Bütün xəbərlər
Yaponiyada növbəti quş qripi epidemiyasına görə 1 milyondan çox toyuq kəsiləcək
Tarix: 03-02-2023 12:16 | Bölmə: Dünya


Yaponiyada quş qripi epidemiyası səbəbindən İbaraki prefekturasında 1,11 milyon toyuq məhv ediləcək.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Kənd Təsərrüfatı, Meşə və Balıq Təsərrüfatı Nazirliyi məlumat yayıb.
Qeyd edildiyi kimi, bu gün, fevralın 3-də İbaraki prefekturasındakı fermada yüksək patogenli quş qripi virusunun olması təsdiqlənib. Quşların kütləvi şəkildə tələf olması ilə bağlı araşdırma aparılıb. Təhlil yüksək patogenli ştammın olduğunu təsdiqlədi. RİA Novosti xəbər verir ki, bu, cari mövsümdə 73-cü haldır.
Cari mövsümdə Yaponiyada artıq 12,5 milyona yaxın ev quşu məhv edilib. Ölkənin 47 prefekturasından 25-də quş qripi aşkarlanıb. Bu, 9,87 milyon quşun məhv edilməli olduğu 2020-2021-ci illərdən əvvəlki mövsümdən çoxdur (bu, rekord göstərici idi). Daha sonra ekspertlər ölkənin 47 prefekturasından 18-ində 52 quş qripinə yoluxma halı müəyyən ediblər.



Baxış sayı: 202


Bölməyə aid digər xəbərlər