Bütün xəbərlər
Elza Yazıçılar Birliyinə üzv olmaqda israrlıdır
Tarix: 24-06-2019 11:51 | Bölmə: Digər
                      

Bəstəkar-müğənni, əməkdar artist Elza Seyidcahan  Yazıçılar Birliyinə üzv olmaqda israrlıdır. E.Seyidcahan Modern.az-a açıqlamasında bildirib ki, gələcəkdə Yazıçılar Birliyinə üzv ola bilər.
“Yazıçılar Birliyinə niyə də üzv olmayım? Yəqin ki,  gələcəkdə Birliyin üzvü olacağam”.
Sonuncu şeirinin hələ yayımlanmadağını bildirən müğənni yeni şeirinin adını da ilk dəfə  açıqlayıb.
“Düzdür hələ ki, mətbuatda yayımlanmayıb, amma yeni şeirim artıq hazırdır. Şeirin adı “Evsiz adamlar, adamsız evlər” adlanır”.
O, müəllifi olduğu "Mən dəlinin rəssamı” adlı kitabının Türkiyədə tərcümə olunub, satışa çıxarıldığını bildirib.
Kitab həmçinin ingilis dilinə də tərcümə edilib.


Baxış sayı: 485


Bölməyə aid digər xəbərlər