Bütün xəbərlər
“Arvadım məndən üstündür” - “Yanmış körpülər”in ulduzu
Tarix: 30-05-2019 00:23 | Bölmə: Digər
“Arvadım məndən üstündür” - “Yanmış körpülər”in ulduzu

“Yanmış körpülər” serialı ilə məşhurlaşan Bakı Bələdiyyə Teatrının aktyorları Ülviyyə və Toğrul Rza cütlüyü AzTV-də yayımlanan “Gün başladı” proqramında qonaq olub.
Axşam.az xəbər verir ki, evlilikləri barədə söz açan Toğrul həyat yoldaşını özündən üstün saydığını bildirib:
“Hərdən evdə işləri mən görürəm. Ülviyyə evə yorğun gələndə çayını, yeməyini də verirəm. Adətən, kişilər qadınlara yuxarıdan aşağı baxır. Mən həyat yoldaşıma özümdən üstün baxıram, inanıram ki, onun üçün də mən beləyəm. Vaxtaşırı küsüb-barışırıq. Barışandan sonra isə daha mehriban oluruq”.
Qeyd edək ki, cütlüyün Orxan və Tural adlı iki övladı var.

 


Baxış sayı: 716


Bölməyə aid digər xəbərlər