19:11 / 21-09-2026
Yetkinlik yaşına çatmayan uşağa qarşı cinsi təcavüzə görə 15 il həbs cəzasına məhkum edilib
19:08 / 21-09-2026
17-ci uşağını dünyaya gətirib
19:05 / 21-09-2026
Özbəkistan Prezidenti Putini seçkilərin uğurlu keçirilməsi münasibətilə təbrik etdi
19:02 / 21-09-2026
Politoloq Merzin XDU-nun uğursuzluğundan sonra niyə ayrılmaq istəmədiyini izah etdi
18:57 / 21-09-2026
Bir iş adamı təhlükəli hava nəqliyyatı ilə bağlı 4,5 il müddətinə azadlıqdan məhrum edilib
18:45 / 21-09-2026
Tramp Rusiya dizel yanacağı istehsalına nəzarət etmədiyini deyir
18:40 / 21-09-2026
Bir evin həyətində bir yeniyetmə vəhşicəsinə döyülüb
18:36 / 21-09-2026
ABŞ jurnalisti Rusiyadakı seçkilərin azad və şəffaf olduğunu bildirib
18:30 / 21-09-2026
Bir qız polis maşınlarını yandırdığına görə ev dustaqlığına buraxılıb
18:25 / 21-09-2026
Volodin Dövlət Duması seçkilərinin nəticələri ilə bağlı şərh verdi
18:17 / 21-09-2026
Avtomobil toqquşmasında bir oğlan ağır yaralanıb
18:13 / 21-09-2026
Medvedev Le Penin partiyasını rusofoblar və nasistlərlə əməkdaşlıq edənlər adlandırdı
18:11 / 21-09-2026
Politoloq Almaniyada qütb partiyalarının artan populyarlığını qeyd edib
18:07 / 21-09-2026
Bir kəndin yaxınlığında ağ ayılar müşahidə edilib
11:24 / 21-09-2026
Böyük Qayıdış bütöv bir regionun yenidən qurulmasıdır-Könül Nurullayeva
18:54 / 20-09-2026
Fransa prezidentliyinə namizəd Ukraynaya maliyyə yardımını dayandıracağına söz verdi
18:51 / 20-09-2026
Valiyeva test konkilərində sərbəst konki sürməni yerinə yetirdikdən sonra göz yaşlarına boğuldu
18:47 / 20-09-2026
10 şir ölü tapıldı; onlar zəhərlənmiş ola bilər
18:43 / 20-09-2026
Le Penin partiyası Fransada kritik yanacaq vəziyyəti elan etdi
18:37 / 20-09-2026
"City 312" qrupunun aparıcı müğənnisi insultdan sonra sağalmasından danışıb
18:34 / 20-09-2026
Kislovodskdakı malikanəsi 2,5 milyard rubla satışa çıxarılıb
18:29 / 20-09-2026
Pakistanda keçmiş baş nazir İmran Xanın bacısı saxlanılıb
18:07 / 20-09-2026
Bir qrup uşaq idmançı qida zəhərlənməsinə məruz qalıb
18:03 / 20-09-2026
Saakaşvili Gürcüstan məhkəməsində Ukrayna himnini oxudu
17:32 / 20-09-2026
Dövlət Duması Kallasın Rusiya seçkilərini tanımamaq çağırışını "şeytan" adlandırdı
17:23 / 20-09-2026
Zaxarova: "101 yaşlı rus qadını Cənubi Koreyada səs verib"
17:20 / 20-09-2026
Tramp Vaşinqtondakı Zəfər Tağını hərbi kompleksə çevirəcəyini açıqladı
17:17 / 20-09-2026
Zaxarova: "Xaricdə 104 mindən çox Rusiya vətəndaşı seçkilərdə səs verib"
17:14 / 20-09-2026
İran ordusu planlaşdırılan ABŞ hücumu ilə bağlı kəşfiyyat məlumatı alıb
17:08 / 20-09-2026
Ukraynada dəmir yolu xidməti iflic olub: qatarlar gecikir
17:05 / 20-09-2026
Aviaşirkətin yeddi illik pozuntularına son qoyub
17:02 / 20-09-2026
Şimali Koreyanın ballistik raket proqramı nüvə proqramından daha çox rəqiblərini narahat edir
16:57 / 20-09-2026
İngiltərə millisinin keçmiş oyunçusu Tounsend Taylanddakı oyundan əvvəl diyircəkli avtomobilin altında qalıb
16:52 / 20-09-2026
Tramp husilərə zərbə endirmək planlarına görə Ağ Evə erkən qayıda bilər
16:38 / 20-09-2026
TDT-yə üzv ölkələr çağırış və təhdidlərə vaxtında reaksiya verməyə hazırdır-Könül Nurullayeva
16:31 / 20-09-2026
Sadiq Qurbanov neftçiləri təbrik edib
19:32 / 18-09-2026
Könül Nurullayeva İslam Həmrəyliyi İdman Assosiasiyasının 15-ci Baş Assambleyasında iştirak edib
00:17 / 18-09-2026
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar
ƏSİL HƏQİQƏT SONDA DANIŞIR!-Arif Ərşadoğlu
Tarix: 28-07-2020 01:28 | Bölmə: Ədəbiyyat

Azərbaycanın görkəmli ziyalısı - yazıçı, şair-dramaturq, kinosenarist və rejissor Hacılı Əmir Pəhləvan oğlu ilə səksəninci illərin ortalarından başlayaraq redaksiyalarda, “Azərbaycan” nəşriyyatının dəhlizlərində tez-tez görüşərdik. Dadlı, duzlu zarafatları, ağıllı, məntiqli mülahizə və fərziyyələri məndə qeyri-adi bir məmnunluq, xoşhallıq və ona qarşı bir rəğbət oyadırdı. Hələ cavanlıqda öz düşüncəsi, hadisələrə qeyri - adi baxışıyla yan-yörəsindən seçılən Əmir Hacılı o zaman “Bakı-Baku” axşam qəzetində müxbir işləyirdı. Sonra bir müddət “Azərbaycan müəllimi” qəzetində çalışdı. Az sonra “İlham” məddəniyyət qəzeti təsis etdi və onun baş redaktoru oldu.
Bütün istedadlı insanlar kimi onun da nə vaxt yaradıcılıqla məşğul olduğu bilinməzdi. Daim qələm əhlinin işdən sonrakı söhbətlərində başda oturar, saatlarla müxtəlif mövzularda ədəbi - bədii, siyasi diskussiyalarda fəal iştirak edərdi. Bir-birinin ardınca nəşr etdirdiyi povest və romanları, pyesləri ədəbi ictimaiyyətin marağına və geniş müzakirə mövzusuna çevrilirdi.
1990-cı ildə onun “O ay bir də doğmayacaq” kitabı işıq üzü gördü.Əmir ilk kitabının bütün qonararını yenicə yaranan Milli Ordumuza bağışladı.Bu inanılmaz idi.Çoxları Əmirin bu mərdliyindən şoka düşmüşdü. Necə ola bilərdi, kirayələrdə qalan Əmir Milli Ordumuzu hər şeydən üstün tutaraq belə bir addım atmışdı. Sonra bir-birininin ardınca düz otuz kitabı Azərbaycanda, 20 kitabı Ukraynada, 7 kitabı digər keçmiş sovet respublikalarında, 15 kitabı Avropada və ABŞ-da nəşr olundu. Onun ssenarisi və rejissorluğu ilə çəkilən bədii və sənədli filmlər dünyanın bir çox ölkələrində keçirilən kino festivallarının qalibi oldu, medal və pul mükafatları aldı. Əsərləri Qazaxıstanın və Qırğızıstanın Dövlət mükafatlarına layiq görüldü.
Əmir Hacılı görkəmli yazıçı, şair-dramaturq, ssenarist olmaqla yanaşı, həm də sözün əsil mənasında görkəmli vətənsevərdir.
...1988-ci ilin bir payız günü Bakıda Azadlıq meydanında insanlar, ermənilərin, onların havadarlarının, Kommunist Partiyasının əleyhinə şüarlar səsləndirir, meydana yığışanlar onları coşqu ilə alqışlayırdılar. Birdən Əmir Hacılının heç kəsə bənzəməyən doğma səsini eşitdim. Çönüb arxaya baxdım. Mənə əl elədi. Ona yaxınlaşdım. Əlində iki şəkil tutmuşdu. Bu şəkillər Heydər Əliyevin şəkilləri idi.O, milyon sayda insan axınının içərisində ilk olaraq Heydər Əliyevin şəkillərini özü ilə gətirərək başı üzərinə qaldırmışdı. O, sanki qurd ürəyi yemişdi. Hər an ölümlə üzləşə bilərdi. Əmir şəklin birini mənə verib: "Gedək ağac büdağı, yaxud taxta parçası tapaq ki, bu şəkilləri başımızın üstünə qaldıraq" - dedi. Biz yüz minlərlə insanın içərisindən çıxıb meydanın qarşısından parka doğru irəllədik.Dənizkənarı parkı nə qədər ələk-vələk eləsək də heç nə tapa bilmədik. Nəhayət, şam ağaclarından iki quru budaq qopardıq. Şəklləri həmin ağacın budaqlarına bərkidib başımızın üzərinə qaldırdıq. Meydandakılar Heydər Əliyevin şəkillərini görüb alqışlamağa başladılar. Biz meydana girəndən sonra jurnalist dostlarımız şəkilləri növbə ilə alıb başlarının üzərinə qaldırırdılar. Nəhayət, mitinq başa çatdı və biz Əmirlə birgə asfalt yolun içi ilə Azneftə meydanı tərəfə getməyə başladıq. Qarşıdan gələn maşın sahibləri Heydər Əliyevin başımızın üzərinə qaldırdığımız şəkillərini görüb aramsız siqnal verir, əlləririni maşının pəncərəsindən çıxarıb yellədirdilər...
Meydandakı insanlar qeyri-ixtiyari olaraq arxamızca gəlirdilər. Özümüz də çaşıb qalmışdıq. Birdən bir polis leytenantı bizə yaxınlaşdı, yolun kənarında dayanmış “Qaz-24”-ü göstərib dedi: Bax, o maşında oturan Bəxtiyar Vahabzadədir. Məni göndərdi ki, Əmirə deyim ki, camaatı Mərkəzi Komitənin qarşısına aparmasın. İndi orda plenum başlayacaq.
Biz onsuz da Mərkəzi Komitənin qarşısına getmirdik. Əmir köhnə “VAZ-11” jiqulisini Azneftin yaxınlığında saxlamışdı. Və biz şəkilləri maşına aparıb qoymalı idik.Elə də etdik, potrtetləri Əmir arxa otracağın üzərinə qoyub dedi: "Bu şəkillər hələ bizə çox lazım olacaq".Doğrudan da o illərdə Əmir o şəkilləri bütün mitinqlərdə başı üstə qaldıraraq öz əqidəsinə sadiq qaldı.
Azərbaycanın dəyərli ziyalısı Hacılı Əmir Pəhləvan oğlu fəal bir vətənsevər ömrü yaşayır. Hansı ölkəyə getsə, harada yaşasa ürəyi daim Azərbaycanla döyünür. Ona can sağlığı , gördüyü nəhəng, əzəmətli işlərdə uğurlar arzulayıram. Həyatın ironiyasına baxın: Sanki sinəsini qabağa verən Əmir Pəhləvan deyil, vəzifə və şan-şöhrət iyinə gələn, jurnalistikadan xəbəri belə olmayan buqəlamunlar imiş.Şükür ki, biz sağ və salamatıq və o hadisələrin canlı şahidiyik. Təəssüf ki, Əmir Pəhləvan öz qiymətini ala bilmədi. Heyf...
Sonda isə demək istəyirəm: Əsil Kişilər etdikləri yaxşılıqlaqrı sui-istifadə eləyib heç vaxt gözə soxmurlar!
Arif Ərşadoğlu,
Azərbaycan Jurnalislər Birliyinin üzvü
Baxış sayı: 1 670
Bölməyə aid digər xəbərlər

23-08-2026, 20:40
Tolstoyun 200 illik yubileyi münasibətilə italyan yazıçısı Nori onun haqqında roman yazmağı planlaşdırır
18-08-2026, 12:06
Yaponiyada Azərbaycanı tanıdan yeni kitab nəşr olunub
1-08-2026, 11:45
Nəriman Həsənzadə vəfat etdi
29-06-2026, 13:54
Lütviyyə Əsgərzadənin Cəlal Bərgüşad haqda yazdığı kitabın təqdimatı keçirilib-VİDEO+FOTOLAR
4-06-2026, 22:30
Sumqayıtda Mikayıl Müşfiqin doğum günü keçirilib.-VİDEO+FOTOLAR
1-06-2026, 18:19
Poltava rus dilində kitabları, filmləri və tamaşaları qadağan edib
6-05-2026, 20:50
Şair və musiqiçi hosteldə ölü tapılıb
6-05-2026, 01:11
Sənət dastanı
25-04-2026, 10:02
Mənimdir -Vüqar Əhməd
16-04-2026, 23:32
ELM VƏ SÖZÜN ZİRVƏSİNDƏ: VÜQAR ƏHMƏD – 63
5-04-2026, 10:42
SƏMƏD VURĞUN YARADICILIĞINDA ZAMAN VƏ MƏKAN DƏRDİ
2-04-2026, 21:14
Rus yazıçısı Monteneqroda vəfat edib
19-03-2026, 16:43
Sumqayıtda Sabir Sarvanın 70 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
3-03-2026, 11:44
NOVRUZ GÜNLƏRİNDƏ YENİ NOVRUZ KİTABI
18-02-2026, 17:52
Prezidentlə xanımı Nəriman Həsənzadəni təbrik etdi
2-02-2026, 21:16
“İnsanı sevməyi səndən öyrəndim...”
2-02-2026, 16:33
Yazıçının evi qarət edilib
17-12-2025, 22:31
Ədəbiyyatşünas-alim Asiya Elmlər Akademiyasına üzv seçilib
27-10-2025, 17:07
ŞAMİL ƏNVƏROĞLUNUN YENİ KİTABLARININ TƏQDİMATI KEÇİRİLİB-VİDEO+FOTOLAR
1-10-2025, 15:32
Məhkəmə yazıçını qiyabi olaraq 7 il müddətinə azadlıqdan məhrum edib
16-09-2025, 15:30
Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin prezidentləri Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin güllələnmiş heykəllərinə baxıblar
12-09-2025, 19:34
Ədliyyə Nazirliyi yazıçı Topol və daha üç nəfəri xarici agentlərin reyestrinə daxil edib
25-08-2025, 18:34
HÜSEYN ARİFLƏ İSMAYIL İMANZADƏNİN CƏBRAYIL SƏRGÜZƏŞTLƏRİ
12-08-2025, 23:11
Haqqdan yanan çıraq- Vüqar Vüqarlı-70
31-07-2025, 16:40
Mirzə Ələkbər Sabir Fondu növbəti layihəsinə yekun vurub
17-07-2025, 08:33
Lev Tolstoyun şəxsi əşyaları ilk dəfə Saxalində təqdim olunacaq
15-06-2025, 20:02
Sumqayıtda şairə-jurnalist İlhamə Məhəmmədqızının 55 illik yubileyi qeyd olundu-VİDEO+FOTOLAR
11-06-2025, 11:03
38 yaşlı şairə vəfat edib
3-06-2025, 07:39
DƏYƏRLİ ŞAİRİN YENİ SÖZ SOVQATI- TARİYEL ABBASLI
31-05-2025, 16:06
Sumqayıtda şair Rafiq Yusifoğlunun 75 illik yubileyinə həsr olunmuş ədəbi bədii gecə keçirildi-VİDEO+FOTOLAR
31-05-2025, 15:15
Ukraynada ABŞ yazıçısının 30 min kitabı rus mafiyasını “romantikləşdirdiyinə” görə məhv edilib
17-05-2025, 18:21
Türkiyə Ədəbiyyat Vəqfi Sumqayıtda-Kitab təqdimatı və mükafatlandırma-VİDEO+FOTOLAR
9-05-2025, 10:00
Azərbaycan Hərb Tarixi Muzeyində “Böyük Qələbənin varisləri” kitabının təqdimatı keçirilib
8-05-2025, 23:12
"Azərbaycan" jurnalının kollektivi oxucularla görüşüb-VİDEO+FOTOLAR
7-05-2025, 10:44
Sumqayıt şəhərində Güləmail Muradın "Beş Ulduz" adlı kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
2-05-2025, 10:58
ŞAHLAR GÖYTÜRKÜN ALİM – ŞAİR– VƏTƏNDAŞ MİSSİYASI-Vüqar Əhməd
18-04-2025, 00:01
Miraslan Rasimi də itirdik-Namiq MƏMMƏDLİ
16-04-2025, 23:50
Ədalət Əroğlunun doğum gününü təbrik edirəm!
16-04-2025, 22:31
Şair və ədəbiyyatşünas Konstantin Kedrov vəfat edib
9-04-2025, 09:10
Qahirədə seminar: Azərbaycan alimləri ərəb dilinin inkişafına böyük töhfələr veriblər
17-03-2025, 11:15
MƏZARSIZ QƏHRƏMAN-Xaqani Abbasəli ÖZTÜRK
16-03-2025, 02:44
Sumqayıtda şair Məmməd İlqarın 75 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR