Bütün xəbərlər
“Al Watan” Suriya Mərkəzi Bankının rəhbəri vəzifəsinə ilk dəfə qadın təyin edilib
Tarix: 30-12-2024 17:49 | Bölmə: Dünya

Suriyanın yeni hakimiyyət orqanları Maysa Sabrini ölkə Mərkəzi Bankının rəhbəri vəzifəsini icra edən təyin edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, bu vəzifəni tutan ilk qadın olub.
“Al Watan” qəzetinin yazdığına görə, Sabrin bundan əvvəl 2018-ci ilin dekabr ayından əvvəlki hökumət dövründə Mərkəzi Bankın rəsmi nümayəndəsi vəzifəsini tutub.
Məqalədə deyilir: “Maisa Sabrin Mərkəzi Bankın rəhbəri vəzifəsini müvəqqəti icra edən təyin edilib və bu vəzifəni tutan ilk qadın olub".
Bundan əlavə, Sabrin Dəməşq Qiymətli Kağızlar Bazarının direktorlar şurasında da çalışıb.
Bundan əvvəl Suriyanın müvəqqəti hökuməti beynəlxalq ictimaiyyətə müraciət edərək ölkənin xarici aktivlərinin dondurulmasını istəyib. Hakimiyyət həmçinin qeyd edib ki, beynəlxalq sanksiyaların ləğvi ölkədə yenidənqurma işlərinə başlamağa imkan verəcək və qaçqınların respublikaya qayıtmasını asanlaşdıracaq.



Baxış sayı: 56


Bölməyə aid digər xəbərlər