Bütün xəbərlər
Ərdoğanla Putin Qarabağı müzakirə etdilər
Tarix: 25-06-2021 01:27 | Bölmə: Dünya

                    Ərdoğanla Putin Qarabağı müzakirə etdilər


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putinin telefon danışığı olub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, liderlər Dağlıq Qarabağ ətrafındakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar:
“Dağlıq Qrabağ ətrafındakı vəziyyətlə bağlı fikir mübadiləsi davam etdirildi. Rusiya-Türkiyə Birgə Mərkəzinin atəşkəsə nəzarət üzrə işinə müsbət qiymət verildi”.
Türkiyə Prezidenti Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatlarında təsbit edilmiş razılaşmaların tam şəkildə həyata keçirilməsini təmin etmək üçün Rusiyanın səylərini dəstəklədiyini bildirib. Dövlət başçıları iqtisadi inkişaf və bölgənin nəqliyyat infrastrukturunun bərpası maraqları daxilində koordinasiyanı davam etdirməyə qarşılıqlı hazır olduqlarını da qeyd ediblər.


Baxış sayı: 271


Bölməyə aid digər xəbərlər