21:43 / 14-10-2026
Fotoqraf həbs edilib
21:26 / 14-10-2026
Zavodda yanğın baş verib
Bütün xəbərlər
Yakutiyada 8 nəfər dəm qazından zəhərlənib, 1 nəfər ölüb
Tarix: 03-02-2023 11:01 | Bölmə: Cəmiyyət


Yakutiyanın Amginski rayonunda qarajda dəm qazından zəhərlənmə nəticəsində bir nəfər ölüb, daha yeddi nəfər ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib, istintaqa hazırlıq başlayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Respublika üzrə İstintaq Komitəsinin məlumatına görə, kişilər qarajın soyuq bölməsində iki benzin generatorunu birləşdiriblər. Eyni zamanda, özləri də zəif bağlanmış qapı səbəbindən dəm qazının nüfuz etdiyi qonşu otaqda idilər.
Nəticədə 34 yaşlı kişi yerindəcə keçinib. Zəhərlənən 7 nəfər ağır vəziyyətdə tibb müəssisəsinə çatdırılıb, onlara lazımi tibbi yardım göstərilir.
Faktla bağlı araşdırmalara başlanılıb, cinayət işinin başlanması məsələsi həll edilir.



Baxış sayı: 339


Bölməyə aid digər xəbərlər
14-10-2026, 21:43 Fotoqraf həbs edilib