Bütün xəbərlər
Somalidə silahlı yaraqlılar otelin qonaqlarını girov götürüblər
Tarix: 09-06-2023 23:40 | Bölmə: Dünya


Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,Somalinin paytaxtı Moqadişoda xüsusi təyinatlılar şəhərin nüfuzlu otellərindən birində silahlı şəxslər tərəfindən əsir götürülən insanları xilas etmək üçün əməliyyat keçirir.
TASS-ın verdiyi məlumata görə, cümə günü, iyunun 9-da terror təşkilatlarından birinin silahlı yaraqlıları Moqadişoda "Bearl" otelinə silahlı hücum ediblər.
Bəzi məlumatlara görə, içəridəki insanlar terrorçular tərəfindən girov götürülüb. Quldurların saxladıqları qonaqların sayı dəqiqləşdirilir. Hadisə yerinə xüsusi təyinatlılar gəlib. Oteldə atışma və partlayışlarla şiddətli döyüşün getdiyi bildirilir. Xüsusi təyinatlılar binanın yuxarı mərtəbələrinə keçə biliblər.
Hadisənin hansı şəraitdə baş verdiyi, terrorçuların motivləri və zərərçəkənlər haqqında məlumatlar araşdırılır.


Baxış sayı: 93


Bölməyə aid digər xəbərlər