Bütün xəbərlər
Qadağan olunmuş simvolları təbliğ etdiyinə görə 10 gün müddətinə həbs edilib
Tarix: 05-02-2026 19:03 | Bölmə: Cəmiyyət

Bloqçu Olesya Rojkova "AUE" hərəkatının (Rusiyada qadağan olunmuş) simvollarını sosial mediada paylaşdığına görə 10 gün müddətinə həbs edilib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə "Moskva Şəhərinin Ümumi Yurisdiksiya Məhkəmələri" Telegram kanalı məlumat verib.
Taqanski Rayon Məhkəməsi 23 yaşlı Rojkovanı ekstremist təşkilatın simvollarını təbliğ etməkdə günahkar bilib. Məhkəmənin məlumatına görə, o, "Məhbusların Cinayətkar Birliyi" (AUE) hərəkatının simvolunu Telegram-da (146.000-dən çox abunəçisi olan) və VKontakte hesablarında paylaşıb.
Məhkəmə Rojkovanı inzibati həbs cəzasına məhkum edib.
"Rojkova 10 gün inzibati həbs cəzasına məhkum edilib", - deyə, nəşr bildirir.
"Məhbusların Cinayətkar Birliyi" beynəlxalq ictimai hərəkatı Rusiyada ekstremist kimi tanınıb.



Baxış sayı: 29


Bölməyə aid digər xəbərlər