01:28 / 12-03-2026
Şəhidin adı verilən sinifin açılışı oldu-VİDEO+FOTOLAR
22:19 / 11-03-2026
Zelenski Qərb ölkələrindən "PAC-3" raketlərinin alındığını təsdiqlədi
22:14 / 11-03-2026
Məktəblərdə şagirdlərin şəxsi axtarışları tətbiq oluna bilər
22:09 / 11-03-2026
Tramp İranın Hörmüz boğazını minaladığını inkar edib
22:06 / 11-03-2026
Tramp İranda məktəbə edilən hücumda ABŞ-ın iştirakı barədə heç nə bilmədiyini bildirib
22:00 / 11-03-2026
İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı artıb
21:56 / 11-03-2026
Makron iddia edir ki, G7 liderləri Rusiyaya qarşı sanksiyaları ləğv etməkdən imtina edirlər
21:53 / 11-03-2026
İİKK: İran Yaxın Şərqdəki bütün ABŞ hərbi bazalarını məhv edib
21:47 / 11-03-2026
İtini qadının üstünə buraxdı; iş açılıb
21:41 / 11-03-2026
Lavrov İrandakı vəziyyəti Oman Xarici İşlər Naziri ilə müzakirə etdi
21:38 / 11-03-2026
Xarici agent Maksim Katz qiyabi olaraq doqquz il müddətinə azadlıqdan məhrum edilib
20:25 / 11-03-2026
Ukrayna Paralimpiya Komitəsi Beynəlxalq Paralimpiya Komitəsini ayrı-seçkilikdə günahlandırdı
20:19 / 11-03-2026
Uğursuz plastik cərrahiyyə əməliyyatı ilə bağlı cinayət işi açılıb
20:14 / 11-03-2026
Quberniyev bildirib ki, Rusiya Dünya Kubokunda İranın yerini tutmalıdır
20:10 / 11-03-2026
Tatarıstanda neft oğurluğuna görə dörd ukraynalı qiyabi mühakimə olunacaq
20:07 / 11-03-2026
Peskov xatırlatdı ki, Rusiya Türkiyəni Kiyevin Qara dənizdəki boru kəmərlərini sabotaj etmək planları ilə bağlı xəbərdar etdi
20:02 / 11-03-2026
Hayfada 15 yeraltı dayanacaq bomba sığınacağına çevrilib
20:00 / 11-03-2026
Məhkəmə ömürlük pulsuz pizza almaq hüququnu rədd etdi
19:54 / 11-03-2026
Valideynlik hüququndan məhrum edilmiş ata qızını qaçırdı
19:51 / 11-03-2026
Hayfa sakinlərinə gecəni bomba sığınacaqlarında keçirmələri tövsiyə olunur
19:46 / 11-03-2026
Çexiyalı xizəkçinin Paralimpiya Oyunlarında rusiyalı jurnalistlərlə ünsiyyət qurması qadağan edilib
21:37 / 10-03-2026
İran Hayfadakı neft emalı zavoduna zərbələr endirib
21:33 / 10-03-2026
İran İsraili Beyruta atəş açarkən dörd diplomatın ölümündə günahlandırıb
21:18 / 10-03-2026
Qadın sərnişinə hücum etməkdə ittiham olunan taksi sürücüsü həbs edilib
21:15 / 10-03-2026
İran İsrail və ABŞ infrastrukturuna cavab zərbələri endirəcəyi barədə xəbərdarlıq edib
21:11 / 10-03-2026
Xəstəxana xəstəsi lift şaxtasına yıxılaraq ölüb
21:07 / 10-03-2026
Merz Rusiya əleyhinə sanksiyaların yumşaldılmasına qarşıdır
21:01 / 10-03-2026
Moskalkovanın yerinə ombudsman vəzifəsinə əsas namizədin adı açıqlanıb.
20:57 / 10-03-2026
Yelləncəkdə yellenən məktəbli ölüb
20:52 / 10-03-2026
Zelenski Ukraynanın hava hücumundan müdafiəsini gücləndirməyin vacibliyini bildirdi
20:49 / 10-03-2026
Putin İran Prezidenti Pezeşkyanla telefonda danışdı
20:45 / 10-03-2026
Laricani Trampı ölümlə hədələdi
20:42 / 10-03-2026
Vitkoff İsrailə səfər etməyi planlaşdırdığını açıqladı
20:39 / 10-03-2026
Merz ABŞ və İsrailin İran üçün planının olmamasından narahatdır
18:09 / 10-03-2026
Hərbçilərin saxta xəstəxanaya yerləşdirilməsini təşkil edib
18:06 / 10-03-2026
Çayda qızın cəsədi tapılıb
18:04 / 10-03-2026
Ekspert Makarenko deyir ki, İran zamanın və müharibənin sınağından keçib
18:01 / 10-03-2026
12 yaşlı qıza it hücumu ilə bağlı cinayət işi açılıb
“BARI NAXÇIVAN” ŞAİRİ...-Ramiz QASIMOV
Tarix: 28-08-2020 02:45 | Bölmə: Ədəbiyyat
Onun adı Naxçıvana həsr olunan məşhur mahnılardan birinin sözlərini təşkil edən şeirilə dillər əzbərinə çevrilib. Hamının canı-könüldən oxuduğu və dinlədiyi, çox sevilən, məşhur “Barı Naxçıvan” mahnısının sözləri ona aiddir:
Mən səni vəsf edim bir canan kimi,
Sarılım qoynuna mehriban kimi.
Göyündə ulduzlar sayrışan kimi.
Ey könül mülkümün barı, Naxçıvan,
Ellərin sevgili yarı, Naxçıvan.
...Səndə tarixlərin çox nişanı var,
Hər daşın köksündə ox nişanı var.
İndi nə xanı var, nə sultanı var.
Ey könül mülkümün barı, Naxçıvan,
Ellərin sevgili yarı, Naxçıvan.
Bəli, bu şair Naxçıvanın tanınmış söz sənətkarı Hüseyn Əzimdir.
Ədəbi mühitdə Hüseyn Əzim kimi tanınan və sevilən Hüseynqulu Qurban oğlu Əzimov (1913-1987) öz yaradıcı fəaliyyətilə Naxçıvan ədəbi mühitinin inkişafı və zənginləşməsinə böyük töhfələr vermişdir. O, 1913-cü ilin iyul ayının 15-də təkcə Azərbaycanın deyil, ümumən dünyanın ən gözəl, dilbər yerlərindən olan qədim mədəniyyət yurdu Naxçıvanın Ordubad rayonunun Dəstə kəndində anadan olmuşdur. Hüseynqulu Əzimov ilk təhsilini doğma kəndində almış, Ordubad pedaqoji məktəbində davam etdirərk orta təhsilini müvəffəqiyyətlə tamamlamışdır. Gələcəyin qüvvətli sənətkarlarından olacaq bu yaradıcılıq həvəskarı gənc Azərbaycanın məşhur ali təhsil müəssisələrindən olan indiki Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmiş, ali təhsildən sonra müxtəlif sahələrdə əmək fəaliyyətilə məşğul olmuşdur. Tərcümeyi-hal xarakterli materiallarda yazıldığı kimi Hüseynqulu Əzimov 1960-cı ildən ali təhsilini bitirib öz torpağına qayıtdıqdan sonra Dəstə kənd kolxozunun hesabdarı, kənd sovetinin katibi, kənd soveti sədri, rayon mədəniyyət şöbəsində müdir və s. işləmişdir. Hüseynqulu Əzimovun fəaliyyətində jurnalistika sahəsi başlıcalıq təşkil etmişdir. Uzun müddət jurnalistika sahəsində fəaliyyətini davam etdirən Hüseynqulu Əzimov “Ordubad işçisi”qəzeti redaksiyasında məsul katib, “Sovet Culfası” qəzetinin redaktoru, habelə muxtar respublikanın əsas mətbuat orqanı olan “Şərq qapısı” qəzetinin Ordubad-Culfa rayonları üzrə xüsusi müxbiri, 1974-cü ildən “Ordubad işçisi” redaksiyasında şöbə müdiri olaraq işləmişdir. Fəal ictimaiyyətçi olan H.Əzimov Ordubad rayon partiya təşkilatında müxtəlif işlərdə də çalışmış, ilk vaxtlar təbliğatçı, sonralar isə plenum və büro üzvü olmuş, zəhmətkeş deputatları sovetinin deputatı seçilmişdir. Səmərəli və faydalı fəaliyyətinə görə müxtəlif medal və diplomlarla təltif edilən H.Əzimov Azərbaycanın Əməkdar mədəniyyət işçisi (1974) adına da layiq görülmüşdür.
Hüseyn Əzim imzası ilə yaradıcı fəaliyyət göstərən bu tanınmış şair ədəbi yaradıcılığa “Ordubad fəhləsi” qəzetində (Ordubad rayonunun mətbu orqanı olan bu qəzet 1932-ci ildən 1937-ci ilə qədər “Ordubad fəhləsi”, 1937-ci ildən 1963-çü ilə qədər “Ordubad işçisi”, 1966-dən 1991-ə qədər “Yeni Ordubad” və s. adlanmışdır – R.Q.) 1934-cü ildə çap edilmiş “Yaz səhəri” şeirilə başlamışdır. Onun ilk kitabı müxtəlif şeirlərdən ibarət olmaqla 1957-ci ildə “Şeirlər” adı ilə çap olunmuşdur. Müxtəlif illərdə şairin “Dübəndi çayı” (1973), “Gəncliyimdən yadigar” (1980), “Mən günəşə borcluyam” (1985) kitabları nəşr olunmuşdur. Ömrünün sonlarına yaxın – 1985-ci ildə çap olunan “Mən günəşə borcluyam” kitabına ön sözünü Azərbayycanın istedadlı şairi və tənqidçisi Xəlil Rza yazıb. “Dəstə kəndindən bir güldəstə” başlıqlı həmin yazıda görkəmli şair və tənqidçi şairin yaradıcılığının yaxşı tərəflərilə bərabər çatışmayan tərəflərini də ifadə edir, xüsusilə şairin şairin “Xanın tələbi” poeması və “Əkbər kimdir?” mənzum pyesi ilə bağlı tənqidi fikirlərini ifadə etmiş olur. Lakin böyük şairin bu fikirləri də unudulmamlıdır ki: “Hüseyn Əzimin şeir və poemaları ilə öz həyat yolu, ömürlüyü arasında təbii bir ahəngdarlıq, vəhdət var”. Və yaxud: “Hüseyn Əzim pak və zəngin bir mənəviyyata malik olduğu üçündür ki, öyüd, nəsihət verməyə haqqı çatan bir şair, ağsaqqal sənətkar kimi qələm çalır. ...Hüseyn Əzim zəngin daxili mədəniyyətə malik, təvazökar bir qələm sahibidir, şairdən və poeziyadan tələbləri böyükdür, özündən narasızıdr” (Xəlil Rza).
Geniş oxucu kütləsi arasında şair kimi tanınan və sevilən Hüseyn Əzim maraqlı əsərlərilə yadda qalmışdır. Onun şeirlərinin əsas ruhunu ana vətənə bağlılıq, onu bütün gözəlliyi və varlığı ilə vəsf, zəhmətkeş insanlarına öygü təşkil edir. “Naxçıvanım”, “Barı Naxçıvan”, “Dübəndi çayı”, “Ordubada gəl”, “Xanbulaq”, “Göy göl”, klassik şeir üslubunda, qəzəl janrında yazdığı “Vətən”, “Vətən eşqiylə”, “Seyrangahdır bu diyar” və b. kimi əsərləri vətənə məhəbbət və vətən gözəlliklərini tərənnüm baxımdan yazılmış ən sanballı şeir nümunələrindəndirlər. Onun “çox sevirəm bu lisanı, dili mən” başlıqlı şeiri də milli kimliyi və vətənin əbədiliyiniözündə qoruyan və təzahür etdirən ana dilinə məhəbbətlə yazılan əsərlərdəndir. “Şuşa lövhələri” şeirlər silsiləsi də vətən mövzusuna həsr edilmiş əsərlər cəhətdən çox qiymətlidir. Şairin:
Olmuşam eşqinlə mən bir bülbüli-şeyda, Vətən!
Bağçada hər bülbülün olmaz mənə həmtay, Vətən!
Ürəyim dil-dil ötür fəsli baharın eşqinə,
Hansı Məcnunda var məndə olan sevda, Vətən!
...Sən kəramətlə Hüseynin qəlbini şad eylədin,
Səndən almış qüvvətişeirimdəki məna, Vətən! –
kimi beytləri Vətən eşqilə dilə gələn şair qəlbinin zəngulələri kimi diqqəti cəlb edir.
Əlbəttə, Hüseyn Əzim elə bir dövrün sənətkarı, şairidir ki, onun da yaradıcılığında Böyük Vətən Müharibəsi mövzusu başlıca yerdə gəlmişdir. Şairin bu mövzuda yazdığı “Terek sahillərində, “Yadigar üzük” və s. şeirlərində, “Əkbər kimdir?” mənzum pyesində müharibə dövrü insanının bir-birinə sədaqəti, vətən və insan qarşısındakı vəfa borcu, mübarizə əzmi və çətinlikləri aşma qüdrəti, rəşadəti və qəhrəmanlığı əks edilmişdir. “Vətən” adlı şeirində vətəndaşlıq manifestini ifadə edən şair deyirdi:
Eşqindir çatdıran məni murada,
Sevgilim, könlümü vermərəm yada.
Min canım olsa da mənim dünyada
Demişəm yolunda qurbandır, Vətən!
Şair Hüseyn Əzimin bu mövzuda yazılmış əsərlərini həm də öz mövzu və məzmun keyfiyyətlərinə görə vətəndaşlıq lirikasının gözəl örnəkləri sırasına daxil edə bilərik. Şair bu şeirlərində təkcə vətənə olan məhəbbəti tərənnüm edib sevgi duyğularından bəhs etmir, bununla bərabər vətən, el, oba, xalq qarşısındakı vətəndaşlıq xidməti, vətəndaşlıq borcundan da bəhs açır, vətənpərvərlik hislərini əməli fəaliyyət olaraq oxucularının düşüncəsinə təlqin edir. Şairin yaradıcılığında vətən mövzusu söhbət mövzusuna çevriləndə Naxçıvan bütüngözəlliklərilə gözlər önünə gəlir. Naxçıvan məhəlli, regional mənada deyil, bütöv Azərbaycanı təmsil edən vətən anlamında onun yaradıcılığının kredosuna çevrilir. Şair “Naxçıvanım”, “Barı Naxçıvan”, “Dübəndi çayı”, “Ordubada gəl” və s. kimi şeirlərində vətən torpağının gözəlliklərini tərənnüm obyektinə çevirir, onu sevilməyə, vurulmağa layiq “məşuq”, “canan” hesab edir. Şairin böyük məhəbbət və məharətlə vəsf və tərənnüm etdiyi Naxçıvan Azərbaycanın o dilbər guşəsidir ki, bu torpaq tarixlə mədəniyyətin, gözəlliklə inkişafın, qədimliklə müasirliyin qovuşduğu, Şərqlə Qərbə körpü – qapı rolunu oynayan müqəddəs bir məkandır. Bu yerdə insanlar 500 min ilə yaxın bir tarixdə yaşayış məskəni salmış, bəşəri sivilizasiyaya Nuh peyğəmbərlə bağlı inanc, mif və əfsanələri, Gəmiqaya qayaüstü rəsmlərini, adı müqəddəs kitablarda çəkilən Əshabi-Kəhfi və s. mədəniyyət abidələri və düşüncəsini bəxş etmiş, öz kimliyindən nişanə qoymuşdur. Bu müqəddəs torpağı iman və can kimi sevən şair də davamlı yaradıcı əzmlə məhz qoynunda doğulub-böyümək xoşbəxtliyinə qovuşduğu bu vətən torpağını məhəbbətlə təsvir və təqdim etmiş, öymüş, vəsf və tərənnüm etmişdir. Bəli, ədəbi təxəllüsünü “Əzim” götürmüş Hüseyn Əzim belə vətəndaş, vətənsevər və əzmkar bir şair, yaradıcı insan idi. Şairin “Ordubada gəl” adlı şeirində məhz Ordubadın əsrarəngiz təbiəti və gözəllikləri vəsf edilib, tərənnüm olunurdu:
Şair, gəzə-gəzə aranı, dağı,
Bir gün də sən bizim Ordubada gəl!
Yolunu gözləyir çəməni, bağı,
Üzümü, əriyi dada-dada gəl!
Al-əlvan geyinib yenə ağaclar,
Əyib budağını barlı ağaclar.
Oxuyur kəkliklər, ötür turaclar,
Qulaq asmaq üçün muğamata, gəl.
Şeirin epiqrafındakı “Süleyman Rüstəmə” ifadəsi və şeirin məzmunu dərhal oxucuya anladır ki, şeir Azərbaycanın görkəmli şairi Süleyman Rüstəmin məşhur “Azərbaycana gəlsin” şeirindən həvəslənərək ona nəzirə yazılmışdır. Şeirdə vətən təbiətinin al-əlvanlığı, gözəlliyi, gözoxşarlığı ilə bərabər camaatın adət-ənənləri, xüsusilə qonaqpərvərliyi və açıqqəlbliliyi şeirin misralarında ifadə edilmişdir. Eləcə də şairin Dübəndi çayına ithaf etdiyi “Dübəndi çayı” şeiri Ordubada gözəllik və yaraşıq, torpaqlarına min bir bərəkət və bolluq gətirən bir çayın insan qəlbində yaratdığı minnnətdarlıq, məmnunluq və gözəllik duyğularını əks etdirib:
Qıvrıla-qıvrıla axıb gedirsən,
Haradır səfərin, Dübəndi çayı?
Gah sağa, gah sola baxıb gedirsən,
Var olsun gözlərin, Dübəndi çayı!
...Hər yanın gül-çiçək, hər yanın çəmən,
Səndən həyat alır lalə, yasəmən.
Sən ki yaranışdan belə gözəlsən,
Yoxdur bərabərin, Dübəndi çayı!
İnsanların daxili-mənəvi aləmi və saf insani keyfiyyətlər onun yaradıcılığı üçün səciyyəvidir. Mövzu rəngarəngliyinə malik olduğu kimi Hüseyn əzimin yaradıclığı həm də forma və janr baxımından da əlvan və çoxcəhətlidir. Onun yaradıcılığında xalq şeiri şəkillərindən başlamış klassik irsin rübai və qəzəl janrına qədər ən müxtəlif vəzn və şeir şəkilləri istifadə edilmişdir. Kiçik şeirlərdən poema və mənzum pyesə qədər onun yaradıcılığı çoxcəhətli, əlvan və müxtəlif şəkillidir. Müəllif yeri gəldikcə xalq bayatılarından təsirlənməklə müəllifli bayatıların da gözəl nümunələrini yartmışdır. Tədqiqatlarda da onun yaradıcılığı haqqında deyilirdi ki: “Hüseyn Əzimin 1961-1970-ci illərin məhsulu olan “Dübəndi çayı” və az sonra çap etdirdiyi “Gəncliyimin yadigarı’ və “Mən günəşə borcluyam” kitablarında zəngin həyat təcrübəsi olan yetkin və müdrik bir insanın ürək çırpıntıları duyulurdu” (Surə Seyid). Əsərlərində həmişə insan taleləri haqda düşünən və əxlaqi-mənəvi varlıq olaraq insana nəzər yetirən Hüeyn Əzim şeirlərində insan və həyat problemi, qayğıları barədə də düşüncələrini qələmə alırdı. İnsan və Həyat qarşılaşmasında insanın həyat dedikləri ömür yolundakı yaşam fəlsəfəsi, həyat həqiqətləri, fəaliyyət tərzi və əxlaqı, qarşısında duran vəzifələr şairin öz təbirilə həllini tapır və əks etdirilirdi. Onun “Çıx pillə-pillə” adlı şeiri də məhz bu baxımdan çox diqqətəlayiqdir:
Dünyada şan-şöhrət gəldi-gedərdi,
Yaxşı ad yanında onlar hədərdi.
Var-dövlət insana dərddi, kədərdi,
Dosta quyu qazma, şirin dillə sən.
Ağla bu ellə sən, gül bıı ellə sən.
Ömrü yelə vermə, ömür cahandır.
Hər ömrün yolunda bir məşəl yandır.
Həyat dedikləri bir nərdivandır,
Çıx bu nərdivanı pillə-pillə sən,
Dindir insanları şirin dillə sən.
Şair H.Əzim “Qaldı” şeirində də nostalji duyğularını qələmə alsa da, ömrün yaşanan günlərini boşa keçirməməyi, yelə verməməyi qabarıq ideya olaraq diqqətə çatdırır, gənclik illərini mənalı, məqsədli yaşamağı tövsiyə edirdi.
Halallıq, zəhmətkeşlik, humanizm və s. keyfiyyətlər onun başqa əsərlərinin də aparıcı mövzusu və ya problemidir. Şair müəllimə həsr etdiyi şeirində “Ey şanlı müəllim, sənin aləm hünərin var, Hər qəlbdə hörmətlə, məhəbbətlə yerin var” deyə müəllimin halal əməyi və vətənə, xalqa vətəndaş-insan hazırlayan tərbiyəçi zəhmətini poetik vüsətlə öykü yerinə çevirirdi.
Başqa mövzularla bərabər ana məhəbbəti mövzusu, bala, övlad borcu məsələsi onun yaradıcılığında yer tutan məsələlərdəndir. “Ana” adlı şeirlərində şair ananın və ya ana olmağın simasını, obrazını əməllərin və hisslərin kontekstində yaratmağa çalışır. Övladın həyatı və taleyində ananın yerini, özü də əvəzsiz yerini sevgiyə, məhəbbətə, övladlıq borcuna çevirməklə ifadə edir:
Ana! Göylərdən də ucadır bu ad!
Böyük bir kainat bağlıdır ona.
O, mənə canından ayırdı həyat,
Dünya bir yanadır, ana bir yana!
Anacan, südünü halal et mənə,
Məni ayaqlara salmasın zaman.
Mən ana demişəm sənə, Vətənə,
Sizsiz ömrüm, günüm olmasın bir an! (Fikrimizcə, Naxçıvan ədəbi mühitinin istedadlı nümayəndələrindən olan Zeynal Vəfanın “Analar” şeiri ilə qismən olan oxşarlıq təsadüfi xarakter daşıyır! – R.Q.)
Şairin məhəbbət ruhu qəzəllərində daha çox ifadə olunub. Qəzəl janrında yazdığı çoxsaylı şeirlərində dərin, sədəqət və vəfa ifadə edən eşq başlıca yerdə gəlir. “Yarım”, “Gülsən üzümə”, “Könül”, “Getmə”, “Səndən qeyri”, “Çıxa eyvanımıza”, “Nə edim?” və s. qəzəlləri klassik şeir üslubunda yazılmış ən yaxşı aşiqanə şeir nümunələrindən hesab oluna bilər. Qəzəllərində böyük qəzəlxan Ə.Vahid və S.Rüstəmin təsirləri özünü göstərir.
“Əkbər kimdir?” mənzum pyesi ilə dramaturji fəaliyyətə də qədəm qoyan tanınmış şairin bu əsəri Naxçıvan Musiqili Dram Teatrı tərəfindən tamaşaya qoyularaq geniş tamaşaçı marağı qazanmış, böyük oxucu məhəbbətilə qarşılanmışdır. Şairin “Xanın tələbi” adlı poeması isə Azərbaycan xalqının böyük şairi Nizami Gəncəviyə həsr edilib. Poemada dünya ədəbiyyatının qüdrətli söz ustadının məşhur əsərlərindən olan “Leyli və Məcnun” poemasının yazılması ilə bağlı əhvalat ön planda dayanır.
1987-ci ildə dünyadan köçən şair Hüseyn Əzim əsərlərinin bəxş etdiyi ruhi vüsət və vətənə, xalqa, insana sonsuz məhəbbət ideyaları ilə ədəbiyyatımızın yaddaşında əbədi olaraq yaşayır.
Ramiz QASIMOV,
AMEA Naxçıvan Bölməsinin əməkdaşı,
filologiya üzrə fəlsəfə doktoru, dosent

Baxış sayı: 2 201
Bölməyə aid digər xəbərlər
Tarix: 28-08-2020 02:45 | Bölmə: Ədəbiyyat
Onun adı Naxçıvana həsr olunan məşhur mahnılardan birinin sözlərini təşkil edən şeirilə dillər əzbərinə çevrilib. Hamının canı-könüldən oxuduğu və dinlədiyi, çox sevilən, məşhur “Barı Naxçıvan” mahnısının sözləri ona aiddir: Mən səni vəsf edim bir canan kimi,

3-03-2026, 11:44
NOVRUZ GÜNLƏRİNDƏ YENİ NOVRUZ KİTABI
18-02-2026, 17:52
Prezidentlə xanımı Nəriman Həsənzadəni təbrik etdi
2-02-2026, 21:16
“İnsanı sevməyi səndən öyrəndim...”
2-02-2026, 16:33
Yazıçının evi qarət edilib
17-12-2025, 22:31
Ədəbiyyatşünas-alim Asiya Elmlər Akademiyasına üzv seçilib
27-10-2025, 17:07
ŞAMİL ƏNVƏROĞLUNUN YENİ KİTABLARININ TƏQDİMATI KEÇİRİLİB-VİDEO+FOTOLAR
1-10-2025, 15:32
Məhkəmə yazıçını qiyabi olaraq 7 il müddətinə azadlıqdan məhrum edib
16-09-2025, 15:30
Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin prezidentləri Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin güllələnmiş heykəllərinə baxıblar
12-09-2025, 19:34
Ədliyyə Nazirliyi yazıçı Topol və daha üç nəfəri xarici agentlərin reyestrinə daxil edib
25-08-2025, 18:34
HÜSEYN ARİFLƏ İSMAYIL İMANZADƏNİN CƏBRAYIL SƏRGÜZƏŞTLƏRİ
12-08-2025, 23:11
Haqqdan yanan çıraq- Vüqar Vüqarlı-70
31-07-2025, 16:40
Mirzə Ələkbər Sabir Fondu növbəti layihəsinə yekun vurub
17-07-2025, 08:33
Lev Tolstoyun şəxsi əşyaları ilk dəfə Saxalində təqdim olunacaq
15-06-2025, 20:02
Sumqayıtda şairə-jurnalist İlhamə Məhəmmədqızının 55 illik yubileyi qeyd olundu-VİDEO+FOTOLAR
11-06-2025, 11:03
38 yaşlı şairə vəfat edib
3-06-2025, 07:39
DƏYƏRLİ ŞAİRİN YENİ SÖZ SOVQATI- TARİYEL ABBASLI
31-05-2025, 16:06
Sumqayıtda şair Rafiq Yusifoğlunun 75 illik yubileyinə həsr olunmuş ədəbi bədii gecə keçirildi-VİDEO+FOTOLAR
31-05-2025, 15:15
Ukraynada ABŞ yazıçısının 30 min kitabı rus mafiyasını “romantikləşdirdiyinə” görə məhv edilib
17-05-2025, 18:21
Türkiyə Ədəbiyyat Vəqfi Sumqayıtda-Kitab təqdimatı və mükafatlandırma-VİDEO+FOTOLAR
9-05-2025, 10:00
Azərbaycan Hərb Tarixi Muzeyində “Böyük Qələbənin varisləri” kitabının təqdimatı keçirilib
8-05-2025, 23:12
"Azərbaycan" jurnalının kollektivi oxucularla görüşüb-VİDEO+FOTOLAR
7-05-2025, 10:44
Sumqayıt şəhərində Güləmail Muradın "Beş Ulduz" adlı kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
2-05-2025, 10:58
ŞAHLAR GÖYTÜRKÜN ALİM – ŞAİR– VƏTƏNDAŞ MİSSİYASI-Vüqar Əhməd
18-04-2025, 00:01
Miraslan Rasimi də itirdik-Namiq MƏMMƏDLİ
16-04-2025, 23:50
Ədalət Əroğlunun doğum gününü təbrik edirəm!
16-04-2025, 22:31
Şair və ədəbiyyatşünas Konstantin Kedrov vəfat edib
9-04-2025, 09:10
Qahirədə seminar: Azərbaycan alimləri ərəb dilinin inkişafına böyük töhfələr veriblər
17-03-2025, 11:15
MƏZARSIZ QƏHRƏMAN-Xaqani Abbasəli ÖZTÜRK
16-03-2025, 02:44
Sumqayıtda şair Məmməd İlqarın 75 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
12-03-2025, 22:08
Elmin təhsilə inteqrasiyası istiqamətində növbəti mühazirə oxunub
2-03-2025, 22:59
Sumqayıt şəhərində Natəvan Dəmirçioğlunun "Açar" romanının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
25-02-2025, 13:05
Sumqayıt şəhərində deputatın kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
19-02-2025, 22:17
Sumqayıtda şair Asif Asimanın 70 illik yubileyi keçirilib-VİDEO+FOROLAR
19-02-2025, 09:01
Nəcibliyi, ziyalılığı ilə hər kəsin sevgisini qazanan işıqlı insan
9-02-2025, 21:49
Şeirlər- İSMAYIL MƏRCANLI İMANZADƏ
1-02-2025, 23:22
Xalidə Nurayı TƏBRİK EDİRİK!
23-12-2024, 15:46
Səbuhi Zamanın “Adamın Dibi” adlı kitabı işıq üzü gördü
15-12-2024, 14:33
Yazıçı Samir İmanovun "Arzularımın rəqsi" adlı kitabının təqdimat mərasimi keçirilib
13-11-2024, 23:46
Görkəmli Türk Ədibi Sərhəd Kabaklı-Vüqar Əhməd
1-11-2024, 13:16
Sumqayıt şəhərinin 75 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib-VİDEO+FOTOLAR
30-10-2024, 21:46
Rusiyanın əməkdar artisti Kazbek Suanov dünyasını dəyişib
26-10-2024, 18:55
Tanzaniyada Puşkinin abidəsinin açılışı olub, nağılları isə suahili dilində nəşr olunub
16-10-2024, 10:02
Naxçıvan ədəbi mühitinin seçilən nümayəndəsi Hüseyn Razinin 100 illiyinə layiqli töhfə
12-10-2024, 20:45
Naxçıvanda xarici tədqiqatçıların iştirakı ilə arxeoloji kəşfiyyat işləri aparılır