Bütün xəbərlər
Yava dənizində itkin düşən 243 sərnişini olan gəmi ilə əlaqə
Tarix: 13-09-2026 11:25 | Bölmə: Digər


Yava dənizində Virgo Transport 8 sərnişin gəmisinin itməsindən sonra İndoneziyada genişmiqyaslı axtarış-xilasetmə əməliyyatı başlanıb. Gəmidə 243 nəfər var.
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, gəmi Surabayadan Banjarmasinə gedirdi və ölkənin Milli Axtarış və Xilasetmə Agentliyinin (Basarnas) məlumatına görə, yerli vaxtla saat 02:00 radələrində (Şənbə günü Moskva vaxtı ilə saat 21:00) şiddətli fırtına zamanı əlaqəni itirdi.
Axtarış koordinatoru I Putu Sudayana bildirib ki, sonuncu əlaqə saxlanıldığı zaman gəmi Banjarmasində təyin olunmuş körpüdən təxminən 80 dəniz mili məsafədə olub.
Dalğıc avadanlığı və Starlink peyk rabitə terminalları ilə təchiz olunmuş İndoneziya Hərbi Dəniz Qüvvələri, su polisi və liman rəhbərliyi də əməliyyatda iştirak edir.
Gəmidə xarici vətəndaşlar barədə heç bir məlumat verilməyib.
Əvvəllər Vanuatu sahillərində batmış bərədə 30-dan çox insanın itkin düşdüyü bildirilmişdi.




Baxış sayı: 25


Bölməyə aid digər xəbərlər