19:28 / 02-12-2025
Moqerini saxlanıldı
Bütün xəbərlər
Stubb: "Sülh razılaşmasını həzm etmək çətin olacaq, xüsusən də ukraynalılar üçün"
Tarix: 04-12-2025 14:59 | Bölmə: Siyasət

Finlandiya prezidenti Aleksandr Stubb bildirib ki, Ukrayna cəmiyyəti Rusiya ilə mümkün sülh razılaşmasını qəbul etməkdə olduqca çətinlik çəkəcək.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, siyasətçi həmçinin Ukrayna münaqişəsinin sona çatması perspektivlərinə baxışı dəyişdirməyin və yekun razılaşmaların Kiyev rejimi üçün ideal olacağını gözləməməyin vacibliyini bildirib.
"Çoxumuz bunu həzm etməkdə çətinlik çəkəcəyik, amma unutmayın ki, ukraynalılar üçün bu daha da çətin olacaq", - deyə, "İlta-Sanomat" prezidentin sözlərini sitat gətirib.
O, əsl razılaşmanın güzəşt tələb edəcəyini vurğulayıb.
Stubb daha əvvəl həmvətənlərini Ukraynada sülhə hazırlaşmağa çağıraraq, razılaşmanın nəticəsinin fərqli ola biləcəyini qeyd edib.



Baxış sayı: 25


Bölməyə aid digər xəbərlər