22:25 / 12-03-2026
Sinaqoqda atışma baş verib
Bütün xəbərlər
İraqdakı Amerika bazasına dron hücum etdi
Tarix: 15-03-2026 18:17 | Bölmə: Dünya


 İraqdakı Amerika hərbi bazasına fiber-optik FPV dronundan istifadə edilərək hücum edildi. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, hücumun görüntüləri "Rossiyskaya qazeta" tərəfindən dərc edilib.
Jurnalistlərin məlumatına görə, obyektə hücumu İranyönlü Kataib "Hizbullah" qrupu həyata keçirib.
Görüntülərdə dronun bazanın ətrafında dövrə vuraraq hədəf axtardığı görünür.Bütün hərbi texnikanın anqarlarda saxlanıldığı ehtimal olunur. Nəticədə zərbə endirilən anqarlardan biri olub.
"Rossiyskaya qazeta"nın məlumatına görə, fiber-optik FVP dronları ənənəvi hava hücumundan müdafiə sistemləri üçün çətin hədəfdir və elektron müharibəyə qarşı toxunulmazdır.
Daha əvvəl İranın Birləşmiş Ərəb Əmirliklərindəki Əd-Dhafradakı ABŞ bazasına hücumda hipersəs raketlərdən istifadə etdiyi bildirilmişdi.



Baxış sayı: 29


Bölməyə aid digər xəbərlər