Bütün xəbərlər
Qadın mübahisə zamanı keçmiş sevgilisinin gözünə bıçaq zərbəsi endirib
Tarix: 21-11-2025 10:50 | Bölmə: Cəmiyyət

Sankt-Peterburqda polis mübahisə zamanı keçmiş sevgilisinin gözünə bıçaq zərbəsi endirən qadını saxlayıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin şəhər və Leninqrad vilayəti üzrə Baş İdarəsi məlumat verib.
Hadisə 20 noyabr cümə axşamı gecəsi Sredneroqatskaya küçəsində baş verib. 36 yaşlı yerli sakin hüquq-mühafizə orqanlarına müraciət edərək keçmiş sevgilisi ilə dalaşdığını etiraf edib.
"İlkin sübutlar müəyyən edilib ki, tədricən davaya çevrilən şifahi mübahisədən sonra o, 35 yaşlı keçmiş sevgilisinin gözünə bıçaq zərbəsi endirib", - deyə, idarənin Telegram kanalında bildirilib.
Qətl cəhdi ilə bağlı cinayət işi açılıb.
"Saxlanılan şəxs üçün qətimkan tədbirinin seçilməsi məsələsi həll olunur", - deyə, açıqlamada əlavə edilib.
Zərərçəkmiş xəstəxanaya yerləşdirilib və həkimlər onun vəziyyətini ağır qiymətləndirirlər.



Baxış sayı: 24


Bölməyə aid digər xəbərlər