Bütün xəbərlər
ABŞ NATO-nun növbəti sammitdə Ukraynanı dəvət edəcəyinə inanmır
Tarix: 13-02-2024 19:38 | Bölmə: Dünya

ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Culian Smit yay sammitində Ukraynanın Şimali Atlantika Alyansına dəvət ediləcəyini gözləmir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, bu barədə "Reuters" agentliyinə məlumat verib.
Qeyd edək ki, bir müddət əvvəl ABŞ-ın 45-ci prezidenti Donald Tramp bildirib ki, bütün NATO ölkələri Ukraynaya dəstək üçün ABŞ-la eyni məbləğdə vəsait xərcləməlidir. Siyasətçi əlavə edib ki, Alyans üzvləri bunu gözəl soruşsalar, edəcəklər.
Amerikalı jurnalist Taker Karlson da öz növbəsində hesab edir ki, Qərbin dəstəyinə baxmayaraq, Ukrayna Rusiya ilə münaqişədə qalib gəlməyəcək.
Kiyevin nə sənaye gücü, nə də insan resursları var. Və Kiyev rejiminə gələcək dəstək sadəcə olaraq münaqişəni uzadacaq və daha çox ukraynalını öldürəcək.


Baxış sayı: 74


Bölməyə aid digər xəbərlər