Bütün xəbərlər
ABŞ Milli Kəşfiyyatı Rusiya Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin artdığını bildirib
Tarix: 18-03-2026 22:27 | Bölmə: Dünya

 Rusiya Silahlı Qüvvələrinin döyüş qabiliyyəti Ukrayna münaqişəsindən əvvəlkindən daha yüksək olub. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə ABŞ Milli Kəşfiyyat Xidməti çərşənbə, 18 mart tarixində dərc olunmuş hesabatda məlumat verib.
Rusiya Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri (redaktorun qeydi) potensiallarını qoruyub saxlayıb və (Ukrayna ilə) tammiqyaslı münaqişənin başlamasından əvvəlkindən daha döyüşə hazır vəziyyətə gəliblər.
SƏNƏDDƏ DEYİLİR.
Daha əvvəl Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov bildirmişdi ki, Rusiya qoşunları mart ayının ilk iki həftəsində 12 yaşayış məntəqəsini azad edib.




Baxış sayı: 54


Bölməyə aid digər xəbərlər