19:45 / 30-10-2026
"Şəhid Analarına Dəstək" İctimai Birliyinin təşkilatçılığı ilə "Şanlı Zəfər Tariximiz" adl ıtədbir keçirilib
19:12 / 30-10-2026
Leyla Əliyeva ənənəvi Payız festivalında - Fotolar
20:45 / 29-10-2026
"Bloomberg" və iki firma Trampın nəşrlərinə erkən giriş üçün pul ödəyəcək
20:41 / 29-10-2026
DPA: Almaniyadakı fəallar iki gün ərzində üçüncü bir universitetin girişini bağladılar
20:37 / 29-10-2026
İran Hörmüz boğazı üzərində Amerika pilotsuz təyyarəsini ələ keçirdiyini bildirib
20:28 / 29-10-2026
Polis neft çirklənməsi səbəbindən turistləri dənizdən təxliyə edir
20:25 / 29-10-2026
66 yaşlı qadın vəhşicəsinə saxlanıldıqdan sonra öldü
20:21 / 29-10-2026
15 milyon rubl ödəməyi əmr etdi
20:12 / 29-10-2026
ABŞ-dan olan bir köhnə mömin rahib Krasnoyarsk diyarında nərə balığı tutduğuna görə həbs edilib
20:04 / 29-10-2026
Rik Sançez: "Melaniya Tramp Ukraynanı çətin vəziyyətə salıb"
19:44 / 29-10-2026
TASS: Bir avtomobilin altında partlayıcı qurğu tapılıb və zərərsizləşdirilib Stavropolda bir avtomobilin altında partlayıcı qurğu zərərsizləşdirilib
19:41 / 29-10-2026
Netanyahunun partiyası səslərin 97,3%-i sayıldıqdan sonra liderliyini qoruyub saxlayır
10:16 / 29-10-2026
Rosatom ABŞ ilə bir sıra əməkdaşlıq sahələrini müzakirə etdiyini açıqladı
10:13 / 29-10-2026
Braziliya Bolsonaronun açıqlamalarının Lula da Silvanın hakimiyyətini təhdid etmədiyini bildirir
10:08 / 29-10-2026
Media: ABŞ nüvə obyektində laboratoriya yanğınında bir nəfər xəsarət alıb
10:05 / 29-10-2026
Zaxarova Paşinyanın AİB hesabatına reaksiyasını aqressiv adlandırdı
10:01 / 29-10-2026
Mədəndən tüstü səbəbindən 79 nəfər təxliyə edilib
09:58 / 29-10-2026
Bir şirkət Dolinaya sənətçinin görüntüləri üçün məhkəmə prosesini gözləmədən kompensasiya ödəyib
09:54 / 29-10-2026
ABŞ-a "Halloween" konfetlərində fentanil ehtimalını yoxlamaq tövsiyə olunur
09:50 / 29-10-2026
Cənubi Koreya KXDR-dən təxminən on raket atışını qeydə alıb
09:28 / 29-10-2026
Hollandiyalı bir kişi pişiyi ilə görüşmək üçün məhkəmədən icazə istədi
20:53 / 28-10-2026
Elməddin Məmmədovdan beynəlxalq uğur: Beş şəhərdə 210 kilometr qaçış!
20:40 / 28-10-2026
Zelenskinin ABŞ-a yeni səfir təyin etməməsinin səbəbini izah etdi
20:35 / 28-10-2026
Gənc oğlan 18-ci mərtəbənin pəncərəsindən yıxılaraq sağ qalıb
20:32 / 28-10-2026
Yoqa dərsindən sonra insult keçirib
20:28 / 28-10-2026
Qalkin "Qızıl Top" mərasiminə biletə təxminən 350.000 rubl xərcləyib
20:23 / 28-10-2026
Zelenski ABŞ-a dizel yanacağı daşıyan Rusiya gəmilərinə hücum etməyəcəyinə söz verdi
20:05 / 28-10-2026
Britaniya Ukraynaya əlavə 10 milyard avro yardım edəcəyini açıqladı
20:01 / 28-10-2026
Artemi Lebedevin Kiyevdəki mənzili 8,01 milyon qrivnaya satıldı
19:51 / 28-10-2026
Daşınmaz əmlak agentliyinin sahibi yeniyetməni xilas edərkən öldü
19:49 / 28-10-2026
ABŞ hərbi təyyarəsi havaya qalxdıqdan qısa müddət sonra göyərtədə fəlakət siqnalı çaldı
16:41 / 28-10-2026
Rusiya ilin əvvəlindən bəri Afrikaya 13 milyon ton taxıl ixrac edib
16:36 / 28-10-2026
İspaniyada qatar toqquşmasında ən azı 50 nəfər ölüb
16:33 / 28-10-2026
Xarici İşlər Nazirliyi Putin, Tramp və Si Cinpin arasında sammitin keçirilməsi ilə bağlı hələlik təsdiqlənmədiyini bildirib
16:31 / 28-10-2026
"Real Madrid" Mbappe qalmaqalından sonra Çin xalqından üzr istədi
16:23 / 28-10-2026
Rusiya, ABŞ və Çin liderlərinin noyabr görüşü Zelenskini narahat etdi
16:20 / 28-10-2026
ABŞ ilə birgə kosmik layihələrin davam etdirilməsini xatırlatdı
Zəngilanın işğaldan azad edilməsi zəfər tariximizin parlaq səhifəsidir
Tarix: 18-10-2021 17:07 | Bölmə: Cəmiyyət

Tarixdən bildiyimiz kimi, XIX əsrin əvvəllərində Qafqazın Rusiya tərəfindən işğalından sonra aparılmış inzibati-ərazi bölgüsü nəticəsində Zəngilanın da daxil olduğu Zəngəzur qəzası Gəncə quberniyasına tabe edilib və bir-birindən ayrı düşən ərazi vahidlərimiz pərakəndə coğrafi dəyişikliyə məruz qalıb. 1920-ci ilin 28 aprel istilasından sonra isə ermənilər bolşeviklərin köməyi ilə bizim əzəli torpaqlarımızda özlərinin ilk dövlətlərini qurublar. Nəticədə qəzanın yuxarı hissəsi Ermənistanın, Laçın, Qubadlı və Zəngilan bölgələri isə Azərbaycanın tərkibində qalıb. 1993-cü il oktyabrın 30-da isə Zəngilan erməni silahlı qüvvələri tərəfindən işğala məruz qalıb. Rayonun 45 minlik əhalisi məcburi olaraq ölkənin 43 rayonunda müvəqqəti məskunlaşıb.
Düşmən zəngin təbii sərvətləri, tarixi və dini memarlıq abidələri olan Zəngilanı, onun 1 şəhər, 5 qəsəbə və 83 kəndini darmadağın edib. Yalnız 2020-ci il sentyabrıln 27-də Azərbaycan Silahlı Qüvvələrinin başladığı güclü əks-hücum əməliyyatları nəticəsində, 44 günlük zəfər yürüşü ilə ulu torpaqlarımız, o cümlədən Zəngilan düşmən tapdağından azad olunub. Bu yolda qanını, canını əsirgəməyən igidlərimizdən 6974 nəfəri “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif edilib.
Adı ilə də bir növ “zənginlik” assosiasiyası yaradan Zəngilan toponimi elə bir yerin ünvanıdır ki, orada çoxlu çöküntü süxurları, vulkanik materiallar – yura, təbaşir, faydalı qazıntılar – tikinti daşı, qızıl yatağı, qara mərmər və sair qiymətli maddi sərvətlər var. Araz, Həkəri, Oxçuçay və Bəsitçay bu ərazidən keçir. Faşist xislətli işğalçılar bütün bunlara vəhşicəsinə divan tutub, Qarabağı misli görünməmiş ekoloji terrora məruz qoyublar. Oxçuçayın zəhərlənməsi, Avropada ən böyük, dünyada isə Kanadadan sonra ikinci yeri tutan Zəngilanın təbii cinar meşəsinin tamamilə talan edilməsi insani dəyərlərlə heç cür bir araya sığımır.
Zəngilanın azad edilməsi bir çox cəhətdən mühüm əhəmiyyət daşıyır. Ən başlıcası, qeyd etdiyimiz kimi, bu, İranla dövlət sərhədlərimizin tam bərpasını reallaşdırmağa imkan verib. Dərhal sonra orada sərhəd boyunca bütün zəruri istehkam, mühafizə işləri görülməyə başlayıb. Elə daim işğalçı Ermənistanla yaxınlıq edən cənub qonşumuzun son vaxtlar sərhədlərin möhkəmləndirilməsinə, Zəngəzur dəhlizinin açılmasına qarşı açıq çıxışlar etməsinə də bu, səbəb olub. Çünki möhtərəm Prezidentimiz İlham Əliyevin də dediyi kimi, 30 il ərzində həmin sərhəd ərazisindən İran maşınları ilə Xankəndinə gizli şəkildə yanacaq daşınıb, bu nəzarətsiz yol həmçinin narkotrafik kimi istifadə olunub. Bundan milyonlar qazanan tərəflərin qıcıqlanması və sərhəddə qayda-qanun yaradılmasını qısqanclıqla qarşılaması bir növ təbiidir. Axı, bir atalar sözündə söyləndiyi kimi, xain xoflu olar.
Bildiyimiz kimi, dövlətimizin başçısı, müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ötən il dekabrın 23-də azad Zəngilana ilk səfərlərini ediblər. Prezident Zəngilan şəhərində Azərbaycan bayrağını qaldırıb. Qələbədən sonra bu rayona üç səfər etmiş cənab İlham Əliyev aparılan bərpa-quruculuq işlərinə bilavasitə özü nəzarət edir. Həmin səfərlər onu göstərir ki, “Böyük Qayıdış” üçün bütün mövcud potensiallar tam səfərbər olunub. Zəngilanda artıq bir neçə aydan sonra birinci keçmiş köçkünlər yerləşəcək. Onlar pilot layihələr çərçivəsində “Ağıllı şəhər” və “Ağıllı kənd”lərdə hər cür şəraitlə təmin olunacaqlar. Orada eyni zamanda “yaşıl enerji” zonası, “ağıllı tədris”, “ağıllı səhiyyə”, “ağıllı kənd təsərrüfatı” sistemləri də həyata keçiriləcək və dünyaya millətimizin necə vətənsevər və çağdaş-intellektual potensiala malik olduğu nümayiş etdiriləcək.
Zəngilana qayıdış Zəngəzura qayıdışın ilk inamlı addımı kimi önəm kəsb edir. Dövlətimiz öz gücü hesabına bütün bərpa və quruculuq işlərini reallaşdırır. Eyni zamanda, Heydər Əliyev Fondu, YAŞAT Fondu, DİRÇƏLİŞ Fondu və digər qurumlar da Zəngilanın və işğaldan azad olunmuş digər bölgələrimizin infrastrukturunun bərqərar edilməsi naminə əllərindən gələni əsirgəmirlər.
Oktyabrın 20-də Zəngilanın işğaldan azad edilməsinin birinci ildönümü tamam olur. Həmin gündən 28 illik yurd həsrətinə son qoyulub. İndi zəngilanlılar doğma ata ocaqlarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər.
O günə lap az qalır.
Hikmət XƏLİLOV,
Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan zabiti,
Masallı rayon sakini
Baxış sayı: 870
Bölməyə aid digər xəbərlər

28-10-2026, 20:35
Gənc oğlan 18-ci mərtəbənin pəncərəsindən yıxılaraq sağ qalıb
28-10-2026, 16:16
Tərəfdaşını, qızını və özünü öldürənin mühafizəçi kimi silahı var idi
28-10-2026, 15:58
Rüşvətxorluğa görə 11 il həbs cəzası alıb
27-10-2026, 15:13
Bir sürücü təqibə rəhbərlik edərək polis əməkdaşlarına avtomatik silahla atəş açmaqla hədələyib
26-10-2026, 23:39
Silahlı dava baş verib: bir nəfər ölüb, digəri yaralanıb
26-10-2026, 21:45
Evli cütlük tanışını meşəyə aparıb öldürdüyünə görə həbs edilib
22-10-2026, 16:25
Meşədə bir kişini parçalayan ayı öldürülüb
22-10-2026, 15:59
Münaqişə zamanı tanışını öldürüb
21-10-2026, 20:56
Qayıqla gəzinti zamanı uşağın ölümünə görə cəza alıb
21-10-2026, 20:32
Bir qız iki yanacaqdoldurma məntəqəsini yandırdı
21-10-2026, 20:26
Məktəbli qıza hücum edən həbs edilib
21-10-2026, 20:08
Yeniyetmə yanğın və silah oğurluğuna görə mühakimə olunacaq
21-10-2026, 19:48
Yeniyetmə məktəbli oğlanı qətlə yetirməkdə ittiham olunur
20-10-2026, 12:18
Tələbə cinayətkarların əmri ilə avtomobili yandırıb və saxlanılıb
20-10-2026, 11:54
Rele şkafını yandırmaqda ittiham olunan üç yeniyetmə saxlanılıb
19-10-2026, 19:21
Pornoqrafiya yaymaqda şübhəli bilinərək saxlanılıb
19-10-2026, 18:46
Soyuducuda tapılan qızın məzarında xaç peyda olub
19-10-2026, 18:38
Yatan arvadını diri-diri yandırmağa cəhddə təqsirli bilinib
19-10-2026, 18:02
Tibb bacısının qətli işində təqsirləndirilən şəxs cinayəti etiraf edib
19-10-2026, 17:54
Bir kişinin qətlində şübhəli bilinən həbs edilib
18-10-2026, 21:35
Gözlənilməz qonaqlar bir kişini boğaraq 40.000 rubl oğurlayıblar
18-10-2026, 19:03
Bağça direktoru qurğuşunlu laminatlı keklərə görə ömürlük həbs cəzasına məhkum edildi
18-10-2026, 19:00
Məktəbli qıza təcavüz etməkdə təqsirli biliniblər
18-10-2026, 18:41
Manyakın əl yazısını saxtalaşdırıb və 20 il azadlıqda yaşayıb
15-10-2026, 19:54
Tanışını öldürməkdə ittiham olunub
15-10-2026, 19:23
İnsan qalıqları olan torbalar tapılıb
15-10-2026, 19:17
Polis məmurunu təhdid etməkdə və bir qadını vurmaqda təqsirli bilinib
14-10-2026, 21:49
Məktəblilərə hücum etdiklərinə görə yeniyetmə miqrantlar saxlanılıb
14-10-2026, 21:43
Fotoqraf həbs edilib
14-10-2026, 20:59
Qətldə şübhəli bilinən şəxs saxlanılıb
13-10-2026, 20:43
Həyətindəki partlayıcı qurğunun üzərinə ayaq basdıqdan sonra öldü
13-10-2026, 20:22
Polis məmuruna atəş açıb
12-10-2026, 22:15
Yaşlı bir qadının qətli 27 ildən sonra açılıb
12-10-2026, 22:10
Yeniyetmə qıza hücum edən təcavüzkar saxlanılıb
12-10-2026, 21:31
Bir tələbə Ukrayna Silahlı Qüvvələrinin hərbçilərini daşıyan avtobusu partlatmağa cəhd edib
11-10-2026, 18:59
Uşaqlarını boğmaqla hədələyən aqressiv qadın saxlanılıb
11-10-2026, 18:45
11 nəfər ölüb, 27 nəfər yaralanıb
11-10-2026, 18:19
Tramvaylardan əşyalar oğurladıqlarına görə etnik mütəşəkkil cinayətkar qrupun on bir üzvü həbs edilib
8-10-2026, 23:13
Xəstəxanada direktor müavinini bıçaqlayan sürücü imiş - Rəsmi
8-10-2026, 23:06
Elvin Mahmudzadə yenə həbs edildi
8-10-2026, 19:41
Ayının yeniyetməyə hücum etməsindən sonra iş açılıb
8-10-2026, 19:33
20-ci mərtəbədəki mənzilindən dörd pişiyi atdı
8-10-2026, 19:20
Bir kişi polis əməkdaşlarına iki qoyunla rüşvət verməyə cəhd etdiyinə görə mühakimə olunur
7-10-2026, 20:17
Qonşusunu öldürməkdə ittiham olunaraq həbs edilib
7-10-2026, 20:13
29 il əvvəl törədilmiş qətlə görə yeni cəza alıb