Bütün xəbərlər
Naməlum kişinin hücumundan sonra bir qız reanimasiyaya yerləşdirilib
Tarix: 13-09-2026 17:01 | Bölmə: Cəmiyyət


Sankt-Peterburqda naməlum kişi tanımadığı bir qadına bıçaqla hücum edib və yoxa çıxıb. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, "78.ru"nun məlumatına görə, zərərçəkən reanimasiyadadır.
Hücum 12 sentyabr günortadan sonra Bolşevikov prospektində baş verib.
Qız dostu ilə skamyada oturarkən naməlum kişi yaxınlaşıb, qəfildən ona bıçaq vurub və oradan uzaqlaşıb.
Zərərçəkən Aleksandrovskaya Xəstəxanasının reanimasiya şöbəsinə aparılıb.Ailəsinin sözlərinə görə, vəziyyəti sabitləşir.
Polis hücum edəni axtarır.




Baxış sayı: 28


Bölməyə aid digər xəbərlər