19:28 / 02-12-2025
Moqerini saxlanıldı
Bütün xəbərlər
Misirə giriş vizası artıq 45 dollardır
Tarix: 03-12-2025 12:17 | Bölmə: Dünya

Misir prezidenti Əbdülfəttah əs-Sisi giriş vizası haqqının 20 dollar artırılaraq 45 dollara çatdırılması barədə fərman imzalayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, sənəd 30 noyabrda imzalanıb və imzalandıqdan sonrakı gün qüvvəyə minib. 1 dekabra qədər Misirə giriş vizası 25 dollara başa gəlirdi.
Agentliyin sitat gətirdiyi fərmanda deyilir: "Nümayəndələr Palatasının qərarına uyğun olaraq, 20 dollardan və ya digər xarici valyutada ekvivalentindən çox olmayan yeni giriş vizası haqqının müəyyən edilməsi qərara alınıb".
2 noyabrda Misir Xarici İşlər Nazirliyi Nümayəndələr Palatasına giriş vizası haqqının artırılmasını nəzərdə tutan qanun layihəsi təqdim edib və bu qanun parlament tərəfindən təsdiqlənib. Bu qərar Ərəb Respublikası daxilində tənqid olunub və rəsmilər Misirə giriş vizalarının qiymətinin artırılmasının onun turizm bazarındakı mövqeyini zəiflədəcəyindən narahatlıqlarını bildiriblər.



Baxış sayı: 25


Bölməyə aid digər xəbərlər
Dünən, 19:28 Moqerini saxlanıldı