-09-2026
İran ordusu planlaşdırılan ABŞ hücumu ilə bağlı kəşfiyyat məlumatı alıb
SƏNSİZLİK ZÜMZÜMƏLƏRİM...-Fidan Nizaməddin qızı Abdurəhmanova
Tarix: 18-04-2021 22:42 | Bölmə: Ədəbiyyat

Yalnız sənin yoxluğun bu dünyada təkliyimdir... əsgərim...
Sənsiz sabahlarım...
Gözümü bu işıqlı dünyaya açan kimi ruhum sənin yanına qaçır. Sənin mənim üçün darıxan qara gözlərini öpüb varlığında müsafir qalır hər səhər... Sənin məhəbbətindir mənim dünyamın nur işığı və səhərim. Bütün dövrlərdə olduğu kimi bu gün də tale bizi sınağa çəkir. Səadətimi hər səhər sənsizliklə bölüşürəm...
Sən mənim soyuq ömrümün sabah şəfəqlərisən.
Yaşadığım hər anın içində ya sən varsan ya da sənsizlik.Yetər ki, varlığında yaşayım. Sən varsansa xoşbəxtəm. Sənsizlik isə mənim taleyimin həsrətlə yüklənmiş hissəsidir. Təki vətən sağ olsun, təki canın sağ olsun! Səninlə yaşadığım hər günümə şükürlər olsun. Sən mənim qəlbimdə dodaqlarımda zümzümə etdiyim nə vaxtsa doğulacaq bir körpəm, ən əziz duamsan.
VƏTƏN müharibəsin ilk günlərində səndən sonra... boşluğa düşdüm sanki... heç vaxt çıxa bilməyəcəyim bir kor quyu, ya da hər tərəfi çıxa biləyəcəyim sıldırım qaya. Düşünə bilirsənmi? Sənsiz düşüncələrimə sarılıb gözümü sabaha dikərək sənli ümidlərimlə uğrunda vuruşduğun bu müqəddəs torpağa, dünyaya qarışıram...
Sənsiz küləkli axşamlarda
Sentyabr ayının son günləri, yenə sənsiz axşamlardan biridir. Sənin üçün darıxdığım və səni sənsizliklə bölüşdüyüm anlarımdır. Könül mülkümün talan olunduğu ahımın səni arayıb axtardığı axşamlardan biridir. Sənli xatirələrimlə baş-başa bir axşam keçiririk bu küləkli yay axşamında. Ürəyim nigaran, gözlərimdə yaş...
Sənə olan həsrətimdir bu axşamkı küləklər... aramızda olan bütün maneələri göyə sovuraraq yollarımızı açır sanki. Pəncərəmi döyərək şüşələri min parçaya bölən külək, dənizləri dalğaların altında gizlədən külək, sevgisini qəlbinə gömüb, vətən uğrunda vuruşan, bu an səngərdə olan əsgərimi qoru, onu sağ salamat geri gətir – deyə utancaq yalvarışlarımdır əslində.
Səni mənə tərəf gətirən yollara dikilib bu axşam yenə gözlərim.Yollar etibarsızdır.. gah sevindirir, gah da üzür. Bir gün uzaqlaşdırır, bir gün yaxınlaşdırır. Sənsiz açılan səhərlərimlə düşən axşamlarımla insan dolu dünyada torpaqlarımıza və sənə qovuşmaq ümidi ilə yaşayıram. Bu gün də yaşadım, bu gün isə öz həsrətinlə... yaşada bildin məni.
Yolun açıq olsun əsgərim, mənə gələn tərəfi....
Sənsiz yağışlı gecələrdə...
Yağış elə ürəklə yağır ki... Oktyabr ayının ilk həftəsidir... Qarabağın bağrını yaralayanlar layiqincə cavablarını alırdı. Özünü bu torpaq uğrunda fəda edərək canını qurban verən şəhidlərin qanını yuyurdu bu yağış sanki... hər gün bir kəndi azad etdiyiniz xəbərləri bütün Azərbaycanı sevindirir. Səninlə qürur duyuram əsgərim! Gözlərim yenə də göyün bulaqlıq güzgüsündə idi: yağ yoxsa yağma deyə dua edim bilmirəm. Sənə soyuq olmasından qorxuram, çəkmənin çamura batıb ağırlaşmasından qorxuram. Amma azad olan torpaqlarımızı yuyub erməni çirkabından təmizlənməsini istərdim... bir daha yad ayağı dəyməsin Qarabağıma. Əsgərimin zəhməti yerə dəyməsin bir daha!
Beləcə gözüm göylərdə, dilim duada qaranlıqlar min parçaya bölünərək şəfəqləri aralar, qəlbimin dan yeri yeni sabahlar kimi sökülər.
Yağışın əvəzolunmaz havasında hər kəs ən əziz insanın istiliyini duyar, onu arzular. İçimizdən keçərək ruhumuzu titrədəcək duyğularımız isə səssizcə fəryad edər. Sənin kipriklərinə damcıllayan bu yağışı mənim mənim həsrət və sevinc gözyaşlarım bil. Bu zaman kəsiyində bu yağışı duyursansa yaşayırsan demək, bu mənim ən böyük sevincimdi.
Diqqətdən kənar olduğunu görüb, daha ürəklə yağmağa başlayır yağış... sevgiyə həsrət qalan qara torpağın ətri yerə göyə sığmırdı bu gün. Bu yağış Qarabağımın işgaldan azad olan torpaqlarının sevinc göz yaşlarıdı... bu torpaqlara bu gün Azərbaycan əsgərinin ayağı, nəfəsi toxunmuşdu. Bu yağış Qarabağın atalı analı yetimlərin arzusu kimi öz ailələrinə qovuşmaq həsrətinin göz yaşlarıdır.
Yağışın altında anası evə çağırmayan uşaqlar kimi qalmışdı Qarabağ atları. Mən isə sənsiz... və bir sabah yuxudan ayılıb Qarabağın qələbə müjdəsini səndən eşitmək istəyirəm. Və səni görmək istəyirəm, uşaqlıqda atamla anamı gördüyüm kimi... nəhayət səsini eşitmək yox, görmək istəyirəm. Heç vaxt görmədiyim sığalı görsün saçlarım.
Mən də yağışa qoşulub ağladım əsgərim, sənsizliyimi görməmək üçün kirpiklərim gözümün içinə batana kimi gözlərimi bərk-bərk sıxdım. Göz yaşlarım gözlərimdə fırlandı və kainatda bir əziz insan soragına çıxaraq uşaqlıqda baxdığımız rəngli şüşələr kimi min rəngli damlalara bölündü. Yağışdan çıxan göy qurşağı kimi dodaqlarım gülümsündü.
Daşqalaq olunmuş günahsız vücud kimi torpağın yaraları yalnız şücaətli ordunun yanında sağalır. Bu gün də yaşadım əsgərim, sənsiz olsam da, böyük ümidlərlə, vətənimə və sənə olan sevgimlə... bu gün də yaşatdın məni işğaldan azad olan torpaqların sevinci və yenə də öz həsrətinlə... əsgərim.
Səndən əziz...
Səni sevdiyim qədər də itirmək qorxum var. Bu qorxduğum ən gözəl hissimdir... Qorxularım çox olub həyatımda. Sənə aid qorxularım isə həsrət dolu nigarançılıqdır.
Duyduqlarımı cox vaxt düşünmək istəmirəm. Sənsizliklə və səbirsizliklə sevirəm səni əsgərim. Hərdən hər anımı son kimi yaşayıram. Vaxtına az qalmış ömrünü tələsik keçirən bir qanadlı quş kimi çırpınıram bu günlərdə...
Bu gun qorxum sevgimdən üstün olub. Səni itirmək qorxum – səndən əziz olub... Allaha əmanət ol əsgərim... Ürəyimdə o qədər arzularım var ki....
Təsəllim…
Bizim sevgimiz kimi həsrətimiz də çox gözəldi. Bütün hisslərdən fərqli olaraq, bizim həsrətimiz bütün qadağaları aşaraq, daima qovuşur. İnsan həyatının bütün çağlarında cox güman ki,yenilənməyə ehtiyac vardır. Bu günki ayrılığı isə gözəl günlərin ərəfəsində olan bir yenilik kimi qəbul edək. Bütün sevənlərin həyatında ayrılıqlar var. Bizim ayrılığımız bəşəriyyətin, təbiətin, insanlığın ana yurdun xilası üçündür... bəli, gözləmək çətindir, amma düşünəndə ki, sonunda sülh var qələbə var bu xoşbəxtliyin astanasıdır. Bu gün biz ayrı qalmalıyıq, yenidən torpaqlarımıza və bir-birimizə qovuşa bilək. Məhz bu dövrdə dünyanın xəstəliklə mübarizə apardığı günlərdə, qadağaların ciddiləşdiyi, Vətən müharibəsinin yaşandığı bir dövrdə bir-birini yaşadan, həsrətlərin qovuşduğu, ümidlərin doğulduğu və böyüdüyü bütün sevən ürəklər var olsun...
Fidan Nizaməddin qızı Abdurəhmanova,
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,
dosent
Sabaha-inamla.az
Baxış sayı: 945
Bölməyə aid digər xəbərlər

23-08-2026, 20:40
Tolstoyun 200 illik yubileyi münasibətilə italyan yazıçısı Nori onun haqqında roman yazmağı planlaşdırır
18-08-2026, 12:06
Yaponiyada Azərbaycanı tanıdan yeni kitab nəşr olunub
1-08-2026, 11:45
Nəriman Həsənzadə vəfat etdi
29-06-2026, 13:54
Lütviyyə Əsgərzadənin Cəlal Bərgüşad haqda yazdığı kitabın təqdimatı keçirilib-VİDEO+FOTOLAR
4-06-2026, 22:30
Sumqayıtda Mikayıl Müşfiqin doğum günü keçirilib.-VİDEO+FOTOLAR
1-06-2026, 18:19
Poltava rus dilində kitabları, filmləri və tamaşaları qadağan edib
6-05-2026, 20:50
Şair və musiqiçi hosteldə ölü tapılıb
6-05-2026, 01:11
Sənət dastanı
25-04-2026, 10:02
Mənimdir -Vüqar Əhməd
16-04-2026, 23:32
ELM VƏ SÖZÜN ZİRVƏSİNDƏ: VÜQAR ƏHMƏD – 63
5-04-2026, 10:42
SƏMƏD VURĞUN YARADICILIĞINDA ZAMAN VƏ MƏKAN DƏRDİ
2-04-2026, 21:14
Rus yazıçısı Monteneqroda vəfat edib
19-03-2026, 16:43
Sumqayıtda Sabir Sarvanın 70 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
3-03-2026, 11:44
NOVRUZ GÜNLƏRİNDƏ YENİ NOVRUZ KİTABI
18-02-2026, 17:52
Prezidentlə xanımı Nəriman Həsənzadəni təbrik etdi
2-02-2026, 21:16
“İnsanı sevməyi səndən öyrəndim...”
2-02-2026, 16:33
Yazıçının evi qarət edilib
17-12-2025, 22:31
Ədəbiyyatşünas-alim Asiya Elmlər Akademiyasına üzv seçilib
27-10-2025, 17:07
ŞAMİL ƏNVƏROĞLUNUN YENİ KİTABLARININ TƏQDİMATI KEÇİRİLİB-VİDEO+FOTOLAR
1-10-2025, 15:32
Məhkəmə yazıçını qiyabi olaraq 7 il müddətinə azadlıqdan məhrum edib
16-09-2025, 15:30
Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin prezidentləri Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin güllələnmiş heykəllərinə baxıblar
12-09-2025, 19:34
Ədliyyə Nazirliyi yazıçı Topol və daha üç nəfəri xarici agentlərin reyestrinə daxil edib
25-08-2025, 18:34
HÜSEYN ARİFLƏ İSMAYIL İMANZADƏNİN CƏBRAYIL SƏRGÜZƏŞTLƏRİ
12-08-2025, 23:11
Haqqdan yanan çıraq- Vüqar Vüqarlı-70
31-07-2025, 16:40
Mirzə Ələkbər Sabir Fondu növbəti layihəsinə yekun vurub
17-07-2025, 08:33
Lev Tolstoyun şəxsi əşyaları ilk dəfə Saxalində təqdim olunacaq
15-06-2025, 20:02
Sumqayıtda şairə-jurnalist İlhamə Məhəmmədqızının 55 illik yubileyi qeyd olundu-VİDEO+FOTOLAR
11-06-2025, 11:03
38 yaşlı şairə vəfat edib
3-06-2025, 07:39
DƏYƏRLİ ŞAİRİN YENİ SÖZ SOVQATI- TARİYEL ABBASLI
31-05-2025, 16:06
Sumqayıtda şair Rafiq Yusifoğlunun 75 illik yubileyinə həsr olunmuş ədəbi bədii gecə keçirildi-VİDEO+FOTOLAR
31-05-2025, 15:15
Ukraynada ABŞ yazıçısının 30 min kitabı rus mafiyasını “romantikləşdirdiyinə” görə məhv edilib
17-05-2025, 18:21
Türkiyə Ədəbiyyat Vəqfi Sumqayıtda-Kitab təqdimatı və mükafatlandırma-VİDEO+FOTOLAR
9-05-2025, 10:00
Azərbaycan Hərb Tarixi Muzeyində “Böyük Qələbənin varisləri” kitabının təqdimatı keçirilib
8-05-2025, 23:12
"Azərbaycan" jurnalının kollektivi oxucularla görüşüb-VİDEO+FOTOLAR
7-05-2025, 10:44
Sumqayıt şəhərində Güləmail Muradın "Beş Ulduz" adlı kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
2-05-2025, 10:58
ŞAHLAR GÖYTÜRKÜN ALİM – ŞAİR– VƏTƏNDAŞ MİSSİYASI-Vüqar Əhməd
18-04-2025, 00:01
Miraslan Rasimi də itirdik-Namiq MƏMMƏDLİ
16-04-2025, 23:50
Ədalət Əroğlunun doğum gününü təbrik edirəm!
16-04-2025, 22:31
Şair və ədəbiyyatşünas Konstantin Kedrov vəfat edib
9-04-2025, 09:10
Qahirədə seminar: Azərbaycan alimləri ərəb dilinin inkişafına böyük töhfələr veriblər
17-03-2025, 11:15
MƏZARSIZ QƏHRƏMAN-Xaqani Abbasəli ÖZTÜRK
16-03-2025, 02:44
Sumqayıtda şair Məmməd İlqarın 75 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR