Bütün xəbərlər
Ukrayna Baş Kəşfiyyat İdarəsi (BKİ) Rusiya ilə sülh müqaviləsinin ilin sonuna qədər əldə olunmayacağını bildirib
Tarix: 18-08-2026 12:38 | Bölmə: Siyasət


 Rusiya və Ukrayna ilin sonuna qədər razılığa gəlməyəcək və ya sülh müqaviləsi imzalamayacaq. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (BKİ) rəis müavini Vadim Skibitski bildirib.
Onların planları belədir və onlar belə deyirlər: bu ilin sonuna qədər heç bir razılaşma və ya sülh müqaviləsi imzalanmayacaq.
Onun sözlərinə görə, Moskva öz məqsədlərinə çatacaq, ilk növbədə Donbasın qalan ərazisini Ukrayna Silahlı Qüvvələrindən (USQ) azad edəcək.
İyunun 23-də Rusiya Prezidenti Vladimir Putin ölkənin Ukrayna ilə sülh danışıqları aparmağa hazır olduğunu bildirib. Dövlət başçısının sözlərinə görə, dialoq İstanbul razılaşmaları əsasında qurulmalıdır. Rusiyanın xarici işlər naziri Sergey Lavrov da Moskvanın istənilən vaxt Ukrayna ilə bağlı danışıqları bərpa etməyə hazır olduğunu bildirib.



Baxış sayı: 36


Bölməyə aid digər xəbərlər