Bütün xəbərlər
Batmış bərədə 30-dan çox insan itkin düşüb
Tarix: 13-09-2026 11:34 | Bölmə: Digər


 Sakit Okean ölkəsi Vanuatu sahillərində batmış bərədə ən azı bir nəfər ölüb, 30-dan çox sərnişin və heyət üzvü hələ də itkin düşüb.
MV Matui ilə bağlı faciə Espiritu Santo və Amba adaları arasında yolda baş verib.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, "Reuters" agentliyinin Baş nazir Jotham Napatanın ofisinə istinadən verdiyi məlumata görə, xilasetmə xidmətləri indiyə qədər 15 sağ qalanı sudan təxliyə edə bilib.
İlkin ekspert hesabatlarına görə, tranzit zonasında əlverişsiz hava şəraiti, bərənin həddindən artıq yüklənmə qabiliyyəti ilə birlikdə bərənin aşmasına və batmasına səbəb olub.
Fəlakət bölgəsində axtarış-xilasetmə əməliyyatları davam edir.
Daha əvvəl Şimali Kipr Türk Respublikasında gəmi qəzası baş vermişdi. Faciə zamanı katamaranda 259 sərnişin və səkkiz heyət üzvü, o cümlədən iki rus qadın var idi.




Baxış sayı: 31


Bölməyə aid digər xəbərlər