18:22 / 30-08-2026
Afrikalı həvəskar futbolçu vəfat edib
18:20 / 30-08-2026
Xilasedicilər Şkota adasında qalmış insanların köməyinə gəldilər
18:15 / 30-08-2026
Finlandiyalı jurnalist Avropada vətəndaş müharibəsinə səbəb ola biləcək amilləri müəyyən edib
18:13 / 30-08-2026
Xilasedicilər maye qaz daşıyan vaqonda baş verən yanğını söndürməyə davam edirlər
18:10 / 30-08-2026
Soçi-Kirov reysi uçuş zamanı təzyiqin azalması səbəbindən təcili eniş etdi
18:07 / 30-08-2026
Çin Ob və İrtış çayları vasitəsilə Arktikaya ABŞ-ı keçməklə bir marşrutu nəzərdən keçirir
18:04 / 30-08-2026
"Reuters": Brüssel İslandiyanın danışıqlardan imtina etməsindən məyus olacaq
18:00 / 30-08-2026
Sərxoş halda üzən çayda boğuldu
17:57 / 30-08-2026
SSRİ Hərbi Dəniz Qüvvələrinin son naziri vəfat edib
17:53 / 30-08-2026
Aktrisa Angelina Jolie yenidən Ukraynaya səfər etdi
17:51 / 30-08-2026
Peskov yeni Volqa alacağını etiraf etdi
17:49 / 30-08-2026
Federal magistral yolda qamışlar yandı
17:46 / 30-08-2026
Le Pen Avropa demokratiyaları üçün AB-yə üzvlüyü könüllü adlandırdı
17:42 / 30-08-2026
Meşə yanğınlarının söndürülməsi işləri davam edir
17:22 / 30-08-2026
Media xəbərlərinə görə, ABŞ hakimiyyəti jurnalistlərin məlumatlarına daxil olmağın yolunu tapıb
17:20 / 30-08-2026
Yanğın bir nəfərin həyatına son qoyub
17:17 / 30-08-2026
Batmış bərədə ən azı altı nəfər ölüb
17:13 / 30-08-2026
Rusiya səfirliyi Nepalda itkin düşmüş rusların sayının artdığını bildirib
17:10 / 30-08-2026
Moskvanın mərkəzinə yağış yağacaq
19:52 / 29-08-2026
AzTV-nin şəhid operatoru Sirac Abışovun doğum günü keçiirlib-VİDEO+FOTOLAR
20:20 / 27-08-2026
UEFA prezidenti Aleksandr Çeferin Rusiyanın Avropa Futboluna nə zaman qayıda biləcəyini deyir
20:16 / 27-08-2026
Turist dağlarda azıb
20:13 / 27-08-2026
İtin 5 yaşlı qıza hücum etməsindən sonra cinayət işi açılıb
20:04 / 27-08-2026
Qolu beton qarışdırıcıya ilişən uşaq xilas edilib
20:02 / 27-08-2026
Xərçəngdən vəfat edən Stella Baranovskayanın anası qızının müalicəsi üçün vəsait mənimsəməkdə ittiham olunub
18:46 / 27-08-2026
Danimarka Parlamenti Qrenlandiya qadınlarına kontrasepsiya üçün kompensasiyanı təsdiqləyib
18:43 / 27-08-2026
Avtomobil partlayışında həlak olan şəxsin şəxsiyyəti müəyyən edilib
18:40 / 27-08-2026
Yeniyetmələr tərk edilmiş binada bir uşağı döyüblər
18:37 / 27-08-2026
Malidə silahlı hücumlarda iştirakı ehtimal olunan şəxsləri müəyyən edib
18:34 / 27-08-2026
Hərbi əsirlər üçün işgəncə zirzəmiləri aşkar edilib
18:31 / 27-08-2026
Bosniya Serb Ordusunun keçmiş komandanı Ratko Mladiç vəfat etdi
18:28 / 27-08-2026
İnternetdə açıq şəkildə terrorizmə çağırış etməkdə şübhəli bilinir
18:24 / 27-08-2026
ABŞ və İran hazırda danışıqlar aparmır
18:22 / 27-08-2026
Polis bar davası ilə bağlı məlumatları araşdıracaq
18:10 / 27-08-2026
Misirdən Moskvaya uçan təyyarə Yekaterinburqda planlaşdırılmamış eniş etdi
18:07 / 27-08-2026
Onlayn lotereyada 10 milyon rubl dəyərində super mükafat qazandı
18:05 / 27-08-2026
Terrorizmi maliyyələşdirməkdə təqsirli bilinib
Erməni vandalizminin Xocalı izləri-Cəmil Quliyev
Tarix: 25-02-2022 13:04 | Bölmə: Cəmiyyət

Azərbaycan xalqı son 200 il ərzində zaman–zaman ermənilərin etnik təmizləmə, soyqırım siyasətinin qurbanına çevrilmişdir. Müxtəlif dövrlərdə və ictimai–siyasi şərtlər daxilində bütün faciələrə təkan verən əsas amillərdən biri və bəlkə də birincisi ermənilərin Azərbaycana qarşı ərazi iddiaları və bu iddiaların həmin dövrün müəyyən güclərinin dəstəyi sayəsində müxtəlif vasitələrlə həyata keçirilməsi olmuşdur. 44 günlük Vətən müharibəsindən sonra xalqımızın illərdir həsrətlə gözlədiyi Qarabağ nəhayət öz əzəli sahiblərinə qayıtdı. Bu illər əvvəl torpaqlarımızın düşmən tərəfindən işğalı zamanı ailəsini, yaxınlarını itirən şəxslərin az da olsa təsəlli oldu. Bu il Xocalı soyqrımından 30 il ötür. Bu dəfə həmin günü qalib xalq kimi qeyd edirik. Xocalıda yüzlərlə insan qətlə yetirilib.
1813–cü il “Gülüstan” və 1828–ci il “Türkmənçay” müqavilələrindən sonra Rusiyaya birləşdirilən Azərbaycan torpaqlarının zəbt edilməsinə və azərbaycanlıların bu torpaqlardan deportasiyasına hesablanmış ümumerməni proqramının həyata keçirilməsi prosesi məhz bu tarixi müqavilələrdən sonra başlamışdır. XX yüzillikdə ermənilərin Osmanlı İmperatorluğuna və Azərbaycan türklərinə məxsus olan torpaqlara qarşı ərazi iddiaları irəli sürməsi qanlı toqquşmalara səbəb olub. Bu torpaqların onlara məxsusluğunu iddia edən ermənilər əslində “Dənizdən–dənizə böyük Ermənistan” planını həyata keçirmək istəyirdilər. Bu amili nəzərdə tutan görkəmli ədib Ömər Faiq Nemanzadə hələ 1905–ci ildə “İrşad” qəzetində yazırdı: “Ermənilər öz planlarını həyata keçirmək üçün bizi İrəvandan, Qarabağdan və Qarsdan qovmağa çalışacaqlar. Biz bilməliyik ki, ermənilər bu yolda hər bir alçaqlığa əl ata bilərlər. Onlar qəsdən müsəlmanları öz üzərlərinə qaldıracaq, onların hücumuna və özlərinin bir qədər artıq itkisinə şərait yaradacaq və beləliklə bütün Avropanın diqqətini əzabkeş bir xalq olmalarına cəlb edəcəklər. Onlar öz cinayətləri üçün tədricən planlar hazırlayır və onları həyata keçirməyə yollar axtarırlar”.Ölkəmizə qarşı əsassız ərazi iddiaları ilə çıxış edən ermənilər tarixin müxtəlif illərində, 1905, 1906, 1917–ci illərdə, daha sonra isə bolşevik bayrağı altında 1918–ci ilin mart ayında erməni millətçiləri Bakıda, Tiflisdə, İrəvanda, Naxçıvanda, Qubada, Lənkəranda, Şamaxıda və Azərbaycanın digər yaşayış məntəqələrində azərbaycanlılara qarşı açıq şəkildə həyata keçirilmiş genişmiqyaslı qanlı aksiyalar zamanı minlərlə uşaq, qadın, qoca yalnız milli mənsubiyyətinə görə misilsiz qəddarlıqla qətlə yetirilib, yüzlərlə yaşayış məntəqəsi dağıdılıb, evlər talan edilib, yandırılıb.Tarixin bütün mərhələlərində ermənilər tərəfindən törədilmiş bu cinayətlər kütləvi qırğınlarla müşayiət olunmuşdur. 1948–1953–cü illərdə Ermənistandan gətirilmiş 150 min nəfər Kür–Araz düzənliyində yerləşdirilmişdir. 1988–ci il isə bizə bir daha sübut etdi ki, düşmən elə düşməndir. Həmin ildən başlamış Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tarixində ən qanlı, tükürpədici hadisələrdən biri isə Xocalıda baş vermişdir. Xocalı 1991–cı ilin oktyabrından blokadada idi. Oktyabrın 30–da avtomobil əlaqəsi kəsilmiş və yeganə nəqliyyat vasitəsi vertolyot qalmışdı. Şuşa şəhərinin səmasında mülki vertolyotun vurulması və nəticədə 40 nəfərin həlakından sonra isə bu əlaqə də kəsilmişdi. 1992–ci il yanvarın 2–dən şəhərə elektrik verilmirdi. Şəhərin müdafiəsi əsasən atıcı silahlarla silahlanmış yerli özünümüdafiə dəstəsi, milis və Milli Ordunun döyüşçülərindən təşkil olunmuşdu.Ermənistan tərəfindən Azərbaycanın digər yaşayış məntəqələrində, o cümlədən Cəmilli, Meşəli, Kərkicahan, Malıbəyli və Quşçular kəndlərində törədilmiş kütləvi qırğınlar Xocalının mühasirəsinə imkan yaratmaq məqsədinə xidmət etmişdir.Fevralın 12–də erməni silahlı dəstələri tərəfindən Şuşanın Malıbəyli və Quşçular kəndləri qarət edilmiş və yandırılmışdır, təkcə Malıbəylidə 50 nəfər öldürülmüşdür.Həmin günlərdə Azərbaycan qüvvələri sakinlərin köməyinə çata bilmədi, hətta meyitlərin götürülməsi belə mümkün olmadı. Bu zaman isə ermənilər vertolyotlarla, ağ geyimdə xüsusi qruplarla meşələrdə gizlənmiş insanların axtarışını aparır, aşkar edilənləri əsir götürür, işgəncələrə məruz qoyurdular.Xocalıya hücuma hazırlıq fevralın 25–də axşam keçmiş SSRİ–nin 366–cı motoatıcıalayın hərbi texnikasının döyüş mövqelərinə çıxması ilə başlamışdı. Şəhərə hücum toplardan, tanklardan, "Alazan" tipli zenit toplardan 2 saatlıq atəşdən sonra başlandı. Xocalıya üç istiqamətdən hücum aparıldığından əhali Əsgəran istiqamətində qaçmağa məcbur olmuşdu. Naxçevanik kəndi yaxınlığında əhalinin qarşısı erməni silahlı dəstələri tərəfindən kəsilmiş və onlar gülləborana tutulmuşlar. Qarlı aşırımlarda və meşələrdə zəifləmiş, taqətdən düşmüş insanların çox hissəsi məhz Əskəran–Naxçevanik düzündə erməni silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla məhv edilmişdir.
Bu müdhiş faciənin ildönümü ölkəmizdə olduğu kimi, hər il dünyanın müxtəlif dövlətlərində yaşayan soydaşlarımız və dost xalqların nümayəndələri tərəfindən də yad edilir. Bəşər tarixində ən dəhşətli faciələri belə kölgədə qoyan Xocalı soyqırımı xalqımızın ürəyinə vurulan, heç zaman sağalmayan, zaman–zaman dərinləşən, dövr edən yaradır.Xocalıda axıdılan göz yaşları hələ də qurumaq bilmir. Bu göz yaşları hamımızın içini göynədir, qəlbimizi yandırır. Biz bu qanlı tarixi heç vaxt unutmayacağıq. Təcavüzkar erməni millətçiliyinə qarşı dövlət səviyyəsində mütəşəkkil müqavimət Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra quruldu. Ümummilli liderimizin “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” 1997–ci il fevralın 25–də imzaladığı sərəncamla hər il fevral ayının 26–sı saat 17:00–da ölkəmizdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunur.“Azərbaycanlıların soyqırımı haqqında” ulu öndərin 1998–ci il 26 mart tarixli əhəmiyyətli fərmanı tarixi həqiqətlərin üzə çıxmasına və öz yerini tutmasına təkan verdi.
1992–ci il fevralın 25–dən 26–na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366–cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum edib. 7 min əhalisi olanXocalı soyqırımı zamanı bir gecədə 106 qadın və 63 uşaq olmaqla 613 nəfər öldürülüb, o cümlədən 8 ailə tam məhv edilib, 487 nəfər yaralanıb, 1275 qadın, uşaq və qoca girov götürülərək işgəncələrə məruz qalmış (150 nəfər, o cümlədən 68 qadın və 26 uşaq bu günə kimi itkin düşmüş hesab olunur), Xocalı şəhərinin 5379 nəfər əhalisi deportasiyaya məruz qalıb. Bu faciə zamanı 111 nəfər Xocalıda qətlə yetirilib, mühasirədən çıxıb qaçmağa müvəffəq olmuş şəhər sakinlərindən 16 nəfər Kətik meşəsində, 130 nəfər Naxçıvanik yolunda, 23 nəfər Qaraqaya ətrafında, 23 nəfər Dəhraz kəndi yaxınlığında, 8 nəfər Şelli istiqamətində, 6 nəfər Əsgəran asfalt yolunun 86–cı kilometrliyində və s. yerlərdə vəhşicəsinə öldürülüb, habelə əsir götürülən Xocalı sakinlərindən 18 nəfəri Əsgəran rayon daxili işlər şöbəsində işgəncə verilərək qətlə yetirilib. Qətlə yetirilən şəxslərdən 192–i əslən Xocalı sakini, 24–ü 1988–ci ildə Ermənistandan, 32–i 1988–1989–cu ildə Xankəndi şəhərindən, 35–i Dağlıq Qarabağın digər yaşayış məntəqələrindən deportasiya olunmuş azərbaycanlılar, 8–i 1989–cu ildə Fərqanə hadisələri zamanı Özbəkistandan köçmüş məshəti türkləri və s. olublar.Onların hamısı azərbaycanlı idi. Qətllər “Human Rights Watch” və “Memorial” insan haqları təşkilatları tərəfindən də sənədləşdirilmişdir. Hadisə yerinə gələn beynəlxalq Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri isə gördüklərindən dəhşətə gəlmişlər. XX əsrin ən qorxunc faciələrindən biri yaşanmışdı. Xocalıda baş verənlər dünya tarixində dinc əhalinin kütləvi qətliamı kimi dərin iz qoymuş Xatın, Holokost, Sonqmi, Lidiçe, Babi Yar, Ruanda və Serebrenitsa kimi soyqırımlarından heç nə ilə fərqlənmirdi. Son 30 ildə soyqırımın beynəlxalq miqyasda öz ədalətli hüquqi qiymətini alması istiqamətində atılan addımlar kimi Heydər Əliyev Fondunun Vitse–prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” kampaniyasının dünya miqyasında təbliğinin nəticəsidir. İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının, Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Sudan, Qvatemala və Cibuti parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olduğu təsdiq edilib.Rumıniya, Bosniya və Herseqovina, Serbiya, İordaniya, Sloveniya, Şotlandiya parlamentləri, eləcə də Amerika Birləşmiş Ştatlarının 20-dən çox ştatının icra və qanunvericilik orqanı Xocalı faciəsini qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləyib.11 oktyabr 2020–ci il tarixində ermənilərin Gəncədə törətdikləri terror hadisəsi Azərbaycana xalqına törədilmiş növbəti soyqırımdır – ikinci Xocalıdır. Heydər Əliyev Fondunun vitse–prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008–ci ildə start verilmiş “Xocalıya ədalət!” Beynəlxalq Maarifləndirmə Kampaniyasının məqsədi Xocalı soyqırımı, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi, xüsusən də gənc nəsil tərəfindən unudulmamasına yönəlib. Xocalı soyqırımını indiyədək dünyanın 16 ölkəsi və ABŞ-ın 24 ştatı, İslam Əməkdaşlıq Təşkilatının 57 ölkəsi tam və ya parlament səviyyəsində qətliam kimi tanıyıb və pisləyib. Hazırda bu proses Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, eləcə də bu soyqırıma obyektiv qiymət verilməsi istiqamətində davamlı olaraq addımlar atılır.
Prezident İlham Əliyevin “Mən əminəm ki, gün gələcək Xocalı faciəsini törədən, dinc əhalini məhv edən erməni cinayətkarları məhkəmə qarşısında cavab verəcəklər” sözləri inamımızı artırır. Respublika Hərbi Prokurorluğunun Xüsusi istintaq şöbəsinin rəisi, baş ədliyyə müşaviri Emil Tağıyevin sözlərinə görə:”İşğaldan azad olunan ərazilərdə cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən, hazırda yerli və beynəlxalq mütəxəssislər tərəfindən dəymiş ziyan yerində hesablanır. Bununla bağlı yaradılmış komissiya öz funksiyasını icra edir.Xocalının işğalı ilə bağlı ermənilər tərəfindən dövlətə və vətəndaşlara ilkin hesablamalara görə, 170 milyon ABŞ dollarından artıq məbləğdə ziyan vurulması müəyyən edilib. Ermənistanın sabiq prezidentləri Robert Köçəryan və Serj Sarqsyan cinayət məcəlləsinin müvafiq maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib və axtarışa veriliblər”.44 günlük Vətən müharibəsi Azərbaycanda formalaşdırılmış milli ideologiyanın, baş qaldırmış milli mənlik şüurunun, dirçəlmiş ənənələrin, möhkəmlənmiş dövlətçiliyin bariz nümunəsidir.Ümummilli lideri Heydər Əliyevin hakimiyyətə ikinci dəfə gəlişi, bütün sahələrdə o cümlədən gənc nəslin yetişdirilməsində müəyyənləşmiş uzaqgörən və sistemli şəkildə yürüdülən siyasət əsasında mümkün oldu. Ümummilli Liderimiz deyirdi:“Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı – Azərbaycanın dilini, mədəniyyətini, milli–mənəvi dəyərlərini, adət–ənənələrini yaşatmalıyıq.” Biz Azərbaycan xalqının nümayəndələri olaraq bu reallığı 44 günlük haqq savaşında mənəvi zəngin, azərbaycançılıq ideologiyası möhkəm gənclərin vətən sevgisində şahidi olduq. Prezident İlham Əliyevin 2021–ci ildə şanlı qələbəmizdən sonra Şuşada ilk bayram tonqalını yandırarkən sölədiyi nitqində vurğuladığı kimi:“Vətən müharibəsində bütün nəsillərin nümayəndələri qəhrəmanlıq göstərdi. Lakin etiraf etməliyik ki, onların böyük əksəriyyəti 18–25 yaşlı gənclərdir. Yəni, 2003–cü ildə mənim hakimiyyətə gəlişim vaxtı hələ uşaq olan və hakimiyyətim dövrümdə formalaşan gənclərdir”.
44 günlük Vətən müharibəsi Azərbaycanda formalaşmış milli həmrəyliyin təcəssümü idi. Bu müharibədə Azərbaycan xalqının üzvləri eyni vətənpərvərlik və birlik içində vətənimizin müdafiəsi, torpaqlarımızın düşmən tapdağından azad olması yolunda öz canlarını sipər etdilər. Onlar Şəhidlik zirvəsinə ucaldılar, qazi və qəhrəman oldular.Azərbaycan dövlətinin qanunları və Prezident İlham Əliyevin apardığı siyasət, onun qəbul etdiyi qərarlar bizim üçün ən ali olanıdır. 2020–ci ilin 27 sentyabrında Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin “Dəmir yumruq” genişmiqyaslı əməliyyatı ilə başlanan və 44 gün davam edənII Qarabağ müharibəsi zamanı rəşadətli Azərbaycan Ordusunun işğalçı qüvvələri məhv etməsi, torpaqlarımızın azad edilməsi Xocalı faciəsi qurbanlarının da qisasının döyüş meydanında alındığını göstərdi.
Cəmil Quliyev,
LDU nəzdində Sosial və Aqrar–Texnoloji Kollecin
direktor köməkçisi, tarix üzrə fəlsəfə doktoru

Baxış sayı: 482
Bölməyə aid digər xəbərlər

27-08-2026, 20:13
İtin 5 yaşlı qıza hücum etməsindən sonra cinayət işi açılıb
27-08-2026, 18:43
Avtomobil partlayışında həlak olan şəxsin şəxsiyyəti müəyyən edilib
27-08-2026, 18:40
Yeniyetmələr tərk edilmiş binada bir uşağı döyüblər
27-08-2026, 18:02
Müstəntiqlər dosent Kamenevanın qətli ilə əlaqədar oğlunun həbs olunmasını tələb edirlər
26-08-2026, 19:04
5 yaşlı uşağı oyun meydançasından qaçıran şəxs həbs edilib
26-08-2026, 18:04
Bir oğlanın yaralandığı polis təqibinin görüntüləri yayılıb
26-08-2026, 17:36
Ağacları kəsərkən öldü
25-08-2026, 21:11
Təqaüdçü qadın zirzəmisində qaz zəhərlənməsindən ölüb
25-08-2026, 19:55
Müəllimini öldürən məktəbli məhkəmə qarşısına çıxacaq
25-08-2026, 19:34
20 yaşlı gəncin ölümü ilə bağlı araşdırma aparılır
24-08-2026, 17:58
Beş nəfərin qətli ilə bağlı iş üzrə təqsirləndirilən şəxslər həbs edilib
24-08-2026, 17:41
İki qıza qarşı zorakılığa görə həbs cəzası alıb
24-08-2026, 17:36
Taksi sürücüsünü döyən barədə cinayət işi açılıb
23-08-2026, 20:34
Bir əsgər mübahisə zamanı əsgər yoldaşını güllələyərək öldürüb
23-08-2026, 20:11
Baş verən qəzada xəsarət alan bir kişi vertolyotla təxliyə edilib
23-08-2026, 20:05
Bir ay əvvəl itkin düşən traktor sürücüsü insanlara müraciət edib
19-08-2026, 10:05
Ögey atasını öldürməkdə təqsirli bilinib
18-08-2026, 22:41
Taksi sürücüsünün zorla səfərbər edilməsi cinayət işi ilə nəticələndi
18-08-2026, 21:51
Avtobusa daş atan uşağa hücum etdi
18-08-2026, 12:41
Mülk üstündə oğullarını güllələyərək öldürüb
18-08-2026, 12:35
Bir kişi uşaq mağazasında qiymət fərqinə görə kassaya yumruq vurub
17-08-2026, 19:43
"Kremlin camaşırxanası" kanalının administratoru 11 il həbs cəzası alıb
17-08-2026, 19:38
Qızına təcavüz etdiyinə görə həbsxanaya göndərilib
17-08-2026, 19:27
Transformator yarımstansiyasını yandırıb
13-08-2026, 19:05
Mikroavtobus sürücüsü saxlanılıb
13-08-2026, 17:18
Sevastopol sakinləri hərbçinin qətlində şübhəli bilinən şəxsin tutulmasına kömək etdilər
12-08-2026, 17:21
Qayıq qayaya çırpıldıqdan sonra bir qadın öldü
12-08-2026, 17:00
Rus qadınına hücum edən kişinin cəzasının ağır olacağını açıqladı
12-08-2026, 10:20
Qohumlarının yaşadığı evi yandıraraq valideynlərini öldürüb
11-08-2026, 10:23
Uşaq istismarı ilə bağlı cinayət işi üzrə hökm çıxarılıb
10-08-2026, 19:14
Kafedə dörd nəfər zəhərləndi, cinayət işi açıldı
10-08-2026, 17:39
Təqaüdçü valideynlərinə işgəncə verməkdə ittiham olunan kişi həbs edilib
9-08-2026, 18:39
Təcili yardım maşınına balta ilə hücum edilib
9-08-2026, 17:29
Bir kişi qızı müdafiə edən əlil SVO üzvünü döyüb
6-08-2026, 20:21
Polis təqaüdçüyə hücum edən kişini saxlayıb
5-08-2026, 20:35
Sərxoş ata azyaşlı qızını döyüb
2-08-2026, 21:12
Serbiyada rus qadınının qətlində şübhəli bilinən şəxs bunu qısqanclıqdan etmiş ola bilər
2-08-2026, 20:39
Anası ilə mübahisədən sonra evdən çıxan məktəbli qız tapılıb
2-08-2026, 20:14
Toyda baş verən qaz partlayışı ilə bağlı araşdırma aparılır
30-07-2026, 19:47
Qətlə yetirilən qadının partnyoru axtarışa verilib
30-07-2026, 18:53
Direktorlar Şurasının sədri saxlanılıb
30-07-2026, 18:49
Bir kişi tanışını diri-diri yandırıb
30-07-2026, 18:31
Bir yeniyetmə naməlum kişinin üzünə qaz balonu püskürdü
30-07-2026, 18:04
1999-cu ildə qətl törətməkdə ittiham olunan şəxs həbs edilib