Bütün xəbərlər
İki gün öncə istefaya göndərilmişdi, saxlanıldı
Tarix: 08-01-2022 14:23 | Bölmə: Dünya

                  İki gün öncə istefaya göndərilmişdi, saxlanıldı


Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin keçmiş sədri Kərim Məsimov saxlanılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Qazaxıstan mediası məlumat yayıb.
Bildirilir ki, yanvarın 6-sı onun barəsində dövlətə xəyanət maddəsi ilə cinayət işi başlanılıb. Elə həmin gün o saxlanılaraq istintaq təcridxanasına yerləşdirilib.
Qeyd edək ki, Kərim Məsimov 2016-cı ilin sentyabrından Milli Təhlükəsizlik Komitəsinin sədri idi. O, cari ilin yanvarın 6-da Prezident Kasım-Jomart Tokayevin sərəncamı ilə vəzifəsindən azad edilib.
Xatırladaq ki, Qazaxıstanda yanvarın 2-də respublikanın Manqistau vilayətinin Janaozen və Aktau şəhərlərinin sakinlərinin maye qazın qiymətinin aşağı salınmasını tələb etməsindən sonra başlayan kütləvi etiraz aksiyaları davam edir.
Ölkənin Daxili İşlər Nazirliyinin məlumatına görə, küçə iğtişaşları zamanı 4,2 mindən çox insan saxlanılıb, onların arasında xarici vətəndaşlar da var.




Baxış sayı: 317


Bölməyə aid digər xəbərlər