22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Cənubi Kuril adalarının sakinləri yeraltı təkanlar hiss ediblər
Tarix: 11-11-2023 10:36 | Bölmə: Dünya

Noyabrın 11-nə keçən gecə Sakit okeanda Kuril adalarının cənub hissəsi yaxınlığında kifayət qədər güclü zəlzələ baş verib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, 5,8 bal gücündə təkanlar şənbə günü gecə Kurilskdən 250 kilometr aralıda qeydə alınıb. Zəlzələnin episentri okeanda, təxminən 100 kilometr dərinlikdə yerləşib.
İturup və Şikotan adalarında dalğalanmalar 3 bal kimi hiss olunub. Hələlik dağıntı və tələfat barədə məlumat verilmir. Təhlükəli təbiət hadisəsinin fəsadları aydınlaşdırılır.
Bir müddət sonra Kaliforniya sahillərində Sakit Okeanın əks hissəsində 5,0 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri sahilyanı Evrika şəhərindən 183 kilometr aralıda, səkkiz kilometr dərinlikdə yerləşib. Mümkün nəticələr barədə məlumat verilməyib.



Baxış sayı: 145


Bölməyə aid digər xəbərlər