Bütün xəbərlər
150 milyon dollarlıq şantaj işi ilə əlaqədar bir qadın həbs edilib
Tarix: 06-02-2026 19:08 | Bölmə: Cəmiyyət

Bir qadın keçmiş ərindən 150 milyon dollardan çox pul zorla almaqda şübhəli bilinərək həbs edilib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə "Moskva Vilayətinin Ümumi Yurisdiksiya Məhkəmələri" Telegram kanalı məlumat verib.
Qeyd olunur ki, İstra Şəhər Məhkəməsi müstəntiqlərin vəsatətini təmin edib və şübhəli A. J. Qalitskayanın 3 aprel 2026-cı il tarixinə qədər iki ay müddətinə həbsdə saxlanılmasını qərara alıb.
"Məhkəmə A. J. Qalitskayanın 3 aprel 2026-cı il tarixinə qədər iki ay müddətinə həbsdə saxlanılmasını qərara alıb", - deyə, nəşr bildirir.
Müstəntiqlərin sözlərinə görə, 2024-cü ilin iyul ayından gec olmayaraq Qalitskaya digər şəxslərlə birlikdə qrup halında hərəkət edərək, zərərçəkmişdən 150 milyon dollardan çox pul tələb etmək üçün telefon zəngləri, yazışmalar və şəxsi görüşlərdən istifadə edib və ittihamedici məlumatlar yaymaqla hədələyib.



Baxış sayı: 225


Bölməyə aid digər xəbərlər