Bütün xəbərlər
Deputat qızları təhsilə cəlb etmək üçün təqaüd ayırdı
Tarix: 20-03-2020 22:23 | Bölmə: Siyasət

              Deputat qızları təhsilə cəlb etmək üçün təqaüd ayırdı

Milli Məclisin deputatı Məşhur Məmmədov Masallıda abituriyent qızların təhsilini davam etdirməsinə dəstək üçün maraqlı addım atıb.
“Qafqazinfo” xəbər verir ki, rayon sakinlərinə təqdim olunmuş elana görə, 2019/20-ci tədris ilində XI sinfi bitirmiş qızların Dövlət Pedaqoji və Xarici dillər Universitetlərinin ibtidai sinif, Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat, informatika, tarix, fizika, kimya, biologiya, coğrafiya və xarici dil fənləri üzrə müəllimlik ixtisaslarına 300 baldan artıq nəticə göstərərək ödənişsiz əsaslarla qəbul olduğu təqdirdə təqaüd alması, ödənişli əsaslarla qəbul olduğu təqdirdə isə təhsil haqqının ödənilməsi nəzərdə tutulub.
Bütün təhsil və təqaüd xərcləri bank hesabı vasitəsilə tənzimlənəcək.
Qeyd edək ki, bu şərtlər özəl universitetlərdə təhsil alanlara şamil edilmir. Semestr imtahanında 51 baldan aşağı nəticə göstərən tələbələrə ödənişlər dayandırılacaq.
Universitetə qəbul alan şəxslər lazım olan sənədləri YAP Masallı rayon şöbəsinin binasına təqdim edə bilərlər.


Baxış sayı: 395


Bölməyə aid digər xəbərlər