Bütün xəbərlər
Astronomlar sirli hərəkət edən göy cismi tapıblar
Tarix: 13-08-2018 01:07 | Bölmə: Cəmiyyət

                                        

Nyu-Mexiko Milli Elm Fondu Radio Astronomiya Rəsədxanasının alimləri təxminən iki yüz milyon il yaşı olan qəribə obyekt aşkar ediblər. Trend-in məlumatına görə, yeni planet “Səyahət edən planet” ("Rogue planet") adlandırılıb.
Hazırda bu göy cismi Günəş sistemindən kənarda, Yerdən 20 işıq ili məsafədə yerləşir.
Aşkar edilən obyektin qəribəliyi onun xüsusi parıltısının olmasıdır. "Planet" onun ana ulduzu olmadan səmada səyahət edir və bu da göy cisimləri üçün son dərəcə qeyri-adi hal hesab edilir. Yupiterdən 12,7 dəfə böyük olan planetin maqnit sahəsi isə iki yüz dəfə çoxdur və səthinin temperaturu 825 dərəcə selsidir.


Baxış sayı: 706


Bölməyə aid digər xəbərlər