22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Devid Kemeron Böyük Britaniya hökumətinə qayıdır
Tarix: 13-11-2023 14:49 | Bölmə: Dünya


Baş nazir Rişi Sunak Böyük Britaniya hökumətində kadr dəyişikliyinə başlayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bazar ertəsi Baş nazir daxili işlər naziri Suella Bravermanı yola saldı. Onun yerinə ölkənin Xarici İşlər Nazirliyinin rəhbəri Ceyms Kleverli köçürülüb.
"Teleqraf" qəzetinin məlumatına görə, Böyük Britaniyanın keçmiş baş naziri Devid Kemeron Böyük Britaniya Xarici İşlər Nazirliyinin yeni rəhbəri olacaq.
"Sky News" xəbər verir ki, istefa verən Braverman kabinetdəki vaxtını "həyatımın ən böyük şərəfi" adlandırıb.
"Hələ vaxtı gələndə deyəcəklərim olacaq" deyə, siyasətçi söz verib.
Braverman əvvəllər immiqrasiya siyasətinə və Fələstin tərəfdarı nümayişlərdə polisin hərəkətlərini pislədiyinə görə tənqid edilib.



Baxış sayı: 174


Bölməyə aid digər xəbərlər