21:43 / 14-10-2026
Fotoqraf həbs edilib
21:26 / 14-10-2026
Zavodda yanğın baş verib
Bütün xəbərlər
İlham Əliyevin Tbilisidə rəsmi qarşılanma mərasimi olub
Tarix: 06-04-2026 23:45 | Bölmə: Gündəm

İlham Əliyevin Tbilisidə rəsmi qarşılanma mərasimi olub


Aprelin 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstanın paytaxtı Tbilisidə rəsmi qarşılanma mərasimi olub.
Sabaha-inamla.az xəbər verir ki, Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşıladı.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi.
Azərbaycanın və Gürcüstanın Dövlət himnləri səsləndirildi.
Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçdilər.






















Baxış sayı: 675


Bölməyə aid digər xəbərlər