12:40 / 12-02-2026
Casusluqda ittiham olunub
09:16 / 12-02-2026
Qaz balonu partlayıb
19:57 / 11-02-2026
Dam qismən uçub
Bütün xəbərlər
Terror aktı törətmək ittihamı ilə üç yeniyetmə həbs edilib
Tarix: 12-02-2026 12:45 | Bölmə: Cəmiyyət

Rusiya İstintaq Komitəsinin məlumatına görə, Tatarıstanda dəmir yolunda terror aktı törətmək ittihamı ilə üç yeniyetmə həbs edilib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, cinayət 25 yanvar 2026-cı ildə Qorki Dəmir Yolunun Vasilyevka stansiyası yaxınlığında baş verib. Müstəntiqlərin sözlərinə görə, şübhəlilər rele şkaflarını yandırıblar. Bunun üçün onlar internetdə ünsiyyətdə olduqları naməlum şəxslərdən 30.000 rubl alıblar.
"16-17 yaşlarında olan üç bölgə sakini Rusiya Cinayət Məcəlləsinin 205-ci maddəsinin 2-ci hissəsinin "a" bəndi (əvvəlcədən əlbir olaraq bir qrup şəxs tərəfindən terror aktı törətmək) ilə ittiham olunub.Federal agentlik Telegram kanalında bildirib ki, məhkəmə təqsirləndirilən şəxs barəsində məhkəməyəqədər həbs qətimkan tədbiri seçib.
Hadisənin təfərrüatları və halları araşdırılır.



Baxış sayı: 30


Bölməyə aid digər xəbərlər