Bütün xəbərlər
Məhkəmə şərhinə görə 8,5 il həbs cəzasına məhkum edib
Tarix: 28-11-2025 09:22 | Bölmə: Cəmiyyət

Hərbi məhkəmə Omsk vilayəti sakinini şərhinə görə 8,5 il həbs cəzasına məhkum edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, 2-ci Şərq Dairə Hərbi Məhkəməsi Omsk vilayəti sakini Georgi Tırkovu məhkum edib. Hərbi məhkəmələrin mətbuat xidmətinin Telegram kanalında verdiyi məlumata görə, o, 8,5 il həbs cəzasına məhkum edilib.
Qeyd olunub ki, gənc terrorizmə və dövlətə xəyanətə çağırışlarda günahkar bilinib. İş materiallarına görə, 2022-ci ilin avqust ayında yetkinlik yaşına çatmayan və xaricdə olan Tırkov internetdə terror fəaliyyətinə çağırış edən şərh yazıb. 2022-ci ilin dekabrından 2023-cü ilin dekabrına qədər o, dəfələrlə Ukrayna Silahlı Qüvvələri üçün vəsait toplayan təşkilatlara pul köçürüb.
Məhkəmə Tırkovun yaşını nəzərə alaraq ümumi rejimli cəza koloniyasında 8 il 6 ay müddətinə qəti cəza təyin edib.
"Məhkəmə Tırkovu birləşmiş cinayətlərə görə ümumi rejimli cəza koloniyasında 8 il 6 ay müddətinə azadlıqdan məhrum edib", - deyə, mətbuat xidməti bildirib.
Tırkova əlavə olaraq iki il müddətinə internetdə materiallar dərc etməklə bağlı fəaliyyətlə məşğul olmaq qadağan edilib. Hökm hələ qanuni qüvvəyə minməyib.



Baxış sayı: 23


Bölməyə aid digər xəbərlər