Bütün xəbərlər
Avtomobildə kişini öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb
Tarix: 11-02-2026 19:45 | Bölmə: Cəmiyyət

Sankt-Peterburqda avtomobildə kişini güllələyərək öldürən şəxs saxlanılıb. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiya İstintaq Komitəsinin şəhər üzrə Baş İstintaq İdarəsi Telegram kanalında bildirib ki, cinayət işi açılıb.
Müstəntiqlərin sözlərinə görə, 11 fevralda şübhəli İskrovski prospektindəki binanın həyətində park edilmiş nəqliyyat vasitəsinə yaxınlaşaraq avtomobildə oturan kişiyə atəş açıb. Daha sonra hücum edən şəxs qaçıb.
"Dayanacaqda olan avtomobildə başından güllə yarası almış 63 yaşlı kişinin cəsədi tapılıb", - deyə, məlumatda bildirilir.
Hüquq-mühafizə orqanlarının əməkdaşları 41 yaşlı şübhəlini saxlayıblar. Axtarış zamanı odlu silah da tapılıb.
Hadisənin bütün halları müəyyən edilir.



Baxış sayı: 182


Bölməyə aid digər xəbərlər