Bütün xəbərlər
Bu il xarici zəvvarlar üçün Həcc ziyarəti ləğv olundu
Tarix: 23-06-2020 00:23 | Bölmə: Dünya

                 Bu il xarici zəvvarlar üçün Həcc ziyarəti ləğv olundu

Səudiyyə Ərəbistanı hökuməti koronavirus səbəbindən İslamın müqəddəs şəhərləri Məkkə və Mədinəyə bu il Həcc ziyarətini ləğv edib.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Həcc və Ümrə Məsələləri üzrə Nazirliyinin məlumatında deyilir.
“Koronavirus pandemiyası səbəbindən bu il Həcc ölkə ərazisindəki müxtəlif milliyyətlərdən olan zəvvarların məhdud sayda iştirakı ilə təşkil olunacaq”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı ərəb ölkələri arasında koronavirusa yoluxma sayına görə ilk yeri tutur. Ölkədə 161 min 5 nəfər virusa yoluxub, 1307 nəfər dünyasını dəyişib.


Baxış sayı: 774


Bölməyə aid digər xəbərlər