16:31 / 19-08-2026
İki qız xəsarət alıb
Bütün xəbərlər
Xarici İşlər Nazirliyi: 55 ölkənin nümayəndəsi seçkiləri müşahidə etmək üçün Rusiyaya gəlməyə hazırdır
Tarix: 20-08-2026 19:09 | Bölmə: Siyasət


 "55 ölkənin nümayəndəsi Dövlət Duması seçkilərini müşahidə etmək üçün Rusiyaya gəlmək planlarını təsdiqləyib".
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinq zamanı bildirib.
Onun sözlərinə görə, 12 beynəlxalq təşkilata və 100-dən çox ölkəyə dəvətnamələr göndərilib.
"20 avqust tarixinə olan məlumata görə, onlardan 55-nin nümayəndəsi artıq Rusiyaya gəlməyə hazır olduqlarını təsdiqləyiblər".
ZAXAROVA DEDİ.
Diplomatın sözlərinə görə, bunlara Rusiyanın
MDB, ŞƏT, BRİKS, ASEAN, eləcə də Afrika, Yaxın Şərq və Latın Amerikası ölkələrindən olan ənənəvi tərəfdaşları daxildir.
Daha əvvəl Zaxarova bir neçə Avropa ölkəsinin qarşıdan gələn Dövlət Duması seçkilərinin legitimliyinə şübhə yaratmaq üçün "daha bir rusofobiya isteriya dalğasını alovlandırmağa" çalışdığını bildirmişdi.
Doqquzuncu çağırış Dövlət Dumasına deputat seçkiləri 18-20 sentyabr tarixlərində Rusiyada keçiriləcək.



Baxış sayı: 33


Bölməyə aid digər xəbərlər