19:28 / 02-12-2025
Moqerini saxlanıldı
Bütün xəbərlər
Dəm qazından zəhərlənmədən üç nəfər ölüb
Tarix: 04-12-2025 15:14 | Bölmə: Digər

Saratov vilayətində dəm qazından zəhərlənmədən üç nəfər ölüb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiya Federasiyasının regional İstintaq Komitəsinin məlumatına görə, araşdırma başlanıb.
Dekabrın 4-də Piterski rayonunun Neva kəndindəki şəxsi evdə iki kişi və bir qadının cəsədi tapılıb.
"51 yaşlı kişilərin və onların 59 yaşlı bacısının cəsədləri tapılıb. İlkin araşdırmalar onların ölümünün dəm qazından zəhərlənmədən baş verə biləcəyini göstərir", - deyə, məlumatda bildirilir.
Müstəntiqlər hadisə yerində işləyirlər. Cinayət işinin açılıb-açılmaması barədə qərar qəbul edilir.



Baxış sayı: 26


Bölməyə aid digər xəbərlər