Bütün xəbərlər
Yeniyetmə qohumlarının qətlinə görə mühakimə olunacaq
Tarix: 01-12-2025 16:38 | Bölmə: Cəmiyyət

Permdə müstəntiqlər qətllə bağlı cinayət işi üzrə istintaqı başa çatdırıblar.  Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Perm diyarı üzrə İstintaq Komitəsinin Telegram kanalında məlumat verilib.
16 yaşlı yerli sakin cinayəti törətməkdə ittiham olunur. Müstəntiqlər müəyyən ediblər ki, yeniyetmə 12 may 2025-ci ildə şəxsi düşmənçilik zəminində nənəsinə və əmisinə bir neçə dəfə bıçaqlayıb.Təqsirləndirilən şəxs narkotik təsiri altında olub.
Bəyanatda deyilir: "Aldıqları xəsarətlər nəticəsində zərərçəkənlər hadisə yerində ölüblər".
Yetkinlik yaşına çatmayan şəxs saxlanılıb. Cinayət işi hazırda baxılması üçün məhkəməyə göndərilib.



Baxış sayı: 24


Bölməyə aid digər xəbərlər