07:33 / 22-03-2026
60-dan çox insan həlak olub
Bütün xəbərlər
Dərsdən əvvəl məktəbli sinif yoldaşına bıçaqla hücum etdi
Tarix: 16-03-2026 17:47 | Bölmə: Cəmiyyət

 Moskva vilayətinin Sverdlovski kəndindəki M.P. Marçenko adına məktəbin yeddinci sinif şagirdləri dərsdən əvvəl qızğın mübahisə ediblər və nəticədə onlardan biri bıçaq götürüb digərini bıçaqlayıb.
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə SHOT Telegram kanalı məlumat verib.
Şagird ən azı üç yara alıb və xəstəxanaya yerləşdirilib.
Dərs başlamazdan əvvəl iki yeddinci sinif şagirdi mübahisə edib.Onlardan biri mətbəx bıçağı götürüb digərini bir neçə dəfə bıçaqlayıb.
Sinif yoldaşına hücum edən yeniyetmə saxlanılıb.
Hələlik bu məlumatın rəsmi təsdiqi yoxdur.




Baxış sayı: 89


Bölməyə aid digər xəbərlər