Bütün xəbərlər
İstintaq Komitəsi 13 yaşlı qızının qətli ilə bağlı təfərrüatları açıqlayıb
Tarix: 27-11-2025 16:43 | Bölmə: Cəmiyyət

Sankt-Peterburqda 13 yaşlı qızının qətli ilə bağlı təfərrüatları müəyyən edilib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin şəhər üzrə Baş İstintaq İdarəsinin Telegram kanalında məlumat verilib.
26 noyabr gecəsi qadın yeniyetmə qızı ilə münaqişə yaşayıb.Mübahisə zamanı qız anasının bədəninə və boynuna çoxsaylı bıçaq zərbələri endirib. Qadın həyati təhlükə yaradan xəsarətlər alıb.
"Cinayəti gizlətmək üçün qız mənzili yandırıb və sonra çölə çıxıb", - deyə, məlumatda bildirilir.
Yetkinlik yaşına çatmayan qız polisə bildirib ki, guya naməlum kişi mənzilə girib anasını öldürüb.Qız daha sonra cinayəti etiraf edib.
Cinayət işi üzrə istintaq davam edir.



Baxış sayı: 31


Bölməyə aid digər xəbərlər