19:16 / 25-11-2025
Prezident Fərman imzaladı
Bütün xəbərlər
Tofiq İsmayılovun oğluna 8 il iş verildi
Tarix: 25-11-2025 18:48 | Bölmə: Cəmiyyət

                 tofiq-ismayilovun-ogluna-8-il-is-verildi


Azərbaycanın 1-ci dövlət katibi, mərhum akademik Tofiq İsmayılovun dələduzluqda ittiham olunan oğlu Mir Heydər İsmayılov və digərlərinin məhkəmə araşdırması başa çatıb.
Sabaha-inamla.az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.
Vüqar Quliyevin sədrlik etdiyi məhkəmə kollegiyası təqsirləndirilən şəxslərin hamısına verilmiş ittihamların sübuta yetirildiyini bəyan edib.
Hökmə əsasən, Mir Heydər İsmayılov 8, Murad Həziyev 10 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.
Onlar cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəklər. Vəkil Xeyransa Babayeva bildirib ki, iş üzrə digər müttəhimlərə sınaq müddəti seçilməklə şərti cəza verilib.
Qeyd edək ki, Mir Heydər İsmayılov və digərləri polis əməkdaşları tərəfindən saxlanılaraq xüsusilə külli miqdarda dələduzluqda ittiham olunublar. İş materiallarında yazılıb ki, İsmayılov iki nəfərin 810 min manat pulunu ələ keçirib.




Baxış sayı: 31


Bölməyə aid digər xəbərlər