23:39 / 23-01-2026
Zelenski: "Əbu-Dabidəki danışıqlarda münaqişənin sona çatması üçün parametrlər müzakirə olunur"
23:32 / 23-01-2026
Timoşenko millət vəkilinin rüşvət işi üzrə tam girov ödənişini təsdiqlədi
23:24 / 23-01-2026
Türkiyə xarici işlər naziri: "Ukraynadakı münaqişə tərəfləri razılığa yaxınlaşıblar"
21:31 / 23-01-2026
Belarusda mexanikləşdirilmiş bölmə döyüş hazırlığı vəziyyətinə gətirilib
21:29 / 23-01-2026
4 uşaq xəstəxanaya yerləşdirilib
21:19 / 23-01-2026
Kolleksiyaçı 104 rəsm əsərinin oğurlanmasının səbəbini açıqladı
21:08 / 23-01-2026
Ağır Atletika Federasiyası rusiyalı gənc idmançıların öz dövlət bayrağı və himni ilə yarışmaq hüququnu bərpa edib
21:02 / 23-01-2026
Moskvanın qərbində itlərin zəhərlənməsi ilə bağlı polis iş açıb
20:57 / 23-01-2026
BƏƏ Prezidenti Rusiya, ABŞ və Ukrayna nümayəndə heyətləri ilə görüşüb
20:53 / 23-01-2026
TASS: BƏƏ-də Ukrayna danışıqlarının ilk raundları qapalı qapılar arxasında keçiriləcək
09:54 / 23-01-2026
"Superjet" təyyarəsinin mühərrikləri quş zərbəsi zamanı sınaqdan keçirilib
09:48 / 23-01-2026
PUA-nın hücumuna məruz qalan neft anbarının görüntüləri yayılıb
09:46 / 23-01-2026
Bir həftə əvvəl qəzaya uğrayan təyyarədən 10 nəfərin cəsədi tapılıb
09:43 / 23-01-2026
Dron parçaları düşən evin damı alovlanıb
09:34 / 23-01-2026
TASS: Vitkoffun təyyarəsi BƏƏ-yə doğru gedir
09:31 / 23-01-2026
Zavodda xlor zəhərlənməsi ilə bağlı cinayət işi açılıb
09:28 / 23-01-2026
14 yaşlı oğlanın qaçırılması ilə bağlı cinayət işi açılıb
09:23 / 23-01-2026
Ekspert Leonkov: "Kiyev enerjinin bərpası üçün Qərb yardımı almır"
09:19 / 23-01-2026
24 saat ərzində ikinci zəlzələ baş verib
09:16 / 23-01-2026
Uşaqlar arasında norovirus infeksiyasının mənbəyi otel işçiləri olub
23:59 / 22-01-2026
Federal Millətlər Agentliyinin şöbə müdiri saxlanılıb
23:39 / 22-01-2026
Filippot Zelenskinin Orban haqqında təhqiramiz açıqlamalarından qəzəbləndi
23:26 / 22-01-2026
BOK: Rusiya idmançıları İtaliyada keçiriləcək Olimpiya Oyunları zamanı media ilə ünsiyyət qura biləcəklər
21:35 / 22-01-2026
Altı nəfərlik ailə, o cümlədən bir uşaq, dəm qazından zəhərlənib
21:32 / 22-01-2026
Zelenski Davosda çıxışı zamanı Orbanı şillələməklə hədələdi
21:19 / 22-01-2026
Zelenski Davosda Trampla görüşdükdən sonra AB-ni tənqid etdi
20:59 / 22-01-2026
Polşanın keçmiş prezidenti Andjey Duda və həyat yoldaşı konsaltinq biznesinə başlayıblar
20:50 / 22-01-2026
Dzyubanın qolu "Akron"a kömək etmədi
20:43 / 22-01-2026
2026-cı il "Oskar" mükafatına namizədlər açıqlandı
20:34 / 22-01-2026
WSJ: ABŞ 2026-cı ilin sonuna qədər Kubada rejim dəyişikliyi axtarır
20:30 / 22-01-2026
Vuçiç: "Sülh Şurası" Avropanı daha da bölüb"
20:27 / 22-01-2026
Belarusun Moskvadakı yeni səfiri Rusiya Federasiyası ilə əlaqələr üzrə baş nazirin müavini təyin edilib
20:24 / 22-01-2026
Skabeeva Davosda Zelenski haqqında zarafat etdi: kloun səhnədən atıldı
20:17 / 22-01-2026
Rusiya səfirliyi Fransa tərəfindən saxlanılan tankerdə Rusiya vətəndaşlarının olub-olmadığını araşdırır
20:14 / 22-01-2026
Eyfel qülləsindən yıxıldıqdan sonra qabırğalarını sındırıb
20:10 / 22-01-2026
FT: Tramp və Zelenski Davosda planlaşdırılan sənədləri imzalamayıblar
19:00 / 22-01-2026
İlham Əliyevlə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın görüşü olub
18:01 / 22-01-2026
Tramp ABŞ istiqrazlarını satmağa başlasalar, AB ölkələrini qisasla hədələyib
AZƏRBAYCAN MƏKTƏB VƏ PEDAQOJİ FİKİR TARİXİNİN ÖYRƏNİLMƏMİŞ QARANLIQ SƏHİFƏLƏRİNƏ İŞIQ SAÇAN ALİM -ƏZİZ MİRƏHMƏDOV– 100
Tarix: 03-05-2020 22:52 | Bölmə: Ədəbiyyat
Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev Azərbaycan ədəbiyyatşünaslığının görkəmli nümayəndəsi, tanınmış tənqidçi və mətnşünas alim, Azərbaycan Respublikasının Milli Elmlər Akademiyasının müxbir üzvü (1980), Əməkdar elm xadimi (1982), filologiya elmləri doktoru (1976), professor Əziz Mirfeyzulla oğlu Mirəhmədovun anadan olmasının 100 illiyi ilə bağlı 28 fevral 2020-ci ildə Sərəncam imzalamışdır.
Əməkdar elm xadimi Əziz Mirəhmədov ()Azərbaycan ədəbiyyatı və pedaqoji fikir tarixində realizm, romantizm, satirik cərəyan, bədii fikirlə sosioloji-fəlsəfi fikrin münasibətləri, ənənə, qarşılıqlı ədəbi əlaqələr və sair kimi filoloji-pedaqoji-psixoloji mövzularla bərabər, Azərbaycan mənəvi mədəniyyəti ilə – incəsənət, dövri mətbuat, kitab tarixi, mətnşünaslıq və məxəzşünaslıqla da maraqlanmış, çox vaxt bir-biri ilə sıx bağlı, bir-birini tamamlayan bu iki predmeti sintez halında öyrənmişdir.
Əziz Mirəhmədovun (1920-2002)pedaqoji ictimaiyyət tərəfindən yüksək qiymətləndirilən “Sovet Azərbaycanının kitab mədəniyyəti”, “Yazıçılar, talelər, əsərlər”, “Azərbaycan ədəbiyyatına dair tədqiqlər”, “Sabir”, “Məhəmməd Hadi”, “Azərbaycan Molla Nəsrəddini” kimi monoqrafiyaları bu gün də tədqiqatçı alim və müəllimlərin stolüstü kitabıdır.Ona görə ki, Əziz Mirəhmədov bu əsərlərin içərisində bəhs olunan maarifçi bahadırları Azərbaycan, Leninqrad (Sank Peterburq), Moskva, Gürcüstan, İrəvanarxivlərindən, kütləvi və şəxsi kitabxanalardan, üzərini toz basmış qovluqlardan vərəqləyərək gün üzünə çıxarmışdır. Elmin və təhsilin inkişaf tarixini əks etdirən çoxlu sayda yeni sənədləri və mənbələri elmi dövrüyyəyə daxil etmişdir. Bununla da Əziz Mirəhmədov xalqımızın tarixinin kifayət qədər öyrənilməmiş qaranlıq səhifələrinin zəngin arxiv materialları əsasında tədqiq edilməsini və yazılmasını, yeni tarix konsepsiyasının əsaslı surətdə işlənib hazırlanmasını tədqiqatçılar, tarixçi alimlər, bütövlükdə ədəbiyyat və pedaqoji fikir tarixçiləri qarşısında mühüm bir vəzifə kimi qoymuşdur.
“Ədəbiyyatşünaslıq terminləri”, “Ədəbiyyat müntəxabatı”, “Ədəbiyyat” kimi dərs vasitləri, lüğət və proqramlar hazırlaması Əziz Mirəhmədovun vətənə, xalqa, millətə fədakar xidmətinin ən bariz nümunəsi, əsil vətəndaşlıq örnəyidir. Bütün bunlar Əziz müəllimin yaradıcılığının həyatiliyinin və həmişəyaşarlığının sübutudur.
Azərbaycan ədəbi-pedaqoji tənqidin inkişafında Əziz Mirəhmədovun xidmətləri böyükdür. Əziz müəllimin ədəbi prosesdə olan tənqidləri də istiqamətverici tənqid olmuşdur. Onun tənqidi yazıları xeyirxahlıq, tərbiyəedici, maarifləndirici və qeyd etdiyimiz kimi istiqamətverici yöndə olan tənqidlər olmuşdur. Öz tənqidi qeydləri ilə tənqid olunanın “mən”ini kiçiltməmiş, adiləşdirməmişdir. Əksinə, tənqid etdiyi “mən”i öz səviyyəsində saxlamışdır.
Əziz Mirəhmədovun fundamental tədqiqat əsərlərinin işlənmə metodikasında(“Mirzə Fətəli Axundov” – 1953, “Abdulla Şaiq” – 1956, “Sabir” – 1958, “Azərbaycan Molla Nəsrəddini” – 1980, “Azərbaycan ədəbiyyatına dair tədqiqlər (XIX-XX əsrlər)” – 1983, “Məhəmməd Hadi” – 1985 və s.) ona məxsus borc, məsuliyyət, milli qürur, vətəndaşlıq qeyrəti, milli ləyaqəti özünə ehtiva edən xoş əməl, qayğıkeşlik, xeyirxahlıq, vicdanlılıq, insanpərvərlik kimi keyfiyyətlərin təzahürü aydın duyulur və hiss edilir. Bu da onun milli vətəndaşlıq şərəfindən və yetkinliyindən qaynaqlanmışdır. Geniş ədəbi yaradıcılıq diapozonu və fəaliyyət dairəsinə malik Əziz Mirəhmədovun əsərlərində özünü göstərən elmi-tədqiqat metodlarının təhlili göstərir ki, o, əqli imkanlarının mahiyyətini özündə əks etdirən təfəkkürün müxtəlif formalarından bəhrələnmişdir. Özü də bu metodika fasiləsizliyi, məntiqiliyi, tarixiliyi və dinamikliyi ilə oxucunun diqqətini cəlb etmişdir.
Bu cəhətdən Əziz Mirəhmədovun namizədlik dissertasiyası əsasında hazırlamış “Sabir” adlı monoqrafiyası xüsusi maraq doğurur. Kitabda Mirzə Ələkbər Sabirin mühitin təsirindən qaynaqlanan həyatı, praktik pedaqoji fəaliyyəti və ideyaları, o cümlədən Sabirin görüşlərinin digər aspektləri tədqiq və təhlil edilmişdir. Əziz Mirəhmədov Mirzə Ələkbər Sabirin millətinin maariflənməsində ana dilinin rolu, millətinin mənəvi şüurunun formalaşmasında əqli, milli əxlaqi tərbiyənin imkanları, məktəb, müəllim haqqında satirik şeirlərinin əhəmiyyətini yaradıcı təfəkkür süzgəcindən keçirmişdir. Mirəhmədov ideya və mülahizələrini satirik şairin (“Sabir realizminin ideya-bədii mənbələri və tarixi kökləri”, “Sabir və XX əsr Azərbaycan ədəbiyyatında satiranın bəzi məsələləri”, “Sabir şeirinin həyata və ədəbiyyata təsiri” və s.) və ilk dəfə tədqiqata cəlb etdiyi materiallara istinadən inandırıcı və alim məntiqinə müvafiq, dövrün reallıqları fonunda təhlil edərək ümumiləşdirmişdir. Mirzə Ələkbər Sabir yaradıcılığı və ictimai-siyasi baxışlarına yanaşma prizması birmənalı deyil, müxtəlif istiqamətli olmuşdur. Əziz Mirəhmədovun yanaşma tərzi hər cür təhrif, şəxsi və subyektiv fikirlərdən uzaq olmaqla, milli təəssübkeşliyi ifadə edən peşəkar tədqiqatçı, vətəndaş-alim mövqeyinin prinsipiallığını əks etdirmişdir.
Əziz Mirəhmədov doktorluq dissertasiyası müdafiəsini çox gecikdirmişdir. Bu gecikmə isə ziyalıların bir çoxunu çox narahat etmişdir. Belə narahatçılıq yaşayanlardan biri də xalq yazıçısı Elçin olmuşdur. Akademik Məmməd Cəfərin yaradıcılıq görüşlərini “Cəfər müəllim” adı ilə təhlil edən Elçin İlyas oğlu yazır: “O vaxt Əziz Mirəhmədov doktorluq dissertasiyasının müdafiəsini elə hey uzadırdı və yaxın adamlar hər dəfə Əziz müəllimi görəndə nə vaxt müdafiə edəcəyini soruşurdu. Mən də daxil olmaqla hamı bunu soruşurdu, təkcə Cəfər müəllimdən başqa. Əziz müəllim tez-tez bizim şöbəyə gəlirdi, Cəfər müəllimlə onun arasında... sabit bir dostluq var idi, oturub, necə deyərlər, söhbətləşirdilər, zarafatlaşırdılar və yaxşı yadimdadır, bir dəfə mən Cəfər müəllimdən soruşanda ki, nə üçün dostuna təsir etmir ki, tez müdafiə etsin, Cəfər müəllim özünə xas olan bir sakitliklə (əslində müsahibini sakitləşdirə-sakitləşdirə!) dedi: “Əziz ciddi adamdır”. Həmin üç kəlmə söz çox şey deyirdi, ən əsası isə bunu deyirdi ki, müdafiəyə nə var ki, müdafiə asan şeydir. Cəfər müəllim yaxşı bilirdi ki, dostu bəzi başqaları kimi, müdafiəni elmi ad almaq xətrinə etmir, ədəbiyyatşünaslıq elminin naminə çalışır. Yoxsa doğrudan da müdafiəyə nə var ki... (xüsusən də Əziz Mirəhmədov kimi güclü qələm sahibi üçün!”[Bax: Elçin. Klassiklər və müasirlər. Bakı: Yazıçı, 1987, səh.151].
Sabirşünas və Məmmədquluzadəşünas alim Əziz Mirəhmədov, nəhayət 1973-cü ildə “Cəlil Məmmədquluzadə və XX əsrin əvvəllərində Azərbaycan dövrü mətbuat məsələləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. Həmin tədqiqat əsəri əsasında hazırlamış olduğu “Azərbaycan Molla Nəsrəddini” (1980) adlı sanballı monoqrafiyası “milli ədəbiyyatşünaslığımızın nadir və qiymətli nümunəsi hesab olunur”.
Əziz Mirəhmədovun müqəddimə, beş fəsil, son söz və məxəzlərdən ibarət olan “Azərbaycan Molla Nəsrəddini” sanballı monoqrafiyasına hər dəfə nəzər salsaq görəcəyik ki, müəllifin öz tədqiqatında istinad etdiyi metodika-təhlil, mühakimə, fikir və ideyalar obyektiv faktlara, təmkinli, sistemli araşdırmalara, arxiv sənədlərinə, yazılı ədəbiyyata, obyektiv yanaşma prinsipinə əsaslanmışdır. Milli təəssübkeşlik baxımından tədqiq edilən monoqrafiyanın birinci fəsli “Cəlil Məmmədquluzadə dünyagörüşünün təşəkkülü və inkişaf istiqamətləri” adlanır.İki yarımfəsildən ibarət olan bu fəsildə Mirzə Cəlilin “yeddi-səkkiz yaşında ikən Naxçıvanda Hacı Bağırın və Molla Əlinin məktəblərində oxumağa başlaması” [Bax: səh.9] və Qori müəllimlər seminariyasında oxuduğu illər[Bax: səh.12] əks etdirilmişdir.Azərbaycan, rus və avropa nümayəndələrindən Füzuli, Zakir, Seyid Əzim, Aksakov, Qriboyedov, Qoqol, Turgenev, Qonçarov, Krılov, Puşkin, Lermantov, Tolstoy, Uşinski, Piroqov, Şekspir, Pestalotsi, Conn Lokk, Komenski və digərlərinin Cəlil Məmmədquluzadənin dünyagörüşünə və gələcəkdə elmi-pedaqoji fəaliyyətinə göstərəcəyi təsir təhlil edilmişdir.
Monoqrafiyada milli mənlik şüuru və ləyaqətin yetişən nəsildə inkişaf edib formalaşmasında, müəllim və məktəbin aparıcı rolu haqqında Cəlil Məmmədquluzadənin görüşü təhlil olunmuş, ilk mənbələrdən gətirilən iqtibaslarla təsdiqlənmişdir. Milli mənlik şüuru və ləyaqət kimi əxlaqi kateqoriyalar baxımından yanaşma prinsipi elmi tədqiqat metodlarının aparıcı istiqamətlərdən olduğunu gözəl dərk edən Əziz Mirəhmədov monoqrafiyanın digər hissələrində də bu səmimi duyuma sadiq qalmışdır. Bu özünü Cəlil Məmmədquluzadənin ana dili və onun tədrisi haqqında fikirlərinin üzə çıxarılaraq təhlil edilməsində daha bariz göstərir. Çünki ana dili xalqın milli varlığı, milli şüurun inkişaf və formalaşmasında xalqın yaratdığı əvəzolunmaz incidir. Elə bu səbəbdən də Əziz Mirəhmədov əsərində Cəlil Məmmədquluzadənin ana dili və onun məktəblərdə tədrisini təxirəsalınmaz vəzifə kimi irəli sürdüyünü, bu sahədə hər cür müqavimət və maneələrə qarşı qətiyyətli mübarizəsini əsil elmi tədqiqatçıya məxsus yanaşma ilə təhlil etmişdir. Ana dili və onun tədrisinə laqeyd münasibət göstərənlərə Cəlil Məmmədquluzadənin – “Yazıda böyük cürətimiz o oldu ki, açıq ana dilində yazmaqdan biz utanmadıq”[Bax: səh.243]kimifikriönplanaçəkənƏziz Mirəhmədov Cəlil Məmmədquluzadənin ana dilinin qorunub saxlanılacağına, inkişaf edib zənginləşəcəyinə nikbin baxışını diqqətdən qaçırmamışdır.
“Fırtına illərində”, “Ağır mübarizələr dövrü” kimi III və V fəsillərdə yenə də Cəlil Məmmədquluzadənin dünya ədəbiyyatına yaradıcı münasibəti, Şərqin müdrik gülüş ustası Nəsrəddin surətinin onun bədii təfəkküründə meydana çıxması və transformasiyası, bolşevizm ideyalarının satirik “Molla Nəsrəddin” jurnalı üçün əhəmiyyəti, mollanəsrəddinçilərin birinci rus inqilabı zamanı və sonra Azərbaycanda gedən ideoloji mübarizələrdə rolu və xidməti məsələlərinə Əziz Mirəhmədov tərəfindən xüsusi diqqət yetirilmişdir. Cəlil Məmmədquluzadə publisistikasının təhlili, habelə, ədibin milli dövri mətbuatın və kitab mədəniyyətinin inkişafı yolunda qızğın fəaliyyəti, “Qeyrət” mətbəə-nəşriyyatında işi haqqında bəhslər Əziz Mirəhmədov tədqiqində mərkəzi yer tutur. Monoqrafiyanın bir çox səhifələrində, “Molla Nəsrəddin”in banisi və redaktorunun öz məsləkdaşları Mirzə Ələkbər Sabir, Əbdürrəhim Bəy Haqverdiyev, Ömər Faiq Nemanzadə, Əliqulu Qəmküsar, Əli Nəzmi və başqaları ilə yaradıcılıq münasibətlərindən, nəhayət, onun sosial-estetik idealının mahiyyətindən bəhs etmişdir. Tədqiqatçı alimlər də etiraf edərlər ki, əsər zəngin ədəbi-tarixi məxəzlər əsasında yazılmışdır.
Əziz Mirəhmədov Cəlil Məmmədquluzadənin iki (1951-1954), üç (1966-1967) və altı cildlik (1983-1985) əsərlər külliyyatını tərtib etmiş (Turan Həsənzadə ilə birlikdə), çapa hazırlamış, bu nəşrlərə müqəddimə, qeyd, izah və şərhlər yazmış, ədəbi-tənqidi və publisist irsinin çox hissəsini, məktubları, xatirələri külliyyat halına salmışdır. Təbii ki, bunlar da Əziz Mirəhmədovun çoxillik elmi fəaliyyətinin nəticəsinin bəhrəsidir. Həmçinin, Əziz Mirəhmədov “Molla Nəsrəddin” jurnalı kimi birinci dərəcəli əhəmiyyətə malik bir məxəzi kompleks halına salan ilklərdəndir. Bu münasibətlə Əziz Mirəhmədov yazıırdı: “60-cı illərin axırlarına qədər “Molla Nəsrəddin” jurnalı kimi birinci dərəcəli əhəmiyyətə malik bir məxəz nə Bakının, nə də Tbilisi, Moskva, Leninqrad və başqa sovet şəhərlərinin arxivində tam kompklekt halında toplanılmamışdır, bu jurnalın ictimai-ədəbi təsiri, nəşri tarixi, ədəbiyyat və mətbuat tarixindəki mövqeyi haqqında çox az şey məlum idi”[Bax: Azərbaycan ədəbiyyatına dair tədqiqlər. Bakı: “Maarif”, 1983, səh.5]. On ikicilddənibarətolan“Molla Nəsrəddin” jurnalı mətnlərinin transliteriyası, çapa hazırlanması və bu qiymətli abidənin I və II cildlərinin nəşr edilməsi Əziz Mirəhmədov və onun rəhbərlik etdiyi tədqiqatçılar qrupunun adı ilə bağlı olmuşdur.
“Elmdə heç bir zaman “son nöqtə” ola bilməz” – deyən Əziz Mirəhmədovun “Azərbaycan ədəbiyyatına dair tədqiqlər” kitabı dazəngin tədqiqat materialı, arxiv sənədləri və dövri mətbuatdan götürülmüş tarixi faktlar əsasında yazılmışdır. XIX əsrin axırı, XX əsrin əvvəlində yaradılan zəngin, rəngarəng elmi-filoloji irs zəminində, uzun illərin gərgin əməyi, böyük axtarışları bahasına başa gəlmişdir. Qasım Bəy Zakir, Mirzə Fətəli Axundov, Mirzə Əli Möcüz, Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, İsmayıl Bəy Qutqaşınlı, İsa Sultan, Abdulla Şaiq və başqaları haqqında faktları, məlumatları, epistolyar materialları, bədii nümunələri Əziz Mirəhmədov ilk dəfə aşkara çıxarmış və tədqiq etmişdir.
Ədəbiyyatşünaslıq ensiklopediyasının əsas yaradıcılarından olan Əziz Mirəhmədov “Əkinçi” qəzetinin də yeni əlifba ilə nəşr edilərək geniş oxucu auditoriyasına çatdırılmasında təqdirəlayiq iş görmüşdür.
Bütün həyatını elmin inkişafına həsr edənƏziz Mirəhmədov, həmçinin,30-dan artıq yüksəkixtisaslı alimlər kadrıhazırlayaraq elmi mühitə təqdim etmişdir.
Xalq yazıçısı Süleyman Rəhimov yazır ki, “Zəmanəmizdə kitabsız mədəniyyətdən və mədəni inqilabdan danışmaq olmaz! Kitab insan ağlının və əməyinin məhsuludur... Kitab elm və sənət abidəsidir. Böyük filosoflar, şairlər və alimlər kitabla yaşayırlar. Nizami “Xəmsə” ilə, Tolstoy “Hərb və sülh ilə”, Sabir “Hophopnamə” ilə yaşayır. Kitab olmasaydı, bəşəriyyətin böyük simaları ulduzlar kimi öz vaxtlarında parlayıb, sonra sönüb gedərdilər”. Bu gün tanınmış tənqidçi və mətnşünas alim, Azərbaycan Respublikasının Milli Elmlər Akademiyasının müxbir üzvü, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Əziz Mirəhmədov aramızda yoxdur. Ancaq Əziz Mirəhmədovu bəşəriyyətin böyük simasına çevirən, əbədiyaşar edən əsərləri olacaqdır.
Kamal CAMALOV
Naxçıvan Müəllimlər İnstitutunun dosenti,
Pedaqogikaüzrəfəlsəfədoktoru,
Azərbaycan Respublikasının Əməkdar müəllimi,
AYB-nin üzvü

Baxış sayı: 1 746
Bölməyə aid digər xəbərlər
Tarix: 03-05-2020 22:52 | Bölmə: Ədəbiyyat
Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev Azərbaycan ədəbiyyatşünaslığının görkəmli nümayəndəsi, tanınmış tənqidçi və mətnşünas alim, Azərbaycan Respublikasının Milli Elmlər Akademiyasının müxbir üzvü (1980), Əməkdar elm xadimi (1982), filologiya elmləri doktoru (1976), professor Əziz Mirfeyzulla oğlu Mirəhmədovun anadan olmasının 100 illiyi ilə bağlı 28 fevral 2020-ci ildə Sərəncam imzalamışdır.Əməkdar elm xadimi Əziz Mirəhmədov ()Azərbaycan ədəbiyyatı və pedaqoji fikir tarixində realizm, romantizm, satirik cərəyan, bədii fikirlə sosioloji-fəlsəfi fikrin münasibətləri, ənənə, qarşılıqlı ədəbi əlaqələr və sair kimi filoloji-pedaqoji-psixoloji mövzularla bərabər, Azərbaycan mənəvi mədəniyyəti ilə – incəsənət, dövri mətbuat, kitab tarixi, mətnşünaslıq və məxəzşünaslıqla da maraqlanmış, çox vaxt bir-biri ilə sıx bağlı, bir-birini tamamlayan bu iki predmeti sintez halında öyrənmişdir.
Əziz Mirəhmədovun (1920-2002)pedaqoji ictimaiyyət tərəfindən yüksək qiymətləndirilən “Sovet Azərbaycanının kitab mədəniyyəti”, “Yazıçılar, talelər, əsərlər”, “Azərbaycan ədəbiyyatına dair tədqiqlər”, “Sabir”, “Məhəmməd Hadi”, “Azərbaycan Molla Nəsrəddini” kimi monoqrafiyaları bu gün də tədqiqatçı alim və müəllimlərin stolüstü kitabıdır.Ona görə ki, Əziz Mirəhmədov bu əsərlərin içərisində bəhs olunan maarifçi bahadırları Azərbaycan, Leninqrad (Sank Peterburq), Moskva, Gürcüstan, İrəvanarxivlərindən, kütləvi və şəxsi kitabxanalardan, üzərini toz basmış qovluqlardan vərəqləyərək gün üzünə çıxarmışdır. Elmin və təhsilin inkişaf tarixini əks etdirən çoxlu sayda yeni sənədləri və mənbələri elmi dövrüyyəyə daxil etmişdir. Bununla da Əziz Mirəhmədov xalqımızın tarixinin kifayət qədər öyrənilməmiş qaranlıq səhifələrinin zəngin arxiv materialları əsasında tədqiq edilməsini və yazılmasını, yeni tarix konsepsiyasının əsaslı surətdə işlənib hazırlanmasını tədqiqatçılar, tarixçi alimlər, bütövlükdə ədəbiyyat və pedaqoji fikir tarixçiləri qarşısında mühüm bir vəzifə kimi qoymuşdur.“Ədəbiyyatşünaslıq terminləri”, “Ədəbiyyat müntəxabatı”, “Ədəbiyyat” kimi dərs vasitləri, lüğət və proqramlar hazırlaması Əziz Mirəhmədovun vətənə, xalqa, millətə fədakar xidmətinin ən bariz nümunəsi, əsil vətəndaşlıq örnəyidir. Bütün bunlar Əziz müəllimin yaradıcılığının həyatiliyinin və həmişəyaşarlığının sübutudur.
Azərbaycan ədəbi-pedaqoji tənqidin inkişafında Əziz Mirəhmədovun xidmətləri böyükdür. Əziz müəllimin ədəbi prosesdə olan tənqidləri də istiqamətverici tənqid olmuşdur. Onun tənqidi yazıları xeyirxahlıq, tərbiyəedici, maarifləndirici və qeyd etdiyimiz kimi istiqamətverici yöndə olan tənqidlər olmuşdur. Öz tənqidi qeydləri ilə tənqid olunanın “mən”ini kiçiltməmiş, adiləşdirməmişdir. Əksinə, tənqid etdiyi “mən”i öz səviyyəsində saxlamışdır.
Əziz Mirəhmədovun fundamental tədqiqat əsərlərinin işlənmə metodikasında(“Mirzə Fətəli Axundov” – 1953, “Abdulla Şaiq” – 1956, “Sabir” – 1958, “Azərbaycan Molla Nəsrəddini” – 1980, “Azərbaycan ədəbiyyatına dair tədqiqlər (XIX-XX əsrlər)” – 1983, “Məhəmməd Hadi” – 1985 və s.) ona məxsus borc, məsuliyyət, milli qürur, vətəndaşlıq qeyrəti, milli ləyaqəti özünə ehtiva edən xoş əməl, qayğıkeşlik, xeyirxahlıq, vicdanlılıq, insanpərvərlik kimi keyfiyyətlərin təzahürü aydın duyulur və hiss edilir. Bu da onun milli vətəndaşlıq şərəfindən və yetkinliyindən qaynaqlanmışdır. Geniş ədəbi yaradıcılıq diapozonu və fəaliyyət dairəsinə malik Əziz Mirəhmədovun əsərlərində özünü göstərən elmi-tədqiqat metodlarının təhlili göstərir ki, o, əqli imkanlarının mahiyyətini özündə əks etdirən təfəkkürün müxtəlif formalarından bəhrələnmişdir. Özü də bu metodika fasiləsizliyi, məntiqiliyi, tarixiliyi və dinamikliyi ilə oxucunun diqqətini cəlb etmişdir.
Bu cəhətdən Əziz Mirəhmədovun namizədlik dissertasiyası əsasında hazırlamış “Sabir” adlı monoqrafiyası xüsusi maraq doğurur. Kitabda Mirzə Ələkbər Sabirin mühitin təsirindən qaynaqlanan həyatı, praktik pedaqoji fəaliyyəti və ideyaları, o cümlədən Sabirin görüşlərinin digər aspektləri tədqiq və təhlil edilmişdir. Əziz Mirəhmədov Mirzə Ələkbər Sabirin millətinin maariflənməsində ana dilinin rolu, millətinin mənəvi şüurunun formalaşmasında əqli, milli əxlaqi tərbiyənin imkanları, məktəb, müəllim haqqında satirik şeirlərinin əhəmiyyətini yaradıcı təfəkkür süzgəcindən keçirmişdir. Mirəhmədov ideya və mülahizələrini satirik şairin (“Sabir realizminin ideya-bədii mənbələri və tarixi kökləri”, “Sabir və XX əsr Azərbaycan ədəbiyyatında satiranın bəzi məsələləri”, “Sabir şeirinin həyata və ədəbiyyata təsiri” və s.) və ilk dəfə tədqiqata cəlb etdiyi materiallara istinadən inandırıcı və alim məntiqinə müvafiq, dövrün reallıqları fonunda təhlil edərək ümumiləşdirmişdir. Mirzə Ələkbər Sabir yaradıcılığı və ictimai-siyasi baxışlarına yanaşma prizması birmənalı deyil, müxtəlif istiqamətli olmuşdur. Əziz Mirəhmədovun yanaşma tərzi hər cür təhrif, şəxsi və subyektiv fikirlərdən uzaq olmaqla, milli təəssübkeşliyi ifadə edən peşəkar tədqiqatçı, vətəndaş-alim mövqeyinin prinsipiallığını əks etdirmişdir.
Əziz Mirəhmədov doktorluq dissertasiyası müdafiəsini çox gecikdirmişdir. Bu gecikmə isə ziyalıların bir çoxunu çox narahat etmişdir. Belə narahatçılıq yaşayanlardan biri də xalq yazıçısı Elçin olmuşdur. Akademik Məmməd Cəfərin yaradıcılıq görüşlərini “Cəfər müəllim” adı ilə təhlil edən Elçin İlyas oğlu yazır: “O vaxt Əziz Mirəhmədov doktorluq dissertasiyasının müdafiəsini elə hey uzadırdı və yaxın adamlar hər dəfə Əziz müəllimi görəndə nə vaxt müdafiə edəcəyini soruşurdu. Mən də daxil olmaqla hamı bunu soruşurdu, təkcə Cəfər müəllimdən başqa. Əziz müəllim tez-tez bizim şöbəyə gəlirdi, Cəfər müəllimlə onun arasında... sabit bir dostluq var idi, oturub, necə deyərlər, söhbətləşirdilər, zarafatlaşırdılar və yaxşı yadimdadır, bir dəfə mən Cəfər müəllimdən soruşanda ki, nə üçün dostuna təsir etmir ki, tez müdafiə etsin, Cəfər müəllim özünə xas olan bir sakitliklə (əslində müsahibini sakitləşdirə-sakitləşdirə!) dedi: “Əziz ciddi adamdır”. Həmin üç kəlmə söz çox şey deyirdi, ən əsası isə bunu deyirdi ki, müdafiəyə nə var ki, müdafiə asan şeydir. Cəfər müəllim yaxşı bilirdi ki, dostu bəzi başqaları kimi, müdafiəni elmi ad almaq xətrinə etmir, ədəbiyyatşünaslıq elminin naminə çalışır. Yoxsa doğrudan da müdafiəyə nə var ki... (xüsusən də Əziz Mirəhmədov kimi güclü qələm sahibi üçün!”[Bax: Elçin. Klassiklər və müasirlər. Bakı: Yazıçı, 1987, səh.151].
Sabirşünas və Məmmədquluzadəşünas alim Əziz Mirəhmədov, nəhayət 1973-cü ildə “Cəlil Məmmədquluzadə və XX əsrin əvvəllərində Azərbaycan dövrü mətbuat məsələləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. Həmin tədqiqat əsəri əsasında hazırlamış olduğu “Azərbaycan Molla Nəsrəddini” (1980) adlı sanballı monoqrafiyası “milli ədəbiyyatşünaslığımızın nadir və qiymətli nümunəsi hesab olunur”.
Əziz Mirəhmədovun müqəddimə, beş fəsil, son söz və məxəzlərdən ibarət olan “Azərbaycan Molla Nəsrəddini” sanballı monoqrafiyasına hər dəfə nəzər salsaq görəcəyik ki, müəllifin öz tədqiqatında istinad etdiyi metodika-təhlil, mühakimə, fikir və ideyalar obyektiv faktlara, təmkinli, sistemli araşdırmalara, arxiv sənədlərinə, yazılı ədəbiyyata, obyektiv yanaşma prinsipinə əsaslanmışdır. Milli təəssübkeşlik baxımından tədqiq edilən monoqrafiyanın birinci fəsli “Cəlil Məmmədquluzadə dünyagörüşünün təşəkkülü və inkişaf istiqamətləri” adlanır.İki yarımfəsildən ibarət olan bu fəsildə Mirzə Cəlilin “yeddi-səkkiz yaşında ikən Naxçıvanda Hacı Bağırın və Molla Əlinin məktəblərində oxumağa başlaması” [Bax: səh.9] və Qori müəllimlər seminariyasında oxuduğu illər[Bax: səh.12] əks etdirilmişdir.Azərbaycan, rus və avropa nümayəndələrindən Füzuli, Zakir, Seyid Əzim, Aksakov, Qriboyedov, Qoqol, Turgenev, Qonçarov, Krılov, Puşkin, Lermantov, Tolstoy, Uşinski, Piroqov, Şekspir, Pestalotsi, Conn Lokk, Komenski və digərlərinin Cəlil Məmmədquluzadənin dünyagörüşünə və gələcəkdə elmi-pedaqoji fəaliyyətinə göstərəcəyi təsir təhlil edilmişdir.
Monoqrafiyada milli mənlik şüuru və ləyaqətin yetişən nəsildə inkişaf edib formalaşmasında, müəllim və məktəbin aparıcı rolu haqqında Cəlil Məmmədquluzadənin görüşü təhlil olunmuş, ilk mənbələrdən gətirilən iqtibaslarla təsdiqlənmişdir. Milli mənlik şüuru və ləyaqət kimi əxlaqi kateqoriyalar baxımından yanaşma prinsipi elmi tədqiqat metodlarının aparıcı istiqamətlərdən olduğunu gözəl dərk edən Əziz Mirəhmədov monoqrafiyanın digər hissələrində də bu səmimi duyuma sadiq qalmışdır. Bu özünü Cəlil Məmmədquluzadənin ana dili və onun tədrisi haqqında fikirlərinin üzə çıxarılaraq təhlil edilməsində daha bariz göstərir. Çünki ana dili xalqın milli varlığı, milli şüurun inkişaf və formalaşmasında xalqın yaratdığı əvəzolunmaz incidir. Elə bu səbəbdən də Əziz Mirəhmədov əsərində Cəlil Məmmədquluzadənin ana dili və onun məktəblərdə tədrisini təxirəsalınmaz vəzifə kimi irəli sürdüyünü, bu sahədə hər cür müqavimət və maneələrə qarşı qətiyyətli mübarizəsini əsil elmi tədqiqatçıya məxsus yanaşma ilə təhlil etmişdir. Ana dili və onun tədrisinə laqeyd münasibət göstərənlərə Cəlil Məmmədquluzadənin – “Yazıda böyük cürətimiz o oldu ki, açıq ana dilində yazmaqdan biz utanmadıq”[Bax: səh.243]kimifikriönplanaçəkənƏziz Mirəhmədov Cəlil Məmmədquluzadənin ana dilinin qorunub saxlanılacağına, inkişaf edib zənginləşəcəyinə nikbin baxışını diqqətdən qaçırmamışdır.
“Fırtına illərində”, “Ağır mübarizələr dövrü” kimi III və V fəsillərdə yenə də Cəlil Məmmədquluzadənin dünya ədəbiyyatına yaradıcı münasibəti, Şərqin müdrik gülüş ustası Nəsrəddin surətinin onun bədii təfəkküründə meydana çıxması və transformasiyası, bolşevizm ideyalarının satirik “Molla Nəsrəddin” jurnalı üçün əhəmiyyəti, mollanəsrəddinçilərin birinci rus inqilabı zamanı və sonra Azərbaycanda gedən ideoloji mübarizələrdə rolu və xidməti məsələlərinə Əziz Mirəhmədov tərəfindən xüsusi diqqət yetirilmişdir. Cəlil Məmmədquluzadə publisistikasının təhlili, habelə, ədibin milli dövri mətbuatın və kitab mədəniyyətinin inkişafı yolunda qızğın fəaliyyəti, “Qeyrət” mətbəə-nəşriyyatında işi haqqında bəhslər Əziz Mirəhmədov tədqiqində mərkəzi yer tutur. Monoqrafiyanın bir çox səhifələrində, “Molla Nəsrəddin”in banisi və redaktorunun öz məsləkdaşları Mirzə Ələkbər Sabir, Əbdürrəhim Bəy Haqverdiyev, Ömər Faiq Nemanzadə, Əliqulu Qəmküsar, Əli Nəzmi və başqaları ilə yaradıcılıq münasibətlərindən, nəhayət, onun sosial-estetik idealının mahiyyətindən bəhs etmişdir. Tədqiqatçı alimlər də etiraf edərlər ki, əsər zəngin ədəbi-tarixi məxəzlər əsasında yazılmışdır.
Əziz Mirəhmədov Cəlil Məmmədquluzadənin iki (1951-1954), üç (1966-1967) və altı cildlik (1983-1985) əsərlər külliyyatını tərtib etmiş (Turan Həsənzadə ilə birlikdə), çapa hazırlamış, bu nəşrlərə müqəddimə, qeyd, izah və şərhlər yazmış, ədəbi-tənqidi və publisist irsinin çox hissəsini, məktubları, xatirələri külliyyat halına salmışdır. Təbii ki, bunlar da Əziz Mirəhmədovun çoxillik elmi fəaliyyətinin nəticəsinin bəhrəsidir. Həmçinin, Əziz Mirəhmədov “Molla Nəsrəddin” jurnalı kimi birinci dərəcəli əhəmiyyətə malik bir məxəzi kompleks halına salan ilklərdəndir. Bu münasibətlə Əziz Mirəhmədov yazıırdı: “60-cı illərin axırlarına qədər “Molla Nəsrəddin” jurnalı kimi birinci dərəcəli əhəmiyyətə malik bir məxəz nə Bakının, nə də Tbilisi, Moskva, Leninqrad və başqa sovet şəhərlərinin arxivində tam kompklekt halında toplanılmamışdır, bu jurnalın ictimai-ədəbi təsiri, nəşri tarixi, ədəbiyyat və mətbuat tarixindəki mövqeyi haqqında çox az şey məlum idi”[Bax: Azərbaycan ədəbiyyatına dair tədqiqlər. Bakı: “Maarif”, 1983, səh.5]. On ikicilddənibarətolan“Molla Nəsrəddin” jurnalı mətnlərinin transliteriyası, çapa hazırlanması və bu qiymətli abidənin I və II cildlərinin nəşr edilməsi Əziz Mirəhmədov və onun rəhbərlik etdiyi tədqiqatçılar qrupunun adı ilə bağlı olmuşdur.
“Elmdə heç bir zaman “son nöqtə” ola bilməz” – deyən Əziz Mirəhmədovun “Azərbaycan ədəbiyyatına dair tədqiqlər” kitabı dazəngin tədqiqat materialı, arxiv sənədləri və dövri mətbuatdan götürülmüş tarixi faktlar əsasında yazılmışdır. XIX əsrin axırı, XX əsrin əvvəlində yaradılan zəngin, rəngarəng elmi-filoloji irs zəminində, uzun illərin gərgin əməyi, böyük axtarışları bahasına başa gəlmişdir. Qasım Bəy Zakir, Mirzə Fətəli Axundov, Mirzə Əli Möcüz, Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, İsmayıl Bəy Qutqaşınlı, İsa Sultan, Abdulla Şaiq və başqaları haqqında faktları, məlumatları, epistolyar materialları, bədii nümunələri Əziz Mirəhmədov ilk dəfə aşkara çıxarmış və tədqiq etmişdir.
Ədəbiyyatşünaslıq ensiklopediyasının əsas yaradıcılarından olan Əziz Mirəhmədov “Əkinçi” qəzetinin də yeni əlifba ilə nəşr edilərək geniş oxucu auditoriyasına çatdırılmasında təqdirəlayiq iş görmüşdür.
Bütün həyatını elmin inkişafına həsr edənƏziz Mirəhmədov, həmçinin,30-dan artıq yüksəkixtisaslı alimlər kadrıhazırlayaraq elmi mühitə təqdim etmişdir.
Xalq yazıçısı Süleyman Rəhimov yazır ki, “Zəmanəmizdə kitabsız mədəniyyətdən və mədəni inqilabdan danışmaq olmaz! Kitab insan ağlının və əməyinin məhsuludur... Kitab elm və sənət abidəsidir. Böyük filosoflar, şairlər və alimlər kitabla yaşayırlar. Nizami “Xəmsə” ilə, Tolstoy “Hərb və sülh ilə”, Sabir “Hophopnamə” ilə yaşayır. Kitab olmasaydı, bəşəriyyətin böyük simaları ulduzlar kimi öz vaxtlarında parlayıb, sonra sönüb gedərdilər”. Bu gün tanınmış tənqidçi və mətnşünas alim, Azərbaycan Respublikasının Milli Elmlər Akademiyasının müxbir üzvü, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Əziz Mirəhmədov aramızda yoxdur. Ancaq Əziz Mirəhmədovu bəşəriyyətin böyük simasına çevirən, əbədiyaşar edən əsərləri olacaqdır.
Kamal CAMALOV
Naxçıvan Müəllimlər İnstitutunun dosenti,
Pedaqogikaüzrəfəlsəfədoktoru,
Azərbaycan Respublikasının Əməkdar müəllimi,
AYB-nin üzvü

Baxış sayı: 1 746
Bölməyə aid digər xəbərlər
17-12-2025, 22:31
Ədəbiyyatşünas-alim Asiya Elmlər Akademiyasına üzv seçilib
27-10-2025, 17:07
ŞAMİL ƏNVƏROĞLUNUN YENİ KİTABLARININ TƏQDİMATI KEÇİRİLİB-VİDEO+FOTOLAR
1-10-2025, 15:32
Məhkəmə yazıçını qiyabi olaraq 7 il müddətinə azadlıqdan məhrum edib
16-09-2025, 15:30
Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin prezidentləri Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin güllələnmiş heykəllərinə baxıblar
12-09-2025, 19:34
Ədliyyə Nazirliyi yazıçı Topol və daha üç nəfəri xarici agentlərin reyestrinə daxil edib
25-08-2025, 18:34
HÜSEYN ARİFLƏ İSMAYIL İMANZADƏNİN CƏBRAYIL SƏRGÜZƏŞTLƏRİ
12-08-2025, 23:11
Haqqdan yanan çıraq- Vüqar Vüqarlı-70
31-07-2025, 16:40
Mirzə Ələkbər Sabir Fondu növbəti layihəsinə yekun vurub
17-07-2025, 08:33
Lev Tolstoyun şəxsi əşyaları ilk dəfə Saxalində təqdim olunacaq
15-06-2025, 20:02
Sumqayıtda şairə-jurnalist İlhamə Məhəmmədqızının 55 illik yubileyi qeyd olundu-VİDEO+FOTOLAR
11-06-2025, 11:03
38 yaşlı şairə vəfat edib
3-06-2025, 07:39
DƏYƏRLİ ŞAİRİN YENİ SÖZ SOVQATI- TARİYEL ABBASLI
31-05-2025, 16:06
Sumqayıtda şair Rafiq Yusifoğlunun 75 illik yubileyinə həsr olunmuş ədəbi bədii gecə keçirildi-VİDEO+FOTOLAR
31-05-2025, 15:15
Ukraynada ABŞ yazıçısının 30 min kitabı rus mafiyasını “romantikləşdirdiyinə” görə məhv edilib
17-05-2025, 18:21
Türkiyə Ədəbiyyat Vəqfi Sumqayıtda-Kitab təqdimatı və mükafatlandırma-VİDEO+FOTOLAR
9-05-2025, 10:00
Azərbaycan Hərb Tarixi Muzeyində “Böyük Qələbənin varisləri” kitabının təqdimatı keçirilib
8-05-2025, 23:12
"Azərbaycan" jurnalının kollektivi oxucularla görüşüb-VİDEO+FOTOLAR
7-05-2025, 10:44
Sumqayıt şəhərində Güləmail Muradın "Beş Ulduz" adlı kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
2-05-2025, 10:58
ŞAHLAR GÖYTÜRKÜN ALİM – ŞAİR– VƏTƏNDAŞ MİSSİYASI-Vüqar Əhməd
18-04-2025, 00:01
Miraslan Rasimi də itirdik-Namiq MƏMMƏDLİ
16-04-2025, 23:50
Ədalət Əroğlunun doğum gününü təbrik edirəm!
16-04-2025, 22:31
Şair və ədəbiyyatşünas Konstantin Kedrov vəfat edib
9-04-2025, 09:10
Qahirədə seminar: Azərbaycan alimləri ərəb dilinin inkişafına böyük töhfələr veriblər
17-03-2025, 11:15
MƏZARSIZ QƏHRƏMAN-Xaqani Abbasəli ÖZTÜRK
16-03-2025, 02:44
Sumqayıtda şair Məmməd İlqarın 75 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
12-03-2025, 22:08
Elmin təhsilə inteqrasiyası istiqamətində növbəti mühazirə oxunub
2-03-2025, 22:59
Sumqayıt şəhərində Natəvan Dəmirçioğlunun "Açar" romanının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
25-02-2025, 13:05
Sumqayıt şəhərində deputatın kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
19-02-2025, 22:17
Sumqayıtda şair Asif Asimanın 70 illik yubileyi keçirilib-VİDEO+FOROLAR
19-02-2025, 09:01
Nəcibliyi, ziyalılığı ilə hər kəsin sevgisini qazanan işıqlı insan
9-02-2025, 21:49
Şeirlər- İSMAYIL MƏRCANLI İMANZADƏ
1-02-2025, 23:22
Xalidə Nurayı TƏBRİK EDİRİK!
23-12-2024, 15:46
Səbuhi Zamanın “Adamın Dibi” adlı kitabı işıq üzü gördü
15-12-2024, 14:33
Yazıçı Samir İmanovun "Arzularımın rəqsi" adlı kitabının təqdimat mərasimi keçirilib
13-11-2024, 23:46
Görkəmli Türk Ədibi Sərhəd Kabaklı-Vüqar Əhməd
1-11-2024, 13:16
Sumqayıt şəhərinin 75 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib-VİDEO+FOTOLAR
30-10-2024, 21:46
Rusiyanın əməkdar artisti Kazbek Suanov dünyasını dəyişib
26-10-2024, 18:55
Tanzaniyada Puşkinin abidəsinin açılışı olub, nağılları isə suahili dilində nəşr olunub
16-10-2024, 10:02
Naxçıvan ədəbi mühitinin seçilən nümayəndəsi Hüseyn Razinin 100 illiyinə layiqli töhfə
12-10-2024, 20:45
Naxçıvanda xarici tədqiqatçıların iştirakı ilə arxeoloji kəşfiyyat işləri aparılır
12-10-2024, 19:55
Azərbaycan Universitetində Mirzə Ələkbər Sabir irsi və ədəbi dilə həsr olunmuş tədbir keçirilib
12-10-2024, 10:47
Ədəbiyyat müəllimi erotik fotolara görə töhmət alıb
28-09-2024, 21:57
Onu "Türk dünyasının sevilən qızı" adlandırırdılar













